Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər kimi yenə də Azərbaycan əsgəri düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Daha ətraflı »


Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən xatirə abidə kompleksinin açılışı olub.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.


22 sentyabr 2022-ci il tarixdə Tərtər Gənclər mərkəzində KOBİA-nın Tərtər nümayəndəliyinin və Tərtər Gİİ-nin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndirici dəyirmi masa keçirilmişdir.
Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 22-də Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.


Yeni ismarıclar