Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Noy
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 90 İLLİYİ QARŞISINDA üçün şərhlər bağlıdır

    Jurnalistikada qazandığım çoxsaylı uğurlarıma görə “Yeni Tərtər” qəzetinə borcluyam

    Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boya-başa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Rayon zəhmətkeşlərinə, qabaqcıl əmək kollektivlərinə, mədəniyyət və incəsənət işçilərinə, yaradıcı insanlara, istedadlara geniş yer verildiyindən qəzetin yerli əhali arasında nüfuzu çox böyük idi. Mən də orta məktəbdə  təhsil almağıma baxmayaraq, onun hər nömrəsini acgözlüklə oxuyardım. Ən çox bəyəndiyim isə orta məktəb şagirdlərinin oxucu məktubları idi. Hər dəfə məqalələrini maraqla oxuduğum məktəbli həmkarlarıma istər-istəməz həsəd aparırdım.  Nəhayət, bir gün əlimə qələm almaq və məqalə yazmaq keçdi könlümdən. Və…
    1988-ci ilin payız ayları idi. 12 yaşım var idi. Rayonun digər məktəbliləri kimi biz də pambıq yığımı ilə əlaqədar tətilə buraxılmışdıq. Həmin dövrlərdə daha çox “ağ qızıl” yığan kolxozçular haqqında “Qızıl Bayraq” qəzetində şəkilli məqalələr dərc olunurdu.  Mən də doğma kəndimiz Seydimlinin pambıqçıları barədə məqalə yazmaq fikrinə düşdüm. Bir dəftər səhifəsi boyda hazırladığım yazını qəzetin redaksiyasına göndərdim. İki gündən sonra məqaləmin düzəliş edilməklə “Qızıl Bayraq”da dərc olunduğunu görəndə sevincimin həddi-hüdudu yox idi. Göyün yeddinci qatına uçmaq üçün ikicə qanadım çatışmırdı.  İlk uğurum məni qələmə sarılmağa, yeni-yeni yazılar yazmağa məcbur etdi. Redaksiyaya ünvanladığım növbəti yazılarımda kəndimizin qabaqcıl əməkçiləri barədə yazmağa və çap olunmağa başladım. Daha ətraflı »

  • 07Noy
    Milli-mənəvi dəyərlər “Tərtər” oxuculara nə vəd edir üçün şərhlər bağlıdır

    Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da, qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş Günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
    İllərin ayrıcında dayanıb olub-keçənlərə, baş verən hadisələrə qiymət vermək fikrində deyilik. Bu haqda çox deyilib, çox yazılıb. Məqsədimiz başqadır. Axı, üç ildən bəri rayonumuzun köhnə adının bərpasına, qəzetimizin “Tərtər” adı ilə çıxmasına çalışılıb. Birinci məsələnin həllinə qismən (ona görə qismən deyirik ki, rayon Sovetinin verdiyi qərarın təsdiqi gecikir) nail olsaq da, ikinci məsələ artıq həll olunubdur. “Tərtər” yeni ildə təzə-tər xəbərləri, məqalələrilə görüşünüzə gəlibdir. Sizi əmin edirik ki, “Tərtər” ulu babası “Əkinçi”nin adətənənələrinə sadiq qalıb oxucuların yaxın dostuna, sevimlisinə çevriləcəkdir. Qəzetimizdə rayonumuzun həyatı, kəndimizin problemləri, mədəniyyət və maarifi, gələcək perspektivləri, narahat dünyamızda baş verən hadisələr haqqında yazılar, maraqlı xəbərlər dərc ediləcəkdir.
    Çalışacağıq ki, milli soy-kökümüzü özündə əks etdirən “Tərtər”in hər nömrəsi Sizi sevindirsin, maraq dairənizi əhatə etsin, “Molla Nəsrəddin kimi düzü-düz, əyrini-əyri” göstərsin. Əziz oxucularımız, bunun üçün ancaq sizə güvənirik.

    Redaksiya heyəti
    “Tərtər” qəzeti ,
    1 yanvar 1991-ci il

  • 07Noy
    Şəhidlər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Şəhidlərimizin həyatı nümunədir

    44 günlük Vətən müharibəsində bizə Qələbə sevincini bəxş edən igidlərimizi xalqımız heç zaman unutmayacaq. Biz məktəblilər üçün də onlar nümunədir.
    Şəhidlərimizin həyatını daha yaxından öyrənmək üçün biz onların ailələrində olur, valideynlərilə görüşür, söhbət edirik. Bu yaxınlarda tarix müəllimi Kifayət Kərimova və İlahə müəllimlə birlikdə şəhid Xəyal Aslanovun evində olduq. Öyrəndik ki, bu ailə ötən əsrin 90-cı illərinin əvvəllərində Ağdərə rayonunun İmarət Qərvənd (Kərəmli) kəndindən məcburi köçkün düşmüşdü. Xəyalın ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızı, o cümlədən öz kəndlərini düşməndən azad etmək idi. O, bu yolda döyüşdü və şəhid oldu.
    İndi Xəyalın və bütün şəhidlərimizin ruhu şaddır. Çünki torpaqlarımız separatçılardan təmizlənib. Az müddət keçəcək, keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına dönəcəklər.

