Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Təhsil İcra başçısı respublika fənn olimpiadasının qalibləri ilə görüşüb üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşüb.  Tədbirdə coğrafiya fənni üzrə 2-ci yerə layiq görülmüş Mamırlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Murad Qarayev, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş Köçərli kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Xədicə Qəmbərova, qaliblərin müəllimləri də iştirak ediblər.

    Görüşdə rayon rəhbəri respublika olimpiadasında öz bilik və istedadları ilə uğur qazanan məktəblilərə xoş arzularını bildirib, onları təbrik edib. O, respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, son illərdə Tərtər rayonunda 5 modul tipli məktəb quraşdırılıb. Prezidentin Sərəncamı ilə hazırda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi tikilir. 360 yerlik şəhər 5 saylı tam orta məktəbinin tikintisinə də başlanılıb. Rayonda 3 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 2 körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunub. Dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər təqdirəlayiqdir.  İcra başçısı bütün bunların Azərbaycanın xoşbəxt gələcəyi naminə edildiyini diqqətə çatdırıb.

    Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən təşəkkürnamə təqdim olunub.

     

  • 20May
    Xəbərlər Kəbirli kəndində icra başçısı sakinləri qəbul edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Kəbirli kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.

    Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. Qeyd olunub ki, son beş ildə şəhid və qazi ailələrinə 1546 fərdi ev tikilib. Daha ətraflı »

  • 19May
    Şəhidlər ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! üçün şərhlər bağlıdır

    Dən səpdik-bitən oldu, ormanlara tən oldu,
    Buralar torpaq idi, can verdik Vətən oldu…
                                                                               Vahid Əziz, Azərbaycanın xalq şairi

                                                                           Əfsanəvi komandir

    Qənbər Qənbərli Kəngərli kənd orta məktəbinin IX sinfindən sonra 2009-cu ildə Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bundan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Məktəbin nümunəvi məzunlarından biri olduğunu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə sübut edib. Əfsanəvi kəşfiyyatçı, cəsur komandir kimi yaddaşlarda qalıb.
    Baş leytenant Qənbər Qənbərli üç nəfərlik kiçik dəstə ilə düşmənin arxasına keçərək, ordumuzun irəliləməsi üçün ona verilən bütün tapşırıqları qəhrəmancasına yerinə yetirib. Ərazinin çətin olması və düşmənin daha əlverişli mövqedə yerləşməsi bu vəzifənin öhdəsindən gəlməyi çətinləşdirirdi. Ancaq dəstədə hamı arxayın idi. Çünki Qənbər Qənbərli kimi ağıllı komandirləri vardı.
    Bu kiçik dəstə elə döyüşürdü ki, düşmən onların cəmi 3 nəfər olduğunu güman etmir və yaxınlaşa bilmirdi. Qənbərlinin əlverişli mövqe seçməsi nəticəsində ermənilərə xeyli zərbə vurulub. Düşmən postuna ehtiyat sursat və şəxsi heyət daşıyan maşınlara atəş açılaraq, onların həmin posta yaxınlaşmasına imkan verilməyib. Həmçinin həmin posta gedən kommunikasiya xətləri kəsilib. Bizim arxadakı topçulara koordinat verilib.
    Bundan sonra ermənilərin “UAZ” markalı sanitar maşını atəşə tutularaq, bir zabit və sürücüsü yerindəcə məhv edilib. Qalanları isə elə maşındaca komandirin atdığı qumbara nəticəsində zərərsizləşdirilib. Daha ətraflı »

