2025-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 473,5 min manat olmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən nəqliyyat xidmətinin həcmi real ifadədə 6,7 faiz azalmışdır. Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 440,3 min manatı və ya 93,0 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 123,0 min ton yük, 2054,0 min sərnişin daşınmışdır. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
-
13İynKənd Təsərufatı 2025-ci ilin yanvar-mart aylarında Tərtər rayonunda nəqliyyat sektorunun inkişafı üçün şərhlər bağlıdır
-
13İynKənd Təsərufatı 2024-cü ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı üçün şərhlər bağlıdır
2024-cü ildə 286 milyon 912,0 min manat həcmində və ya 2023-ci ilə nisbətən 7,1 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74,8 faizə, xidmət sahələrinin xüsusi çəkisi 25,2 faizə bərabər olmuşdur.
2024-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 32355,2 min manat (11,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 112331,1 min manat (39,2 faiz), tikinti sahəsində 70050,9 min manat (24,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 2327,5 min manat (0,8 faiz), informasiya və rabitə sahəsində 618,9 min manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 69228,4 min manat (24,1 faiz) təşkil etmişdir.
Ümumi məhsul buraxılışı nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,5 faiz artmış, tikinti sahəsində 9,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 1,8 faiz, sənayedə 17,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,1 faiz, informasiya və rabitə sahəsində 29,9 faiz azalmışdır.Tərtər Rayon Statistika İdarəsi
-
11İynDigər 15 İyun Milli Qurtuluş Günüdür üçün şərhlər bağlıdır
Azərbaycan tarixinin dönüş nöqtəsi
Ulu Öndər Heydər Əliyev deyib: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Müstəqilliyin ilk illərində AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daha ətraflı »
-
04İynDigər Azərbaycanın enerji sahəsində qazandığı uğur diplomatik uğurdur üçün şərhlər bağlıdır
Enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri müasir dünyada diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır. 2 iyun 2025 ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib.
Qeyd etmək lazımdır ki, 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisində Azərbaycanın enerji strategiyasının təməli qoyulmuşdur. Həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində olmuşdur.
Möhtərəm Prezidentimiz çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, uzaq Avropaya qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir. Daha ətraflı »
-
03İynDigər Azərbaycan sabit-siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir.
Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu.
O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, – Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.
Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır.
Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Daha ətraflı »
Yeni ismarıclar