Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Noy
    Digər MƏNƏVİ BORC üçün şərhlər bağlıdır

    44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi gös-tərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Bayrağı ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər.
    Rayon rəhbəri çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
    Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.

  • 21Noy
    Xəbərlər ZƏFƏR GÜNÜNÜN FƏRƏHİ üçün şərhlər bağlıdır

    Sarıcalı kənd tam orta məktəbində Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Vəsilə Mehdiyeva Azərbaycan Ordusunun Şanlı Zəfərindən, əsgər və zabitlərimizin misilsiz hünərindən, Ali Baş Komandanın “dəmir yumruq”lu bir sərkərdə olmasından danış-dı və nəticədə tariximizin unu-dulmaz gününün əldə olunma-sını söylədi.
    Sonra məktəbin şagirdləri-nin ifasında Şanlı Zəfər Gününə həsr olunmuş rəngarəng proqram səsləndirildi. Proqramda əsasən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və səhnəciklər təqdim olundu. Uşaqların üçrəngli bayrağımızı dalğalandırması könüllərə fərəh bəxş etdi.
    Tədbirə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçıları dəvət edilmişdilər. Sonda Vəsilə Mehdiyeva hər kəsə öz minnətdarlığını bildirdi və 44 günlük Vətən müharibəsində qazi olmuş Vüqar Abdullayevlə birlikdə sülh rəmzi olan göyərçini mavi səmaya buraxdı. Sülh göyərçini göyün ənginliyinə doğru qalxdı. Məktəblilərin rəqs və musiqi dolu şənliyi isə davam etdi.

    Elfuzə Vəliyeva

  • 21Noy
    Digər KƏDƏRƏ, ƏSARƏTƏ SON QOYULDU üçün şərhlər bağlıdır

    Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycanın şanlı tarixinə daha bir Zəfər günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Müzəffər ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri qısa müddətə ləğv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin şərəfli gününü yaşadı, desək, yanılmarıq. Çünki bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Qarabağ Azərbaycandır! reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin –Azərbaycanın var olduğunu sübut etdi. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı oldu. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək, təkcə Ermənistana yox, bötövlükdə haqsız güclərə sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla qazanmaq olar . Daha ətraflı »

  • 21Noy
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Noyabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

    Aslanlı Orxan Şahmar oğlu
    Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub.
    Orxan Aslanlı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Səhlabad kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Quluzadə Elmin Şəmsi oğlu
    Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
    Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarıı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Məhərrəmli Fuad Habil oğlu
    Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
    Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində “Tülkü dərəsi” adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

  • 21Noy
    Xəbərlər Ağdamın azadlığa qovuşduğu gün üçün şərhlər bağlıdır

    Noyabrın 20-də xalqımız qürur hissi ilə Ağdamın işğaldan azad olunduğu günü qeyd edir.
    Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik səyləri nəticəsində Ağdam rayonu hərbi əməliyyatlar keçirilmədən, siyasi yolla işğaldan azad edildi.
    Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdam işğal dövründə erməni vandalizmi nəticəsində ruhlar şəhərinə çevrilib. İşğaldan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı deyib: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhəri, bu kəndləri bərpa edəcəyik”.
    Hazırda Ağdamda avtomobil və dəmir yolları çəkilir, 470 mənzildən ibarət yaşayış məhəlləsi tikilir, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində bərpa işləri görülür. Çox keçməz ki, əvvəlkindən də gözəl və yaraşıqlı Ağdam rayonu ölkəmizin müxtəlif güşələrinə səpələnmiş doğma sakinlərini yenidən öz qoynuna alar.

    “Yeni Tərtər”

  • 19Noy
    Digər İcra başçısı suvarma arxının beton üzlüyə alınması ilə bağlı aparılan işlərlə yerində tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qapanlı kəndinə gedən suvarma arxının beton üzlüyə alınması ilə bağlı aparılan işlərlə yerində tanış olub.

    Melorasiya və Su təsərrüfatı ASC-nin əsaslı təmir planına uyğun olaraq uzunluğu 10 km olan Qapanlı arxının cari ilin sonunadək 1 kilometri, uzunluğu 8 km olan Qaynaq- Qazyan arxının isə 1,2 kilometri beton örtüyə alınacaq.

    İcra başçısı rayonda fəaliyyət göstərən Suvarma sistemləri və Tərtərçay Hidroqovşağı istismarı idarəsinin  rəhbərlərinə arxın beton üzlüyə alınması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verib.

     

  • 19Noy
    Xəbərlər Rayon rəhbərinin Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qapanlı kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

    Bildirilib ki, Qapanlı  kəndinin 364 hektar ərazisi, 122 təsərrüfatı, 1235 nəfər əhalisi, 350 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 1 ticarət obyekti, 1 iaşə obyekti, 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

    Sakinlər 285 baş iribuynuzlu, 360 baş xırdabuynuzlu heyvan, 1370 baş quş, 46 yeşik arı ailəsi saxlayırlar.

    Qapanlı kəndində son üç ildə pay torpaqlarına gedən su arxları 7 km məsafədə lildən təmizlənib, 9 ədəd subartezian quyularının nasosları təmir edilmişdir. Daha ətraflı »

  • 19Noy
    Digər Tərtərdə “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

    Noyabrın 15-də YAP Tərtər Rayon Təşkilatının inzibati binasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində ailə dəyərləri mövzusunda tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, məktəb, xəstəxana və digər dövlət qrumlarının nümayəndələri iştirak ediblər.

    Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. O, layihənin gənclərin milli-mənəvi dəyərlərlə tərbiyə olunması, milli dəyərlərə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

    Lamiyə İsazadə qeyd edib ki, “Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürməsi sual altındadır. Milli- mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitlərində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Daha ətraflı »

  • 19Noy
    Digər Tərtərdə qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirilib üçün şərhlər bağlıdır

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə münaqişədən ziyan çəkmiş Tərtər rayonunda qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirib.

    Tərtər rayon məcburi köçkün qəsəbəsində noyabrın 15-18-ni əhatə edən aksiyada 1500 şəxsin göz müayinəsindən keçməsi nəzərdə tutulur. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tərtər, Bərdə və Ağdam rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim-oftalmoloqlar aksiyaya cəlb olunub. Aksiyada Tərtər rayonunda müvəqqəti məskunlaşmış əsasən ağdamlı, laçınlı və kəlbəcərli məcburi köçkünlər iştirak ediblər. Həkim-oftalmoloqlar tərəfindən yazılan reseptlər əsasında ehtiyacı olan şəxslərə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti tərəfindən ianə olunmuş optik eynəklər paylanılıb. Müayinə nəticəsində tibbi prosedurlar tələb olunan şəxslər isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

    Aksiyanı rəğbətlə qarşılayan məcburi köçkünlər sağlamlıqlarına göstərdikləri qayğıya görə təşkilatçılara təşəkkür ediblər.

    Qeyd edək ki, Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib. COVID-19 pandemiyası səbəbindən ənənəvi aksiyanı 2020-ci ildə reallaşdıra bilməsə də, şirkət BMT-nin Qaçqınlar üzrə Agentliyi vasitəsilə Azərbaycana humanitar dəstəyini davam etdirib. Ötən il olduğu kimi, bu il də “Fuji Optical Co. Ltd.” şirkəti Azərbaycana 3500 ədəd yüksəkkeyfiyyətli optik eynək göndərib. Daha ətraflı »

  • 19Noy
    Digər Sarov kənd tam orta məktəbində “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirilib üçün şərhlər bağlıdır

    Noyabırın 14-də “Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində Tərtər rayon, R. Kərimov adına Sarov kənd tam orta məktəbinin  8-9-10-cu sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib.

    Əvvəlcə təşkilatın nümayəndələri tərəfindən sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verilib, sonra şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış etdilər.

    Şagirdlər tərəfindən yazılan inşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Sarov kənd tam orta məktəinin direktoru Rüfət İsmayılov, Sarov kəndindən olan şəhid Şirinli Nurlan Qədir oğlunun anası Esmira Şirinova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Sarov kəndinin qaziləri Kürdoğlu Abbaslı, Təhmuraz Muradov və Vətən müharibəsi iştirakcısı Şirinov Kamil, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Daha ətraflı »