Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib

    İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin ElmiTədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb he-yəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
    Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilmişdir .
    Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.
    Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
    Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
    Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
    Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyaya qatılan şəhid ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb. Aksiyadan sonra rayon rəhbəri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə rayon icra hakimiyyətinin inzibati binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata keçirdikləri üçün təşəkkür edərək, rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.
    Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.