Ölkə başçısı azad olunmuş bölgələrə səfərlərində olduğu kimi, Cəbrayılda da bir çox layihələrin, o cümlədən Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməllərinin qoyulmasında iştirak edib. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdəki çıxışı bu dəfə də maraqlı dairələrə siyasi mesajlarla yadda qaldı: “Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”. Daha ətraflı »
-
09OktDigər 5İL ƏRZİNDƏ ELƏ BİR YENİ AZƏRBAYCAN, YENİ ZƏNGƏZUR QURACAGIQ Kİ, BÜTÜN DÜNYA BİZƏ QİBTƏ EDƏCƏK üçün şərhlər bağlıdır
-
09OktDigər SUQOVUŞANIN AZAD OLUNMASI VƏTƏN MÜHARİBƏSİNDƏ BÖYÜK QƏLƏBƏNİ TƏMİN ETMİŞ ÖNƏMLİ UĞURLARDANDIR üçün şərhlər bağlıdır
Suqovuşan 3 oktyabr 2020-ci il, Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olundu. Həmin gün Azərbaycan tarixinə qələbə sevinci ilə yazıldı. Şanlı Azərbaycan bayrağı kənddə ucaldıldı. Bu şad xəbəri xalqa Cənab Prezident İlham Əliyev çatdırdı. Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Zəfər tariximizin ən gözəl gününə çevrildi. Suqovuşan qəsəbəsi əvvəllər Ağdərə rayonun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan qəsəbəsi isə Tərtər rayonuna birləşdirilib.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprel ayında mənfur ermənilər yenidən Suqovuşanı işğal edib. Ermənilər kəndi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən düşmən yerləşmişdi. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük Daha ətraflı »
-
08OktDigər REGİONLARDA NƏŞR OLUNAN QƏZETLƏRİN BAŞ REDAKTORLARI İLƏ ONLAYN GÖRÜŞ üçün şərhlər bağlıdır
7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib. Daha ətraflı »
-
08OktDigər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV OKTYABRIN 3-də TƏRTƏR RAYONUNDA SƏFƏRDƏ OLUB üçün şərhlər bağlıdır
Dövlətimizin başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. -
08OktDigər üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. -
08OktDigər üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. -
08OktTərtər RİH-də VƏTƏNDAŞLAR NÖVBƏTİ DƏFƏ QƏBUL OLUNDU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. -
08OktTərtər RİH-də GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır
BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir.
2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir. -
08OktXəbərlər MEDİA NÜMAYƏNDƏLƏRİ RAYONUMUZDA üçün şərhlər bağlıdır
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak edib.
Rayon rəhbəri 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Daha ətraflı » -
08OktXəbərlər BMTİP-in REZİDENT NÜMAYƏNDƏSİ TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi Daha ətraflı »
Yeni ismarıclar