Təbiəti qorumaq həyatı qorumaq deməkdir
“İnsanları təbiətin övladı” kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim təbiətə qayğı göstərmiş, onun sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.
Prezident İlham Əliyev də öz çıxışlarında Azərbaycan vətəndaşlarının təmiz ekoloji şəraitdə yaşamasını cəmiyyətimiz qarşısında duran mühüm bir vəzifə olduğunu qeyd edir.
Bu dəyərli tövsiyələrin timsalında təbiətimizi qorumağı özümüzə bir həyat borcu seçdik və sevdik.
“Təbiətə qayğı” dərnəyimizin 12 nəfər üzvü var. 2023-cü ilin 1 noyabrında fəaliyyətə başlamışıq.
Dərnək üzvləri ilə bərabər təbiətə, suya, tullantılara, havaya, heyvanlara, bitkilərə, təbiət hadisələrinə, antropogen hadisələrə aid şagirdlərin maarifləndirilməsi üçün videoçarxlar hazırlayır, maarifləndirici təqdimatlar edirik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Təbiət naminə birləş, Həyat naminə birləş!” sözləri fəaliyyətimizdə bizə stimul verir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə Sektorunun müdiri İsrafil Paşayev və həmin sektorun baş məsləhətçisi Vaqif Əliyev dərnəyimizin qonağı olub və məktəbin həyətində sərv ağacları əkiblər.
“Şəhidlər vurulanda ölmürlər, unudulanda ölürlər!” devizi altında dərnəyimizin üzvləri şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisyalarla şəhid ailələri qarşısında çıxış ediblər. Tədbirin sonunda məktəbin həyətyanı sahəsində şəhid ailələri ilə birlikdə “8 Noyabr – Zəfər Günü” münasibəti ilə sərv ağacları və qızılgül kolları əkilib. Daha ətraflı »
Yeni ismarıclar