Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16İyl
    Digər Milli mətbuat günü üçün şərhlər bağlıdır

                                                                            146 İLLİK İNTİBAH DÖVRÜ

    Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
    “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələr yazıblar. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha ya-xından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Daha ətraflı »

  • 16İyl
    Milli-mənəvi dəyərlər QURBAN BAYRAMININ MAHİYYƏTİ üçün şərhlər bağlıdır

    “Rəbbin üçün namaz qıl və qurban kəs!”, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”. İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.
    İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Daha ətraflı »

  • 16İyl
    Kənd Təsərufatı HƏDƏF: YÜKSƏK MƏHSULDARLIQ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə müqavilə bağlayan fermerlər becərmə işlərini davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə 2021-ci təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.
    Ötən il pambıq yığımı dövründə rayon ərazisi artilleriya atəşinə məruz qalsa da, yüksək məhsuldarlığa nail olunub. Bu il məhsuldarlığın daha da yüksək olacağı gözlənilir: Ötən il tarlalardan 7173,72 ton məhsul tədarük olunub. Bu isə bir hektar üçün orta hesabla 41,44 sentner məhsuldarlıq deməkdir. Hazırda düşmənin atəşi nəticəsində filiala dəyən ziyan aradan qaldırılır. Daha ətraflı »

  • 16İyl
    Kənd təsərrüfatı TAXIL BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Tərtər rayonunda bu il 8800.2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505.2 hektarı dən üçün arpadır. ArtıqTərtərdə taxıl biçini tam başa çatıb. Zəmilərdən 35968.5 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq əvvəki ilə nisbətən 1.2 sentner artaraq 40.9 sentner olmuşdur. 5295 hektar buğda sahəsindən 22699.9 ton buğda, 3505.2 hektar arpa sahəsindən 13268.6 ton arpa istehsal edilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42.9 sentner, arpa üzrə 37.9 sentner olmuşdur. Əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığı 0.6 sentner, arpanın məhsuldarlığı 1.7 sentner artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 16İyl
    Hərbi vətənpərvərlik Kəngərli kəndinin şəhidləri üçün şərhlər bağlıdır

                                                                                8 AYDAN SONRA QAYIDIŞ

    44 günlük Vətən müharibəsindən 8 ay keçməsinə baxmayaraq hələ də ata-ananın gözləri yolda, qulaqları səsdə qalmışdı. Hətta oğlunun axtarışında Bəhruz ata dəfələrlə iştirak etmişdir, hələ oğlunun döyüşdüyü Murovdağda namaz da qılmışdı. Oğlundan xəbər çıxmırdı ki, cıxmırdı. Gülnarə ana hər gələndən Qəmbəri soruşurdu ki, bəlkə oğlundan bir xəbər ala. Yenə gözləri yol gözləyirdi. Hər qaranlıq gecəni yola salanda, hər açılan sabahı axşam edəndə ümidlə oğlundan soraq gözləyirdi. Düz 8 ay idi ki, hamının gözləri yolda idi. Ata-ana bilirdi ki, oğulları bu səbrin yiyəsi deyil. Əgər sağ-salamat olsaydı, atadan, qardaşdan, həyat yoldaşından xəbər tutardı.
    Hərbiçi yoldaşlarından Bəhruz ataya deyən olmuşdu ki, Qənbər həmişə irəlidə gedən Daha ətraflı »

  • 16İyl
    Hərbi vətənpərvərlik ANA ÜRƏYİNİN SIZILTILARI üçün şərhlər bağlıdır

    Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı: Daha ətraflı »

  • 16İyl
    Hərbi vətənpərvərlik VETERAN ATANIN ŞƏHİD OĞLU üçün şərhlər bağlıdır

    Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
    Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb. Daha ətraflı »

  • 16İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    HALAL RUZİ

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.

                                                                 (Nizami Gəncəvi)
    İnsanın kamilliyi onun peşəsi ilə yox, ağlı, zəkası ilə ölçülür. İnsan sözün həqiqi mənasımda İnsan olmalıdır və mənası yoxdur ki, sən hansı peşənin sahibisən. Ailəni halal ruzi ilə saxlayanlar həmişə Tanrı yanında da əziz olublar.
    Sadə peşə adamlarından söz düşəndə İlqar Sadıqovun adı fəxrlə çəkilir. O, bərbər peşəsində çalışır.
    İlqar 1968-ci ildə Tərtər rayonunun Buruc kəndində doğulub, Daha ətraflı »

  • 16İyl
    Digər İŞGÜZAR QADINLAR üçün şərhlər bağlıdır

    Hər gün səhər-səhər qarşılaşdığım mənzərəni qələmə almaq fikrinə düşdüm. Bununcün hər gün gördüyüm iki qadına yaxınlaşıb:
    –Sabahınız xeyir! Siz harada işləyirsiniz?–deyə, soruşdum. Hər ikisi “Dost Xidmətində”- dedi.
    –Kommunal xidməti müəssisəsində? Saleh müəlimin yanında?– deyə, maraqlandım.
    Yox, Hafiz müəllimin.
    Beləliklə, öyrəndim ki, hər gün rastlaşdığım bu qadınlar Hafiz Ələkbərovun rəhbərlik etdiyi Mənzil İstehsalat Təmiri müəssisəsində çalışırlar. Onların haqqında yazmaq istədiyimi bildirdim. Ona görə də müəssisənin rəhbəri Hafiz müəllimə fikrimi çatdırdım. O, işçiləri haqqında xoş sözlər söyləyərək dedi ki, müəssisəmizdə təmizlik işinə baxan 35 nəfər var. Bu qadınlar onlardan ikisidir– Ofelya Şəmilova və Elnarə Aslanova. Daha ətraflı »

  • 16İyl
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                                        HAQQI VERMƏMƏK

    Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
    İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur.
    Hörmətli möminlər!
    İslam dini haqqlının haqqını verməyə çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və hüquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Daha ətraflı »