Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Digər Fikir mübadiləsi aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Rayon rəhbəri Qarabağ Regional Təh-sil İdarəsinin müdiri ilə birlikdə Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə və 5 saylı körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, məktəbin və məktəbəqədər təhsil müəssisəsinin kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib. Şəhər 5 saylı körpələr evi-uşaq bağçasında görülən işlərdən, uşaqların təlim və tərbiyəsindən razı qaldıqları, bağçada işlərin yüksək səviyyədə qurulduğu bildirilib. Sonra onlar tikilməkdə olan şəhid Şikar Şikarov adına 360 şagird yerlik şəhər 5 saylı, son tamamlama işləri aparılan şəhid Aqil Məmmədov adına 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin, uzun illər qəzalı vəziyyətdə olan rayonun şəhid Vüqar Əkbərov adına Qazyan və Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün tikilən Daha ətraflı »

  • 20İyn
    Xəbərlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Şəhid polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib

    Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
    Tərtər rayonunda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu günlərdə Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib. Artıq bu gündən 8 C sinifi şəhidin adını daşıyacaqdır. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, Şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksini ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Sonra şəhidin adını daşıyan sinif otağında davam etdirilən tədbirdə qəhrəmanın həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »

  • 20İyn
    Şəhidlər Şəhid Elşən Əlizadənin ailəsi ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Əlizadə Elşən Faiq oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb.
    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaət-lərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
    Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 16-da yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
    Şəhid Elşən Əlizadə 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyn
    Şəhidlər Çətin tapşırıqları məsuliyyətlə yerinə yetirirdi üçün şərhlər bağlıdır

    Aysənan Abbasovun Seydimli kəndindəki evinə daxil olanda, sanki Vətən Müharibəsi muzeyinə düşürsən. Bütün divarlar başdan-başa Aysənanın və onun döyüş yoldaşlarının, ailə-nin tanıdığı və tanımadığı şəhidlərin şəkilləri, onlar haq-qında məlumatlarla bəzədilib.
    Elə Aysənanın ruhu da burada, valideynlərinin, etibarlı ömür-gün yoldaşının və iki balasının yanındadır. Ona görə də daim yuxularına girir.
    Anası Rəna xanım deyir ki, Aysənanın hərbiyə marağı uşaqlıqdan vardı. IX sinifdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə vermək istəyirdi, ancaq ayağında anadangəlmə problem olduğu üçün götürmədilər. Elə Ali Hərbi Məktəbə də bu səbəbdən qəbul ola bilmədi.
    Həqiqi hərbi xidmətini isə müvəffəqiyyətlə başa vurmuşdu. Bundan sonra bir müddət Moskvada yaşayıb. Qazancı yaxşı olsa da, vicdanı ona rahatlıq verməyib. Axı, Vətən torpaqları işğal altındaydı. O, yenidən Vətənə qayıdıb, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət edib. Daha ətraflı »

  • 20İyn
    Təhsil Şagirdlərə tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib. Tədbirdə həmçinin şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, narkoloq həkim Rima Axundova, məktəbin psixoloqu Vəfa Abbasova və başqaları çıxış edərək şagirdlərə öz tövsüyələrini veriblər.
    Sonda şagirdlər narkotiklərin törətdiyi fəsadlardan bəhs edən səhnəcik göstəriblər və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

  • 20İyn
    Milli-mənəvi dəyərlər 2022-ci il “Şuşa ili”dir üçün şərhlər bağlıdır

    ŞUŞA AZƏRBAYCANIN DÖYÜNƏN ÜRƏYİDİR

    Umudlu kənd tam orta məktəbində “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin Şuşaya həsr olunmuş rəsmləri və əl işləri ilə tanış olublar.
    Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa ilə bağlı fikirləri səsləndirilib.
    Məktəbin direktor əvəzi Könül Hacıyeva “Şuşa ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən, Şuşanın Azərbaycanın həyatındakı misilsiz rolundan danışıb. Qeyd edib ki, məktəbin şagirdləri “Şuşa ili” çərçivəsində keçirilən bütün yarışmalarda uğur qazanıblar. Belə ki, rayon təhsil şöbəsinin “Şuşa, sən azadsan” adlı inşa yazı müsabiqəsində Nəzrin Mehdizadə, rəsm sərgisində Nilufər Zeynalzadə 2-ci yerlərə layiq görülüblər. Rəşad Səfərli və Ramizə Qasımzadə Şuşaya aid müxtəlif əl işləri hazırladıqlarına görə məktəb tərəfindən təltif ediliblər.
    Məktəbin “Xarı bülbül” komandası rayon üzrə intellektual oyunda birinci yerə çıxaraq, Mingəçevirdə keçirilən zona yarışına vəsiqə qazanıb və burada rayonumuzu layiqincə təmsil edib. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər Tərtərdə Səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir üçün şərhlər bağlıdır

    “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 8 iyun 2022-ci il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.
    Rayon sakinləri əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.
    “Asan xidmət” sakinlərə səyyar şəkildə tərcümə, tibbi, bank xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin olunması, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərir. Bu günə kimi ümumilikdə 598 nəfər rayon sakini xidmətin fəaliyyətindən yararlanmışdır.
    “ASAN xidmət”in səyyar avtobusu rayonda 24 iyun 2022-ci il tarixədək xidmət göstərəcəkdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ASAN xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış olmuş, sakinlərin qayğıları ilə maraqlanmış, onlarla səmimi söhbət etmişdir.
    Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyn
    İdman Milli Qurtuluş Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    Mini futbol idman növü üzrə rayon çempionatı

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
    Çempionatda 16 məktəb komandası iştirak edib. Yarışın keçirilməsində məqsəd Heydər Əliyev ideyalarının yaşadılması, 15 iyun – Milli Qurtuluş Gününün rayonda qeyd edilməsi və mini futbolun yeniyetmələr arasında inkişaf etdirilməsidir.
    Yekunda şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, Köçərli kənd tam orta məktəbin komandası isə ll yeri tutaraq, müvafiq diplomlarla təltif edilib.

     

  • 20İyn
    Təhsil Naxçıvandan məktub üçün şərhlər bağlıdır

    Arzuların gerçək olduğu təhsil ocağı

    Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
    İnsan hər zaman xəyallarının arxasınca getməyi bacarmalıdır. Mən də məhz bu cür etmişəm. Hal-hazırda oxuduğum ali təhsil ocağı–Naxçıvan Dövlət Universiteti haqqında çox eşitmişdim. Amma eşitdiklərimdən daha yaxşı olduğuna burda bir daha şahid oldum. Universitetimizdə bütün ixtisaslar üçün çox yaxşı şərait yaradılıb. Daha ətraflı »

  • 20İyn
    Digər 30 illik işğalın acı nəticələri üçün şərhlər bağlıdır

      Azərbaycan Respublikasının Şərqi Zəngəzur və  Qarabağa aid olan rayonlardan  Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və  Füzuli rayonlarının  mərkəzləri və ərazilərinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur. O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən Azərbaycanın zəbt olunmuş ərazilərində yerləşən yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı. İşğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

    Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Burada nadir hallarda rast gəlinən ağaclardan olan yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır.  Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilərək Ermənistana aparaılmış,  mebel istehsalında istifadə olunmuşdur. Daha ətraflı »