Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev
    Digər Problem həll edildi üçün şərhlər bağlıdır

    Bu günlərdə Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsi tərəfindən Soyulan, Ağkənd və Köçərli kəndlərini işıqla təmin edən 160 kv-luq transformatorun 10 kv-luq və 0.4 kv-luq tərəfində olan qəzalı vəziyyətdə 2 ağac dayaq metal dayaqla əvəz olunub, xətlər yeni dayağa köçürülüb.
    Bununla bağlı Soyulan kəndinin sakini Mayıl Ələkbərov deyib:
    – Bu gün kəndimizə işıq normal qaydada, demək olar ki, bütün sutka ərzində verilir. Yəni bizim həyat tərzimiz şəhər sakinlərindən heç də fərqlənmir.
    Problemlər olanda isə, vaxtaşırı keçirilən səyyar-qəbul görüşlərdə rayon rəhbərinə məlumat veririk. Elə bu yaxınlarda kənddə keçirilən belə görüşdə işıq xətlərinin təmiri və yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdik.
    Qeyd edək ki, müraciətdən dərhal sonra problem öz həllini tapıb. İndi havanın necə keçməsindən asılı olmayaraq, həmin kəndlərdə işıqlar daim yanır. Ən başlıcası isə, təhlükəsizlik təmin olunub.

    “YENİ TƏRTƏR”

  • 20Fev
    Ədəbiyyat 2023-ci ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 8.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-ci ildə Tərtər rayonunda 284 milyon 635.0 min manat həcmində və ya 2022-ci ilə nisbətən 8.4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74.5 faiz, xidmət sahələrinin xüsusi çəkisi 25.5 faiz təşkil edir.
    İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 28 milyon 680.7 min manat (10.1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 114 milyon 33.5 min manat (40.1 faiz), tikintidə 69 milyon 442.4 min manat (24.4 faiz), nəqliyyat və anbar təsərrüfatında 2 milyon 131.6 min manat (0.7 faiz), informasiya və rabitədə 879.8 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 69 milyon 467.0 min manat (24.4 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı kənd təsərrüfatında 8.0 faiz, tikintidə 29.1 faiz artmışdır.

     

  • 20Fev
    Kənd Təsərufatı Kənd təsərrüfatı məhsullarının istehsalı 8 faiz artıb üçün şərhlər bağlıdır

    2023-ci ildə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114 milyon 33.5 min manat təşkil etmişdir ki, onun 67 milyon 419.6 min manatı və ya 59.1 faizi bitkiçilik məhsullarının, 46 milyon 613.9 min manatı və ya 40.9 faizi heyvandarlıq məhsullarının payına düşür. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 8.0 faiz artmışdır.

  • 20Fev
    Kənd Təsərufatı Payızlıq bitkilərin səpini yekunlaşdı üçün şərhlər bağlıdır

    2024-cü ilin məhsulu üçün Tərtər rayonunda payızlıq bitkilərin səpini başa çatmışdır. 2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18578.7 hektar sahədə şum qaldırılmışdır. Gələn ilin məhsulu üçün 14030.0 hektar sahədə payızlıqlar səpilmişdir. Onun 8797 hektarı dən üçün buğda, 5132 hektarı dən üçün arpa və 101 hektarı yaşıl yem üçün (xəsil) arpadır.
    Bundan başqa, cari ilin məhsulu üçün 23 hektar sahədə baş soğan, 1 hektar sahədə sarımsaq, 989.2 hektar sahədə təzə yonca əkilib.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

  • 20Fev
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    Aşıq yaradıcılığında təcnisə (qoşmanın cinas növü) xüsusi yer və diqqət ayrılır. Təcnis ta qədimdən bu günümüzə qədər mövcudluğunu saxlamaqdadır. Tufarqanlı Abbasdan, Qurbanidən bəri yaradıcı aşıqlar və bir çox şairlər təcnis növünə müraciət etmişlər. Aşıq Alıda, Dədə Ələsgərdə, Dədə Şəmşirdə olduqca dərin mənalı təcnislər oxuyuruq. Öz dövründə Aşıq Alıya “Təcnis Alı” ləqəbi də verilmişdir. Həmyerlimiz, istedadlı qələm sahibi Talıb Məmmədlinin yaradıcılığında da təcnis janrına rast gəlinir. Aşağıda bunlardan bir neçəsini oxucularımıza təqdim edirik.

    DAŞ QALA

    Xoş niyyətlə çapa bənna çapanda,
    Saray qura, ya möhtəşəm daş qala.
    Qərəz ilə qoyulmaya sapanda,
    Tərəfləri sövq etməyə daş qala.
    Qaladırmı, bir həmləyə yad aşa?
    Basqı edib, zəhər qata yad aşa.
    Cirə, tuta ya atəşə, ya daşa,
    Deyə: haydı, güllə yağdır, daş qala.
     

    Minnət yurdun qayasına, salına,
    Məsləhətli, uyğun yerdə salına.
    Hifz oluna, yağılardan salına,
    Abad ola, daş üstündə daş qala.

     

    Talıb, ha yaz, misra-misra əri də,
    Duyan gərək qalanı da, əri də.
    Bəlkə Tanrı mərhəməti əridə,
    Fəlakətdi, daş ürəklər daş qala.

