Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                                                                 Xanlar Qutqaşınlı

    Xanlar Bahaddin oğlu Mustafayev 1945-ci ildə Qəbələ şəhərində anadan olub. İsmayıl bəy Qutqaşınlının nəslindən olan Xanlar Qutqaşınlı APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Ailələrində şeirə, sənətə bağlılıq və sevgi olmuşdur. Məhs bu sevginin nəticəsidir ki, o uşaq yaşlarından şeir, hekayə yazmağa, rəsmlər çəkməyə, baralyeflər üzərində işləməyə başlamışdır. Şair yazıçı və rəssam, “Həzin xatirələr”, “Məhəbbət və göz yaşları”, “Qafqaz Albaniyasından bir yarpaq”, “Qəzəllər”, “Urartu mixi yazıları və Azəri Türk dili”, “Bir gecənin nağılı”, “Qəzəllər 2” kitabları nəşr olunmuşdur.

                                               

                                          SALAM, EY ŞEİRİMƏ SEVDASI OLAN , XOŞ GƏLDİN

     

     

    Salam, ey şeirimə sevdası olan, xoş gəldin!

    Hər sözün qüdrətinə mehri salan, xoş gəldin

    İndi hər kəs sözə qiymət verəcək halda deyil,

    Məni qaldırmaq üçün dərdə qalan, xoş gəldin!

    Mən həyat nəğməsini həkk elədim dəftərimə,

     

     

    Hamıdan öndə gedib öndə qalan, xoş gəldin!

    Haqqdır hər bir sözümün mayəsi qurbanın olum,

    Şeirimə valeh olan ruhu rəvan, xoş gəldin!

    Xanlara vermə sual, al cavabı nəzmindən,

    Oxuyub hər qəzəli ibrət alan, xoş gəldin!                                                                                       

  • 09Mar
    Digər YAP ÜMUMXALQ PARTİYA OLARAQ, ÖLKƏMİZDƏ MİLLİ HƏMRƏYLİYİN YENİ İNKİŞAF MƏRHƏLƏSİNİN TƏCƏSSÜMÜNƏ ÇEVRİLİR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VII qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın- Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı oldu. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Daha ətraflı »

  • 09Mar
    Digər BÜTÜN ÇƏTİNLİKLƏRƏ BAXMAYARAQ, AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ ZƏHMƏTLƏ FORMALAŞAN İMİCİNİ QORUYUB SAXLAYA BİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında verilən sualları cavablandırarkən bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.

    Vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb,
    bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi Daha ətraflı »

  • 09Mar
    Digər AZƏRBAYCAN ƏSKƏRİ QƏHRƏMANLIQ NÜMUNƏSİDİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Müzəffər Ordusunun onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyindən də geniş danışdı. Qeyd etdi ki, Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik. Daha ətraflı »

  • 05Mar
    Təhsil VALİDEYNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində  üzrə fərdi kateqoriyada  qalib gəlmiş “Uşaq kimi düşün” layihəsi üzrə təlimlər davam etdirilir. Təlimlərdə  layihə rəhbəri  Nigar Hüseynzadə  və psixoloq  Şirin Ələsgərova,  müəllimlər,  psixoloqlar və valideynlər iştirak edirlər.

    Valideynlər üçün növbəti təlim 5 Mart saat 16:00 da MS Teams platforması ilə həyata keçiriləcək.

    Təlimlərdə iştirak etmək istəyən şəxslər layihənin fb ünvanına  https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/  müraciət edə və ya qeyd olunmuş formanı Daha ətraflı »

  • 03Mar
    Digər İLHAM ƏLİYEV: BİRGƏYAŞAYIŞIN ƏSAS ÜSULU ƏMƏKDAŞLIQDIR üçün şərhlər bağlıdır

    Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış zərurətindən də ətraflı bəhs etmişdir. O, göstərmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

    Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır. Daha ətraflı »

  • 03Mar
    Digər BÖYÜK QAYIDIŞA GENİŞ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli və xarici media nümayəndələri üçün keçirdiyi konfrans beynəlxalq müstəvidə geniş əks-səda doğurmuşdur.  4 saat davam edən konfransda 35 media təmsilçisinin 50 sualını 4 dildə cavablandıran ölkəmizin rəhbəri İlham Əliyevin məntiqli real faktlara söykənən fikirləri sözün həqiqi mənasında auditoriyanı heyrətə qoymuşdur. Dövlət başcısı suallara cavab verərkən Qarabağda icra olunacaq böyük iqtisadi layihələrdən də danışmışdır. Qeyd etmişdir ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər Daha ətraflı »

  • 02Mar
    Digər AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş mətbuat konfransı keçirmişdir. Ölkə rəhbəri bir çox məsələıərlə yanaşı Rusiya Rürkiyə Monitorinq Mərkəzinin fəaliyyərindən də bəhs etmişdir. Göstərmişdir ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı.  Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın.

    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir;

    Sonra Prezident qeyd etmişdi ki, Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış.

    Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.

    Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Daha ətraflı »