20Dek
TƏRTƏRLİLƏR BÖYÜK EHTİRAM VƏ SEVGİ İLƏ ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNİ YAD ETDİLƏR
Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, müharibə veteranları, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
Burada keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Ölkənin müstəqil, Daha ətraflı »
20Dek
Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin 12 dekabrında Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. O deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Və məhz o, Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hürr olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. O, fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər Sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasətçi kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatına layiq görüldü. Onun titullarını sadalamaqla bitməz.
Tək Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün o, sadəcə fiziki olaraq dünyada yoxdur. Əslində müstəqil Azərbaycanın adı çəkilən bütün beynəlxalq arenalarda ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi. Daha ətraflı »
20Dek
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf pers-pektivləri” mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini dərin ehtiramla anıblar.
Tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etdirilib.
İştirakçılar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev Daha ətraflı »
20Dek
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürülməsi, həyətyanı sahə ayrılması, işlə təmin olunma, yeni subartezian quyusunun qazılması, özünüməşğulluq problemləri ilə bağlı müraciət ediblər.
Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Vətəndaşlar qəbulda əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
20Dek
Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Milli Məclisin deputatları Kamal Cəfərov və Soltan Məmmədov işğaldan azad olunmuş Suqovuşan kən-dində aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə rayonumuza səfər ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Suqovuşan kəndində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Qarabağımızın digər işğaldan azad edilmiş guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sürsatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Daha ətraflı »
20Dek
Şəhərimizdəki daha üç küçəyə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən oğullarının adları verilib.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak ediblər. Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən, həbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda Qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyi, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulanıb.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »
20Dek
Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Daha ətraflı »
20Dek
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüv-vələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Aysənan Abbasov Daha ətraflı »
20Dek
Məlum olduğu kimi, cari ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, Regional İnkişaf İçtimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin liderlik keyfiyyətlərinə məxsus 350-ə yaxın uşaq iştirak edib.
Həmin forumda rayonumuzu şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Aişə Bayramlı, 2 saylı məktəb liseyin XI sinif şagirdi Əfşanə Əlizadə və Umudlu kənd tam orta məktəbin IX sinif şagirdi Nilufər Zeynalzadə təmsil ediblər. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu məktəbliləri qəbul edərək, Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün onlara öz minnətdarlığını bildirib, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş sertifikatları məktəblilərə təqdim edib.
Rayon rəhbəri ilə görüşdən sonra qızlar redaksiyamızın qonağı oldular. Onların hər üçünün ürək sözlərini dinlədik, arzularını öyrəndik.
Aişə Bayramlı: İngilis dilində sərbəst danışa bildiyim üçün respublika üzrə və beynəlxalq miqyaslı müxtəlif müsabiqələrdə iştirak edirəm.Azərbaycan üzrə hər iki polyup müsabiqəsinin qalibi olmuşam, yaz müsabiqəsində respublika üzrə II yerə çıxmışam.
Bu günə qədər bir çox müsabiqə və təlimlərə qatılaraq, 100-dən çox sertifikat qazanmışam.
Mən həm də Startup lideriyəm. Startupun adı “Technologial Futuri”, yəni “Texnoloji Gələcək”dir. Startupumda 15-dən çox şagird var, onlar dünyanın müxtəlif ölkələrindəndirlər. Biz qlobal problemlərlə öz uşaq dünyamızdan baxaraq, bunların həllinə töhfəmizi verməyə çalışırıq. Hətta qlobal istiləşməni dayandırmaq üçün hazırladığım layihə Polyup tərəfindən seçilib və Elon Muskun “Xprizel” müsabiqəsinə göndərilib. Daha ətraflı »
20Dek
Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbdə Azərbaycan Res-publikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi və hər iki müharibədə canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
Görüşə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şücaət göstərərək əlil olmuş qazilərdən Vəkil Vəliyev, Mətləb Əliyev, İlqar Salmanov, Misir Axundov və mətbuat nümayəndələri dəvət olunmuşdular. Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi.
Məktəbin şagirdləri hər iki müharibədə iştirak etmiş qazilərə müharibənin dəhşətləri barədə müxtəlif suallar verdilər. Qazilər bu cür tədbirlərin tez-tez keçirilməsindən razılıqlarını bildirərək, Daha ətraflı »
Yeni ismarıclar