Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Yan
    Səhiyyə İnsan həyatının gözəlliyi onun sağlamlığıdır üçün şərhlər bağlıdır

                                                                                    QIŞ FƏSLİNİN XƏSTƏLİKLƏRİ

    Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.
    Payızın son günlərində havaların soyuması immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsi l dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir.
    Əgər insan tam sağlamdırsa, bunun ona hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda bu dəyişkənliyə reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar? Daha ətraflı »

  • 08Yan
    Səhiyyə COVİD-19-un İNSAN HƏYATINA TƏSİRİ üçün şərhlər bağlıdır

    Payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər.
    Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır.
    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib. Daha ətraflı »

  • 08Yan
    Səhiyyə KORONAVİRUS, YOXSA MÖVSÜMİ XƏSTƏLİK? üçün şərhlər bağlıdır

    Artıq payız fəslinin bitməsinə sayılı günlər qalıb. Addım-addım qış fəslinə doğru irəliləyirik. Bu mövsümün xarakterik xüsusiyyətlərindən biri də orqanizmdə müəyyən dəyişikliklərin baş verməsidir. Mütəxəssislər də təsdiqləyirlər ki, payız-qış mövsümündə kəskin respirator infeksiyalar və qrip müşahidə olunur. Ən yüksək risk qrupuna 1 yaşdan 65 yaşa qədər olan insanlar daxildir. Xüsusilə də fəsil dəyişikliyi xroniki xəstəliyi olanlara daha çox təsir edir. Bu zaman orqanizm istənilən virusa qarşı zəifləyir və bir sıra əlamətlərlə özünü göstərir. Mütəxəssislər deyirlər ki, dünyanı cənginə alan COVID-19-la mübarizə apardığımız vaxtda mövsümi xəstəliklərin də bir tərəfdən baş qaldırması insanları çətin durumla üz-üzə qoyur. Maraqlıdır, xəstələnərkən korornovirusa, yoxsa mövsümi xəstəliyə yoluxduğunu necə müəyyən etmək olar?
    Mütəxəssislər bildirirlər ki, koronavirusla müqayisədə bəzi mövsümi xəstəliklərə qalib gəlmək bir o qədər çətin deyil. Bunun üçün peyvəndlərin vurulması vacib hesab olunur. İmmun sisteminin zəifləməsi və bədən temperaturunun normada qalması üçün həkimlər təbii qidalanmaya da üstünlük verməyi məsləhət görürlər. Bildirilir ki, mövsümi meyvələrdən istifadəyə və su balansına xüsusi diqqət yetirilməlidir.