(Əvvəli ötən sayımızda)
Əgər 1991-ci il sentyabrın 17-dən 24-ə qədər ov tüfəngi ilə döyüşülərək hər gün, hər saat, hər an dağlardan kömək gələcəyi gözlənilirdisə, 29 il sonra, 2020-ci ildə bu kömək gəldi və 32 il sonra, 2023-cü ilin sentyabrında isə erməni quldurları “Dəmir Yumruğ”un yeni zərbəsinə tab gətirə bilmədilər. Hər tərəfdən, o cümlədən dağlardan gələn kömək kəndlərimizi azad etdi.
Kəndin yaylaqları: Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
Kəndin bulaqları: Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı və Çömçə bulaq.
Kəndin məhşur yerləri: Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari (1200 yaş), Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri (Ciqrayeri – Tütün əkilən yer), Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligöl.[Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.] Daha ətraflı »
Yeni ismarıclar