Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident cənab İlham Əliyev sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub. Azərbaycanın xarici siyasəti balanslı, praqmatik və çoxvektorludur, Azərbaycan onun dövlət siyasətinə, milli maraqlarına fayda verən, hərbi-siyasi blok olmayan bütün təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan 2016-cı ildən bu təşkilat ilə münasibətlərini inkişaf etdirməkdədir. Daha ətraflı »
-
19SenDigər Azərbaycan regionda ən böyük yükdaşıma qabiliyyətinə malik ölkədir üçün şərhlər bağlıdır
-
19SenDigər Azərbaycan xalqı ağı-qaradan seçən xalqıdır üçün şərhlər bağlıdır
Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır.Xalqdan ayrı düşmüş və bu gün xaricdən maliyyələşən radikal müxalifət ünsürləri olan Altay Göyüşov, Məhəmməd Mirzəli və bunlar kimi vətənə xain çıxan ünsürlər bu gündə Azərbaycan xaqlının mənafeyinə zidd olan fikirlər səsləndirməklə düşmən dəyirmanına su tökürlər. Azərbaycan Ordusunun Zəfərinə hörmətlə yanaşmaq əvəzinə iftira , böhtan atmaqla Rəşadətli Ordumuzun qələbəsini kölgə altına salmağa, Azərbaycan əsgərinin,Müzəffər Ali Baş Komandanın qələbəsini heçə endirməyə çalışırlar. Həyatlarında bir dəfə də olsun müqəddəs şəhid dəfnində iştirak etməyə, şəhid ailələrinin və qazilərin problemləri ilə maraqlanmayan müxalifət nümayəndələri sosil şəbəkələrdəki açıqlamaları ilə özlərini ifşa etmiş olurlar. Adını müxalifət qoyan yuxarıda adlarını çəkdiyimiz ünsürlər Azərbaycanının milli mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirirlər .Onlar başa düşməlidir ki, şəhid ailəsi , qazi , müharibə veteranları sosial şəbəkə aləti deyil . Daha ətraflı »
-
12SenŞəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin ad günü məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlununun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, N saylı hərbi hissənin zabiti olmuş baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
-
12SenXəbərlər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır
Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.
Müraciət edənlər sırasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə də olub. V.Nəsirli qəhrəmanımızın sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
-
12SenŞəhidlər İcra başçısı şəhid anası ilə birlikdə mülki şəhidlərin məzarını ziyarət edib üçün şərhlər bağlıdır
Tərtər rayonunun Qaynaq kəndindən olan mülki şəhid Həsən Məmmədovun Bərdə şəhərində yaşayan anası Xanım Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müracət edərək, onunla birlikdə oğlunun məzarını ziyarət etməyi xahiş edib. İcra başçısı şəhid anası Xanım Məmmədova, Milli Məclisin deputatı Sahib Alıyev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birgə Xoruzlu kənd qəbristanlığında dəfn olunan şəhid Həsən Məmmədovun və 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, rayon rəhbəri mütəmadi olaraq şəhid ailələrinin üzvləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edir, ailələrinin qayğıları və problemləri ilə maraqlanır, onlara lazımı köməklik göstərir.
Şəhid anası onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
-
12SenTəhsil Rayon rəhbəri yeni tikilən Xoruzlu kənd tam orta məktəbində son tamamlama işləri ilə tanış olub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik məktəbdə aparılan son tamamlama işləri ilə tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.
Qeyd edək ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Artıq ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Daha ətraflı »
-
12SenTərtər RİH-də Rayon rəhbəri Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib üçün şərhlər bağlıdır
8 sentyabr 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov da iştirak ediblər.
Kənd sakinləri 2021-ci ildə respublika prezidenti cənab İlham Əliyevin 31 may 2021-ci il tarixli sərəncamı ilə yeni qazılacaq subartezian quyusunun yerinin dəyişdirilməsi, məktəbə gedən yolun təmiri, Yuxarı Sarıcalı kəndində ibtidai məktəbin açılması, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.
Rayon rəhbəri sakinlərə bildirib ki, 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqıda” sərəncam imzalayıb. Daha ətraflı »
-
12SenTəhsil Tərtərdə yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib üçün şərhlər bağlıdır
Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayonun təhsil işçiləri, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha ətraflı »
-
09SenXəbərlər Yaponiyanın “Fuji Optical Co.Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub üçün şərhlər bağlıdır
Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
Doktor Anio Kananin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur. Daha ətraflı » -
09SenTərtər RİH-də Sarıcalı kəndində səyyar-qəbul görüş üçün şərhlər bağlıdır
Kəndin sosial-iqtisadi həyatında uğurlar var, vətəndaşların şəxsi problemləri də həll olunur
Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarıcalı kəndində səyyar qəbulgörüşü keçirilib.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələ-rinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »
Yeni ismarıclar