Məşhur alim və hər kəsin qayğısını çəkən doğma insan
Bizim Tərtər rayonu Qarabağın gözəl, əsrarəngiz guşələrindən olmaqla bərabər, həm də qədim insan məskənlərindən biridir. Keçmiş zamanlardan bəri yurdumuzun ab-havası, təmiz suyu, zəngin təbii sərvətləri bir çox məşhur sərkərdələrin, şairlərin, filosofların diqqətini cəlb etmiş, onlar Tərtər sahillərində köç salmış, qonaq qalmış, ya da rayonun kəndlərində yaşayaraq burada işləmişlər. Bunlardan Əmir Teymurun, Molla Pənah Vaqifin və digərlərinin adlarını çəkə bilərik.
Ancaq Tərtəri şöhrətli edən yalnız bunlardımı? Hamı-mız bilirik ki, rayonumuzun ən böyük sərvəti, onu tanıdan, şöhrətini bütün dünyaya yayan çox savadlı, xeyirxah, alicənab insanlarıdır.
Bu gün biz fəxr edirik ki, Vaqif Abbasov kimi şöhrətli alim rayonumuzda dünyaya göz açıb, burada ilk təhsilini alıb. Onu böyük elmə aparan cığır da elə buradan başlayıb.
Kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də rayonumuzun Cəmilli kəndində müəllim ailəsində anadan olub. Cəmilli kəndinin tarixi vaxtilə Qubadlıdan bura köç etmiş Cəmil bəyin və onun qardaşlarının adı ilə bağlıdır. Bu kəndin təməlini onlar qoyublar. Burada məskunlaşan insanların Cəmil bəyə olan hörmətinin əlaməti olaraq, kənd əvvəlcə Cəmilbəyli, sonralar isə Cəmilli adlandırılıb. Daha ətraflı »



İş planına uyğun olaraq rayonumuzdakı “Vətən bağı”ndan yazmalı idim. Bunun üçün Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfova müraciət etdim. O, bəzi məlumatları verməklə yanaşı, “Vətən bağı”nı görmək üçün ora getməyə kömək etdi.
Elşən Əhmədov rayonumuzun yetirməsidir. Burada doğulub, boya-başa çatıb. Ata-anası rayonumuzun zəhmətkeş, sadə insanlarındandır. Ailədə 3 uşaq – 2 oğlan, bir qız böyüyüb. Elşən də həmin oğlanlardan biridir. Şəhər 6 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra 11-ci sinfə qədər Bakı şəhərində təhsil alıb. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Texniki Universitetin Metallurgiya fakültəsinə qəbul olub, 2000-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Əsgəri borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi hissələrin birində artilleriya batareyasının komandiri olub. Hərbi xidmətini başa vurduqdan sonra az bir müddət Rusiyada yaşayıb, sonra qayıdaraq Gəncə şəhərində alüminium zavodunda işləyib. 2010-cu ildən isə Azəriqaz İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər xidmət sahəsində dispetçer vəzifəsində işləyir.
Çörək dünyada yaşayan bütün xalqlar üçün müqəddəs nemətdir. Azərbaycan xalqı da istisna deyil. Bizdə də çörək müqəddəs və əvəzsiz nemət sayılır. Yerə düşmüş çörəyi götürüb öpərək gözümüzün üstünə qoyan, ona and içən biz deyilikmi?!
Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Ta qədimdən böyük sözünü, ağsaqqal, agbirçəklərimizin öyüdünü eşitmək, onların xeyir-duası ilə yaşamaq, işləmək bir ənənəyə çevrilib. Böyüklərin məsləhəti ilə gördüyümüz işdən xeyir tapanda özümüz də sevinmişik, böyüklərimiz də fərəhləniblər. Belə böyüklərimizdən biri də hamımızın ağsaqqalı, böyüyü sandığımız Məhyəddin Kərimovdur. O, ağıllı kəlamları ilə həm ailədə, həm də camaat arasında özünə hörmət qazanan ağsaqqallarımızdandır. Bu günlərdə sosial şəbəkələrin birində nəvəsi Səbuhi Kərimovun köməkliyi ilə bir neçə müdrik fikirləri yayımlanmışdı.: “ Birinci Al-lahı tanı, ikinci ata-ananı, üçüncü sənə elm, bilik verən müəllimi, dördüncü yer üzünün hökümətini – yəni dövlət başçısını, rəhbəri tanı”. Sonra deyir ki, “qaçağın evi, qumarbazın pulu, oğrunun çörəyi, mərdima-zarın isə məclisdə yeri olmaz”. Bu müdrik kəlamlar, ibrətamiz fikirlər gənclərimiz üçün çağırışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı bildirib ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bu görüş bölgədəki vəziyyətin təhlükəsizliyinin təmin edilməsi, gələcək sülh və əmin-amanlığı üçün mühüm addımdır. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Yeni ismarıclar