    Hüseyn İsayev,
    şəhər 3 saylı məkrəbin
    VII sinif şagirdi

  • 07Noy

    Digər üçün şərhlər bağlıdır

    Qızların müasir texnologiyaya marağı artırılır

    Bakıda “Women In Tech Azərbaycan” STEAM İnnovasiya Mərkəzində Tekla Festivalı keçirilib.
    Tekla beynəlxalq tədbiri İsveç İnstitutu, Kral Texnologiya İnstitutu və İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi qızların texnologiyaya cəlb edilməsi və STEAM sahəsində olan problemlərin və disbalansın müzakirəsi idi.
    Qonarlar və qız valideynləri məzmunlu müzakirələrdə iştirak ediblər, tədbirə dəvət olunan 11-15 yaşarası qızlar isə tərəfdaşlar tərəfindən təşkil olunan master klasslara qatılıblar.
    Tekla Festivalında, Tərtər Qadın Resurs Mərkəzinin dəstəyi ilə, məktəbimizin 5 qız şagirdi iştirak edib. Sonda qızlarımız sertifikatla təltif olunublar. Sertifikatlar İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso və “Women In Tech” in Azərbaycandakı səfiri Leyla Seyidzadə tərəfindən təqdim olunub.

    Ziyafət Rüstəmova,
    Tərtər şəhər 1 saylı tam orta
    məktəbin direktor müavini

  • 06Noy
    Digər “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir” üçün şərhlər bağlıdır

    Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsidir.

    Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu zirvə toplantısı həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək, həm də bu addımlara əsasən gələcək prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ötən 10 ilə nəzər yetirdikdə vacib işlərin həyata keçirildiyini demək mümkündür. Birincisi, Türk dünyasının dərin inteqrasiyası həyata keçirilir. İkincisi, Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrilib.

    Türk dövlətlərinin siyasi, iqtisadi və hərbi də daxil olmaqla bütün sferalarda əməkdaşlığı dərinləşdirilib. Xüsusilə Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə mövcud olan qardaşlıq münasibətlərinə digər türk dövlətlərinin də qoşulması ən vacib uğurlardan biridir. Əgər əvvəllər Mərkəzi Asiya coğrafiyasındakı türk dövlətləri bu prosesdə müəyyən qədər geridə qalırdılarsa, bu gün mənzərə tamamilə dəyişib. Həm ikitərəfli əlaqələr, həm də TDT çətiri altında əməkdaşlıq güclənib. Mərkəzi Asiyadakı türk dövlətləri öz aralarındakı problemlərin də artıq həllinə nail olurlar. Misal üçün, Özbəkistanla Qırğızıstanın sərhədin delimitasiyası məsələsində razılaşması belə nümunələrdən biridir. Problemlərin həllinin danışıqlar yolu ilə tapılmasında TDT çərçivəsindəki əməkdaşlıq böyük rol oynayıb. Bununla yanaşı, Türkiyənin Azərbaycanla hərbi müstəvidə əməkdaşlıq təcrübəsini digər türk dövlətləri ilə münasibətlərdə də tətbiq etməsi ən vacib məqamlardan biridir. Daha ətraflı »

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib.

    Tədbirdə Ümummilli liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra  2023-cü ilin 9 ayında  görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2023-cü ilin 9 ayı ərzində rayonda  ümumi məhsul buraxılışının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3.0 faiz artıb.

    Hesabat dövründə kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275.0 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706.0 min manat  olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250.0 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.

    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur. Daha ətraflı »

  • 04Noy
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275.0 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı vəya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.
    Tərtər Rayon Statistika İdarəsi

     

  • 04Noy
    Kənd Təsərufatı 2023-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 5.8 faiz artıb   üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sahələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.

    2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275.0 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739.0 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706.0 min manatlı (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

    Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.

                                                                                       

                                                                       Tərtər Rayon Statistika İdarəsi

     

     

     

     

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə Zəfər Gününə həsr olunan sərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin  və Tərtər Peşə məktəbinin tələbələrinin  8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

    Sərgidə  məqsəd məktəblilərə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək  olub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkşiyev, ümumtəhsil məktəblərinin şagirdləri, Tərtər Peşə Məktəbinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »