Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur. Daha ətraflı »
-
10OktXəbərlər Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır
-
10OktŞəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır
Oktyabrda doğulan tərtərli Vətən müharibəsi şəhidləri
Abbasov Elşən Asif oğlu
Elşən Abbasov 1987-ci ilin oktyabr ayının 5-də Tərtər rayonunun Poladlı kəndində anadan olub.
28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub.
Hüseynov Aslan Malik oğlu
1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şirinli Nurlan Qədir oğlu
Nurlan Şirinli 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.
İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Sarov kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Məmmədov Səbuhi Zahid oğlu
Səbuhi Məmmədov 2000-ci ilin oktyabr ayının 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Noyabrın 8-də Talış-Suqovuşan istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib. -
10OktXəbərlər MÜƏLLİM İŞLƏYƏN ŞƏHİD VALİDEYNLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edib ki, müəllim us-taddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Daha ətraflı » -
10OktXəbərlər Şəhidlərin adları verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır
Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş I Qarabağ müharibəsi şəhidləri–Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri–3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçələrin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.
-
10OktQazilərimiz Qazi ona göstərilən diqqətə görə minnətdarlıq edib üçün şərhlər bağlıdır
Rayon rəhbəri Müstəqim Məmmədov 3 oktyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan avtomobil qəzası törədərək xəsarət almış, 1998-ci il təvəllüdlü, 2-ci qrup Vətən müharibəsi qazisi Kamal İsmayıllıya baş çəkib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
Qazi hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunur. İcra başçısı rayon mərkəzi xəstəxanasının publik huquqi şəxsi Sərxan Cəlahaniyə qazinin müalicəsi üçün tapşırıq və tövsiyələrini verib.
Kamal İsmayıllı şəhid və qazi ailələrinə, şəxsən onun səhhətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib. -
10OktŞəhidlər İgid döyüşçünün xatirəsi anıldı üçün şərhlər bağlıdır
Bəyimsarov kəndində yaşayan şəhid Mustafayev Əlizamin Baxış oğlunun ailəsi ziyarət olunub, onlara şəhidin həlak olmasının ikinci ildönümü ilə bağlı başsağlığı verilib.
Valideynləri Kəlbəcər rayonundan məcburi köçkün olan Əlizamin Mustafayev 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə hərbi xidmətini başa vurub. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən başlayan Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlizamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 3 okyabrda Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. -
10OktXəbərlər “Vətən bağın”da yeni ağaclar əkilib üçün şərhlər bağlıdır
Şəhidlərimizin “Anım günün”də Şıxarx qəsəbəsində yol kənarına və şəhidlərin xatirəsinə salınmış “Vətən bağın”da ağacəkmə aksiyası keçirilib.
Bu işdə rayon rəhbəri Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmçinin bu tədbir çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qurumuş ağaclar yeniləri ilə əvəz olunub, əlavə olaraq müxtəlif növ ağaclar əkilərək suvarılıb.
“Vətən bağı” salındığı müddət ərzində buradakı ağaclar xeyli böyüyüb, bağ gözəlləşib. Şəhid valideynləri vaxtaşırı bura gələrək ağaclara qulluq edirlər.“Yeni Tərtər”
-
10OktŞəhidlər ŞƏHİDLƏR BU DÜNYADA DÖNƏRLƏR BİR GÜNƏŞƏ, ŞƏHİDLƏR ÖLMƏZ OLUR, YAŞAYIRLAR HƏMİŞƏ üçün şərhlər bağlıdır
Vətən müharibəsi şəhidlərinin şəhadətə qovuşduqlarının ikinci ildönümü ilə əlaqədar şəhid ailələri ziyarət olunub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsa-sən Qubad Hacıyev ölümün-dən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. -
10OktŞəhidlər üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.
Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində al-dığı qəlpə yarasından şəhid olub. Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub.
İldönümü mərasimində şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub. -
10OktŞəhidlər üçün şərhlər bağlıdır
Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqani oğlunun ailəsinə də baş çəkib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi xidmətə görə”və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Yeni ismarıclar