Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Okt
    Digər Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Həmin tarixdə Xankəndi şəhərində söylədiyi nitqində dövlət başçısı deyib: “Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir”.

    Prezident bildirib ki, hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq.

    Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

    Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə Daha ətraflı »

  • 15Okt
    Xəbərlər Rusiya-Azərbaycan münasibətləri gələcəkdə ardıcıl inkişaf edəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

    Diqqətə çatdırılıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

    Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Daha ətraflı »

  • 07Okt
    Xəbərlər Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb üçün şərhlər bağlıdır

    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb.

    Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb.

    İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində  ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

    Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçiriləcək.

    Düşərgədə Azərbaycan Xarici Dillər Universitetinin 48 gənci birincilik uğrunda mübarizə aparacaq.

     

  • 07Okt
    Xəbərlər Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları ilə  birlikdə 44 günlük Vətən müharibəsində Tərtər  rayonuna dəymiş ziyanla tanış olublar.

    Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun infrasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində yaşayış evləri, sosial obyektlər, o cümlədən 12  körpələr evi-uşaq bağçasına, 16  ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə güclü ziyan dəyib. Daha ətraflı »

  • 07Okt
    Digər Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxış edib. Prezident deyib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.

    Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur.

    Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır.

    Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

    Dövlət başçısı bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Daha ətraflı »

  • 03Okt
    Xəbərlər 4 oktyabr Cəbrayıl şəhəri günüdür üçün şərhlər bağlıdır

    Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.

    İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

    Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Daha ətraflı »

  • 03Okt
    Digər Azərbaycan Respublikasının gələcək inkişafına həsr olunmuş ömür üçün şərhlər bağlıdır

    3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

    “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev

    1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

    Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

    Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Daha ətraflı »

  • 03Okt
    Digər Tərtərdə 27 sentyabr – Anım Günü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtərdə 27 sentyabr–Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin önündə rəsmi anım tədbiri keçirilib.
    Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
    Anım tədbirində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Və-tən müharibəsində qazanılan qələbədən, Vətən uğrunda canlarını qurban verən həmyerlilərimizdən söhbət açıb, müharibə dövründə rayonumuza dəyən ziyandan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 19 sentyabr 2023-cü il tarixdə isə ordumuz işğaldan azad edilmiş ərazilərdə lokal xarakterli antiterror əməliyyatları keçirdi, su-verenliyimiz tam bərpa olundu.
    Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Daha ətraflı »

  • 03Okt
    Xəbərlər ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    27 sentyabr–Anım Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, İƏD üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.
    Aksiya çərçivəsində 180 ədəd eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.

  • 03Okt
    Xəbərlər Şəhid anası Səadət Bağırova evində ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən anası Səadət Bağırovanı evində ziyarət edib.
    İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhid-lərimiz də qəlblərdə əbədi yaşayacaq.
    Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
    Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan –Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »