Yaşasaydı, 65 yaşı tamam olacaqdı
Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin 65 illik yubileyi mü-nasibəti ilə təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Tərtər şəhər qəbristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Sonra tədbir şəhidin təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə adı verilən 7 B sinifində davam etdirilib.
Mərasimdə çıxış edənlər şəhid İnqilab Ağayevin 1-ci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildiriblər ki, şəhid, baş leytenant Ağayev İnqilab Mahmud oğlu 1957-ci il aprel ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
Əvvəlcə şəhər 2 saylı orta məktəbində, sonra isə 96 saylı Texniki Peşə Məktəbində təhsil almış, çilingər – mexanik peşəsinə yiyələnmişdir. 1977-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Bərdədə tikinti təşkilatında işləmişdir. Daha ətraflı »


Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.
Hər bir xalqın taleyində liderlərin rolu əvəzsizdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın, başladığı işlərin təntənəsini görürük
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.


Yeni ismarıclar