Bütün yüksəkliklərdən ucada olan bir zirvə var: Şəhidlik zirvəsi. Hər kəsin qalxa bilməyəcəyi zirvə. Vətən, xalq yolunda qorxu nə olduğunu bilməyən, canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu ucalığa yüksələ bilirlər. Bu yüksəkliyə ucalanlar ölümləri ilə əbədilik qazanırlar. Şəhidlik Allah tərəfindən qismət edilmiş ömrü Vətənə, xalqa, gələcək nəsillərin xoşbəxtliyinə, firavanlığına bağışlamaqdır. Müqəddəs Quranımızda buyrulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın bu dünyadakı həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhidlik!… Qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla xalq tərəfindən unudulmayan insanlardır şəhidlər. Daha ətraflı »
Yeni ismarıclar