Noyabr 14-də Tərtər şəhərində “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial problemlərin həllində yeni metodolji üsulların tətbiqi” layihəsi çərçivəsində tədbir keçirilib.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edib. “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən Sosial problemlərin həllində yeni metodoloji üsulların tətbiqi” layihəsinin komando heyəti ilə təlim iştirakçılarını tanış edib.
Layihənin rəhbəri, məruzəçi dosent H. İbrahimov çıxış edərək, hazırki dövrdə ölkəmizdə davam edən uğurlu islahatlar paketi sosial problemlərin həllində yeni metodların axtarışlarını zəruri və əhəmiyyətli olduğunu bildirərək, yaxın dövrdə yaşadığımız pandemiya bu istiqamətdə ictimai təşəbbüslərin daha geniş əlaqələndirilməsini tələb etdiyini, sosial problemlərin həllində yeni metodların tətbiqi ilk növbədə nəzəri cəhətdən sosial işin aparılması prinsiplərinə söykəndiyini qeyd etmişdir.
Keçirilən tədbirdə belə prinsiplərin yerinə yetirilməsi işində dövlət və ictimai təsisatların birgə iş aparması və könüllü fəaliyyətin gücləndirilməsi meyarları aydınlaşdırıldı.
Məruzəçi dosent H. İbrahimov, rayon İcra Hakimiyyəti Aparatının mütəxəssisləri tədbirdə geniş məruzələr etdilər. Sosial problemlərin həllinə dəstək olacaq yeni metodları özündə ehtiva edən kitabça tədbir iştirakçılarına paylanıldı.
Yeni ismarıclar