Odur ki, narkomaniyaya “yox” deyək!
Narkomaniyanın digər adı “ağ ölüm”dür. Ağ rəng adətən xəyalımızda xoşbəxt günləri, hadisələri canlandırır. Bu bəlanın da əsl üzü elə budur: Əvvəlcə insanda xoş duyğular yaradır, sonra bir-birinin ardınca ölümə aparan qara günlər başlayır…
“Ağ ölüm”lə mübarizənin isə bir yolu var: ailə, məktəb, cəmiyyət olaraq birləşmək, böyüməkdə olan nəsli maarifləndirmək, onların ömür yoluna bu qorxulu kabusun daxil olmasına yol verməmək.
Tərtər Rayon Polis Şöbəsinin Mamırlı kənd tam orta məktəbində keçirdiyi tədbirin məqsədi də elə bu idi.
Məktəbin şagird və müəllim kollektivlərinin, valideynlərin iştirakı ilə keçirilən görüşə polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, həkim Lütüfə Bağırova, Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova gəlmişdilər. Daha ətraflı »


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Sərəncama əsasən il ərzində ölkədə və xaricdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin biri cənab Prezident İlham Əliyevin iştirakı ilə 10 mayda Azərbaycanın incisi sayılan Şuşada keçirilmişdir. Burada Ölkə Başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət etdi.






Tərtər Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə sərgi keçirilib.
May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün əsasını Azərbaycançılıq məfkurəsi təşkil edir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 2-ci qrup Vətən Müharibəsi əlili, mülki şəhid Ədavət Axundovun qızı ilə ailə həyatı quran İsmayılzadə Elvin Şakir oğlunun toy mərasimində iştirak edib.
Yeni ismarıclar