  • 19May
    Şəhidlər Sevgi dolu bir ürəkdi Rəşad üçün şərhlər bağlıdır

    Anası Afidə xanım “Ay ürəyim” deyirdi oğlu Rəşada. Həqiqətən də, anasının, atasının, doğmalarının ürəyi idi. Allahdan ona ayrılmış qısa bir zaman kəsiyində nə qədər işlər görə bilmişdi Rəşad! Bu qədər insanın sevgisini, rəğbətini necə qazanmışdı?!
    Bu gün onun yaşadığı ünvana, son mənzili olan Hacıqərvənd kəndindəki qəb-ristanlığa çoxlu insan gəlir. Səbəbi gənc olmasına baxmayaraq, göstərdiyi şücaətlər, ətrafındakılara, xüsusən tabeliyində olan əsgərlərə münasibəti, təkcə ailəsi üçün deyil, Vətən üçün layiqli övlad olmasıdır.
    Onun üzündə daim təbəssüm olardı. Bu təbəssüm indi otağında məhəbbətlə qorunan şəkillərdə yaşayır və sanki valideynlərinə təsəlli kimi onun cənnətdə olmasını xatırladır.
    Oxuduğu Hacıqərvənd kənd orta məktəbində və həvəslə təhsil aldığı Mingəçevir İdman və Turizm Kollecində onun adı siniflərə verilib, şagird və tələbələrlə görüşlər keçirilib.
    Rəşad Mirzəli 1995-ci ildə mayın 26-da Hacıqərvənd kəndində doğulmuşdu. Baharın gözəl çağında dünyaya göz açan bu oğlan daim ətrafında sevgi və xoş münasibət görmüşdü, özünün də qəlbi sevgi ilə doluydu, amma bu hisslərə həm də düşmənə olan nifrət qarışmışdı. Ona görə də Rəşad şəxsi hisslərini, münasibətlərini bir kənara qoyub, hərb yolunu seçdi və bu yolda da əbədiyaşarlıq qazandı. Daha ətraflı »

  • 19May
    Şəhidlər Arzusunu atası yerinə yetirdi üçün şərhlər bağlıdır

    Elşən Məmmədovun ailəsi kəlbəcərli olsa da, o özü bu yerləri heç vaxt görməmişdi. Amma xəyallarında Kəlbəcərlə bağlı gözəlliklərlə dolu bir dünya yaşadırdı. Bu dünya doğma yurddan ayaqyalın, başıaçıq çıxan atası Dağıstan kişinin, anası Kifayət xanımın söhbətlərindən yaranmışdı.
    Dağıstan kişi deyir ki, Kəlbəcər işğal edilərkən, onlar dolu evlərindən heç nə götürə bilmədilər. Bir-təhər gəlib çıxdılar Tərtər rayonunun Hacıqərvənd kəndinə. Burada ailəni uşaq bağçasında yerləşdirdilər, yatacaq verdilər. Kənd sakinləri isti paltar gətirdilər. Beləliklə, ailə yenidən yavaş-yavaş ayaq üstə durdu. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində indi rayonumuzda qaçqınlar üçün salınmış müasir qəsəbədə rahat mənzilləri var.
    Dolanışıq düzəlsə də, elə gün olmazdı ki, Dağıstan kişigildə Kəlbəcər barədə söhbət düşməsin. Elşən bunları dinləyədinləyə böyüyürdü. Atasının dediyinə görə ən böyük arzusu Kəlbəcəri görmək idi. Deyirdi, mən atamın dədə-baba yurdunda toy edəcəyəm. Lakin qismət olmadı…
    Elşən Məmmədov 1996-cı ildə rayonumuzun Hacıqərvənd kəndində doğulmuşdu. Orta məktəbi Buruc kəndində bitirib. Daha ətraflı »

  • 19May
    Şəhidlər Qovuşan ruhlar üçün şərhlər bağlıdır

    Belə bir deyim var: Həyat olumla ölüm arasındakı ömür yoludur. Bu yolda hərə öz taleyini yaşayır. Sakit, hamar, keşməkeşsiz ömür yolları ilə bərabər qədərin qismət etdiyi ömür yolları da var.
    Pakizə ananın ömür yolu da belələrindən idi. Ağdamın axar-baxarlı Qiyaslı kəndində yaşayan bu qadının nə vaxtsa yurd-yuvasından ayrılacağı yuxusuna da girməzdi. Cavan yaşından ömür-gün yoldaşını itirən Pakizə ana həyatın acı-şirinini çox dadmışdı. Öz alın tərinin qazancı ilə 3 oğul, iki qız böyüdüb təhsil vermişdi. Bu beş övladın beşi də anası üçün canından keçməyə hazır, böyük-kiçik yeri bilən idilər. Ana da onları çox sevərdi. Ancaq, özü demişkən, oğlu Zahidin yeri bir başqa idi. Bəlkə də ana ürəyi onu tez itirəcəyini duymuşdu.
    Xain qonşularımızla başlanan müharibə çoxlarının ömrünü yarıda qoydu. Zahid də iş başında vəzifə borcunu yerinə yetirərkən namərd gülləsinə tuş gəldi. Tərtər Rayon Polis Şöbəsinin sahə müvəkkilini yoldaşları indi də hörmətlə xatırlayırlar.
    Elə öz kəndlərində dəfn mərasimi keçirərkən ermənilərin kəndə hücumu dərd içində olan ailəni məcburi köçkün həyatı yaşamağa şövq etdi. Ev-eşiklərindən bir çöp belə götürmədən evi tərk edəsi oldular. Onların Tərtərdə qonşumuzun boş evinə yığışdıqları xatirimdədir. Pakizə ana başsağlığı verən qohum-qonşu ilə tez qaynayıb qarışdı. Küçəmizin elə bir xeyir-şəri olmazdı ki, orada iştirak etməsin. Daha ətraflı »

  • 19May
    Ədəbiyyat ANA HƏSRƏTİ üçün şərhlər bağlıdır

    Vərdiş eləmişdim hər gün. Qəzet köşkü iş yolumun üstündə olduğundan, hərdən maraqla oxuduğum qəzeti alıb, iş vaxtı başlayana qədər gözdən keçirirdim. Xüsusilə qəzetin bədii səhifəsini açıb, maraqlı yazıları, şeirləri oxuyurdum.
    Qəzetin bugünkü nömrəsində tanış imza gördüm. Ara-sıra müəllifin yazılarını oxuyurdum. Yazının başlığı məni cəlb etdi. Başlığın adı “Ana həsrəti” idi. Oxudum, çox mütəəssir oldum. Yazdığı onun uşaqlığı idimi? Bilmirəm. Amma mənim nisgilli keçirdiyim uşaqlığıma bənzər bir yazı idi. Sən demə, oxşar sifətlər kimi oxşar talelər də varmış.
    “Ana həsrəti” belə başlayırdı: “Axşam günəşi kimi mən də qüruba əyilirəm. Qürubda qara buludlar görünür. Köç karvanı yol üstədi. Mənzil başına nə vaxt çatar? Onu Allah bilər. Qabaqda gedənlər var. Bu yolun uzunluğu kilometrlərlə yox, zamanla ölçülür. Uzun bir növbə var. Növbə yaşa görə deyil. Nizamsız-intizamsız bir növbədir. Bu növbədə özümdən kiçiklər də, uşaqlar da qabağa keçir. Nə deyəsən? O da bir alın yazısıdır. Allah məndən öndəkiləri qorusun. Növbəm çatanda yolum sən tərəfədir, Ana! Nə vaxt çatacağımı bilmirəm. Məni düşündürən odur ki, məni tanıya biləcəksənmi? Sən 32 yaşlı gənc bir qadın, mən 80-ni haqlamış, saçları ağarmış, üzündə hər ildən bir naxış qalan, yerişi yavaşıyan biri…” Daha ətraflı »

  • 19May
    Milli-mənəvi dəyərlər Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır üçün şərhlər bağlıdır

    Uzun illərdir ki, Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri var. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda öz təsdiqini tapır. “Şərq tərəfdaşlığı” sammitində Türkiyə haqqında söhbət gedəndə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə – erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “. Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz.

    Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qeyd etmək lazımdır ki, adıçəkilən sənəddə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyi, əlaqələrin təkcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda bölgə ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanıb. Şuşa Bəyannaməsində qardaş dövlətlərin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah-sursatın idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.

    Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri 

     

  • 14May
    Xəbərlər Yuxarı Qapanlı kəndində icra başçısı sakinləri qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Yuxarı Qapanlı və Qazyan kəndləri ermənilər tərəfindən ən çox atəşə tutulan yaşayış məntəqələrindəndir. Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. O, kənd təsərrüfatı işlərinin qızğın çağı olduğunu, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını tövsiyə edib. Daha ətraflı »

  • 14May
    Xəbərlər İcra başçısı Qazyan kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qazyan kənd tam orta məktəbində  mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideyinlərlə sıx əlaqə saxlanmasını, valideyin komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib.

    Məktəbdə Şəhid adları verilmiş siniflərdə olan icra başçısı şagirdlərlə səmimi görüşərək,  onlara torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib. O, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından və döyüş şücaətlərindən danışıb, şagirdlərə dərslərində uğurlar arzulayıb.