Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,114
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22İyl

    22 iyul – Milli Mətbuat Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov “Yeni Tərtər” rayon qəzetinin redaksiyasını ziyarət edərək kollektivin üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

    Elvin Umudov çıxış edərək bildirib ki, əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm rol oynayıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, media nümayəndələrinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

    Vurğulanıb ki, yerli mətbuat da rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının operativ işıqlandırılmasında, dövlət siyasətinin əhali arasında təbliğində mühüm rol oynayır. “Yeni Tərtər” rayon qəzetinin kollektivi də bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

    Sonra qəzetin əməkdaşlarına peşə fəaliyyətində fərqləndiklərinə görə  hədiyyələr təqdim olunub.

    Tədbir çay süfrəsi arxasında davam etdirilib. Səmimi söhbət zamanı ölkədə media sahəsində aparılan islahatlar, mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğı, informasiya təhlükəsizliyi, eləcə də rayon həyatının dolğun və obyektiv işıqlandırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

    “Yeni Tərtər” rayon qəzetinin baş redaktoru Svetlana Bağırova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Tərtər Rayon İcra Hakimiyyətinə kollektiv adından dərin minnətdarlığını bildirib. O qeyd edib ki, dövlətin mediaya verdiyi yüksək qiymət və hərtərəfli dəstək jurnalistlərin daha məsuliyyətlə çalışmasına, cəmiyyətin düzgün və operativ məlumatlandırılmasına mühüm stimul verir.

    Sonda xatirə şəkli çəkdirilib.

     

    Müəllif: Redaktor, 12:54

İsmarıclar bağlıdır.