  • 20Fev
    Ədəbiyyat BİR AZDAN QALA üçün şərhlər bağlıdır
    Qələmim, söndürmə söz ocağını,
    Bir az axşam qala, bir az dan qala.
    Lüzum yox bəhsinə çox yazanların,
    Beş çoxdan qalanda, bir azdan qala.
    Rəva görmə yersiz qovğanı kəsə,
    Düşən gərək sova qovğanı kəsə,
    Aqil yeridir ki, qovğanı kəsə,
    Kəsməsə çəkəcək bir azdan qala.
    Talıb, yaz, qalmasın söz dumanında,
    Əsiri olmasın söz dumanın da.
    Bir kiçik qalasan söz dumanında,
    Paylaş ki, görünsün bir azdan “Qala”.
  • 20Fev
    Ədəbiyyat YADA DAŞ üçün şərhlər bağlıdır
    Dilim, dinsən şirinlik qat sözünə,
    Acı sözü ox sanarlar, ya da daş.
    Hədəfə at, atar olsan “söz daşı”
    Toxunmasın bir yaxına, yada daş.
    Kənkan demə hər quyunu qazana,
    Uyma ucuz şöhrət dolu qazana.
    Ad qazanan gərək eldən qazana–
    Ya “Dədə”di, ya “Ustad”dı, ya “Dadaş”.
     

    Təb bulaqdı, “vergi” olmaz arxasız,
    Qoyma bata, misra-misra arxa sız.
    Sızqa da bir qənimətdi arxa, sız,
    Demirəm ki, çaytək çağla, ya da daş.

     

    Seyrana çıx təbiətin yazında,
    Bahardan yaz, ətir saçsın yazın da,
    Daş mövzusu vardı axı yazında,
    Talıb, yenə hardan düşdü yada, daş?!

  • 16Fev
    Digər Yeni dövr uğurla başlayır və uğurla da davam edəcək üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi keçirilib.

    Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib.

    Sonra Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

    Bildirilib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

    Qeyd olunub ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Daha ətraflı »

  • 12Fev
    Digər Tərtərlilər növbəti uğurlara, sosial-iqtisadi inkişafa, sülhə və əmin-amanlığa səs verdilər üçün şərhlər bağlıdır

    UĞUR OLSUN, CƏNAB PREZİDENT!

    Ölkəmizdə Zəfər seçkiləri başa çatdı. Xalqımız növbəti dəfə birlik nümayiş etdirdi. Azərbaycanın gələcəyini düşünən insanlar öz səslərini Qalib Liderə – İlham Əliyevə verdilər.
    Dünya Azərbaycanın növbəti tarixi Qələbəsinin şahidi oldu. Seçkiləri izləyən xarici müşahidəçilər, media nümayəndələri ölkə üzrə bütün seçki məntəqələrində işlərin yüksək səviyyədə qurulduğunu, hər kəsin öz seçki hüququndan sərbəst istifadə etməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdilər.
    Biz cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verdiyini qürurla izlədik. Məhz Xankəndidə! O şəhərdə ki, buradan qondarma respublikanın indi Azərbaycanın təcridxanalarında saxlanılan qondarma “rəhbərləri” sayaqlamalara bənzər çıxışları ilə beyinləri zəhərləyirdilər. “Dəmir yumruq” bunların hamısına birdəfəlik son qoydu. Düşmənin boş xülyaları tikdikləri keçilməz sədlər kimi darmadağın edildi. Torpaqlarımız öz sahiblərinə qayıtdı. Bizim hər birimiz xoşbəxtik ki, fevralın 7-də Azərbaycanın bütöv ərazisində keçirilən tarixi seçkilərin gedişini izləyə bildik. İzlədik və Xankəndidə, Füzulidə, Laçında, Xocalıda, işğaldan azad edilmiş digər şəhərlərdə insanların necə sevinclə, fərəhlə səs verdiklərinin şahidi olduq. Əlbəttə ki, bu mənzərəni seyr edərkən Müzəffər Ali Baş Komandan və onun ətrafında birləşən Azərbaycanın igid, vətənpərvər oğulları yada düşür. O oğullar ki, şirin canlarından keçdilər, ancaq bizə bu günlərin fərəhini, qürurunu yaşatdılar. İndi onların cənnətdəki ruhları azad Qarabağımızın üzərində rahat dolaşır, çünki düşmənin bütün pisliklərinə son qoyulub. İllərlə sərvətlərimiz istismar edilən torpaqlar tezliklə öz sahiblərinə qucaq açacaq. “Böyük Qayıdış” artıq başlayıb və uğurla, sürətlə davam etdirilir. Viran qoyulmuş kəndlər, şəhərlər göz önündə dəyişir. Daha ətraflı »

  • 12Fev
    Xəbərlər Rayonumuzda prezident seçkiləri böyük seçici fəallığı ilə başa çatıb üçün şərhlər bağlıdır

    Tərtərli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etirabən Dairə Seçki Komissiyasının məntəqələrinə axışıblar. Məntəqələrin qarşısında böyük insan izdihamı müşahidə edilirdi. Seçicilər arasında şəhid ailələri, qazilər, gənclər də aktivlik nümayiş etdiriblər. Hər kəs öz layiqli namizədini seçmək üçün məntəqələrə gəlməyi vacib hesab edib.
    Tərtərdə seçkləri müşahidə edən həm beynəlxalq, həm də müxtəlif partiyalardan olan müşahidəçilər seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini, hər hansı neqativ hallarla rastlaşmadıqlarını bildiriblər.
    Qeyd edək ki, 7 fevral 2024-ci il Prezident seçkiləri sıradan bir seçki deyildi. Qələbəmizin, qürur seçkisinin keçirildiyi bir gün idi. Seçki prosesi yekunlaşdıqdan sonra, Tərtər sakinləri bayraqlarla abtomobil yürüşü keçirərək, öz sevinclərini bölüşüblər.