Erməni quldurlarının varlığı sanki qandan-qadadan, qatillikdən və vəhşilikdən yoğrulub, onlar dəfələrlə azərbaycanlıdır deyə qocaya-cavana, kişiyə-qadına, böyüyə-uşağa baxmadan amansızcasına qətillər törədiblər, dinc və əliyalın insanları min-bir əzabla öldürüblər, işgəncə veriblər. Diri-diri gözlərini çıxarıblar, əzalarını doğrayıblar, yenə də bəsdir deməyiblər. Bu erməni xisləti, məkiri və qəddarlığı indi də davam edir. Torpaqlarımızın 20 faizini işğal edən mənfur ermənilər əlavə ərazilər zəbt etmək məqsədi ilə tez-tez basqınlar törədir və mülki əhalini atəşə tuturlar. Bu dəfə isə iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə,
qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Daha ətraflı »
-
23İylDigər DÖVLƏT BAŞÇISININ ÖZ VƏTƏNDAŞINA QAYĞISI üçün şərhlər bağlıdır
-
20İylTərtər RİH-də GÜNÜN ƏN VACİB MƏSƏLƏSİ üçün şərhlər bağlıdır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictima-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısı-nın alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Haki-miyyətinin başçısının növbəti videokonfransı keçirilib.Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Daha ətraflı »
-
20İylXəbərlər NÖVBƏTİ REYD KEÇİRİLİB üçün şərhlər bağlıdır
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş ka-rantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. Daha ətraflı »
-
20İylDigər MİLLİ MƏTBUATIN 145 İLİ TAMAM OLUR üçün şərhlər bağlıdır
22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdir-diyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oyna-mış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur.
Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. Daha ətraflı » -
20İylDigər RAYONUMUZUN TARİXİNDƏ İZİ QALAN İNSANLAR üçün şərhlər bağlıdır
BİR OCAĞIN İSTİSİ
Başı bəlalar çəkən doğma Tərtərim! Nə yaxşı ki qoynunda həmişə mərd insanların olub. Onlar adlarını tarixə yazıb. Hər dövrünün yaddaşlara həkk olunmuş oğlu, qızı olub, doğma Tərtərim. Onlar sənin övladlarındır, səndən bəhrələnib, sənə güvənib qol-qanad açıblar. Məhs tərtərli adı ilə qü-rurlanıblar, sənin tarixində iz qoyaraq, adı-nı yaşadıblar. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq, mənim doğma rayonum!
Hər dəfə belə övladlarının həyatından bəhs edib, nəsə yazanda mən də qürur du-yuram. Nə yaxşı ki, sənin övladın olaraq qoynunda böyüyüb boy atmışam mənim doğma, mərd Tərtərim!
Bu gün də sənin tarixində izi qalan insanlardan söz açacağam. Bunun üçün bir ailənin qonağı olub, saçını illərin sınağında ağartmış, gözlərinin nurunu şagirdlərinə vermiş, ömrünü zərrə-zərrə doğma rayonunun övladlarının savadlanmasına həsr etmiş bir qadın, qayğıkeş ana, nəvələrinin nağıl dünyası, yetirmələrinin dilində unu-dulmayaraq hər an xatırlanan Validə müəllimlə söhbət edirəm.
Məqsədim təkcə onun özündən yazmaq deyil. Bu, mülayim sifətli insanın xatirələrində həm dünəni, həm bu günü, həm də sabahı Daha ətraflı » -
20İylDigər AĞDAMIN İŞĞALINDAN 27 İL ÖTÜR üçün şərhlər bağlıdır
YURD HƏSRƏTLİ MÜƏLLİM
1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdərə istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın döyüşçüləri dururdu.
42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhəri 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. Məcburi köçkün düşən Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Bu işğal nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.
Daha ətraflı » -
20İylSəhiyyə GÖZ HƏKİMİ üçün şərhlər bağlıdır
Elə insanlar var ki, onlar öz əməlləri ilə tarixin bir səhifəsinə çevrilir, yaddaşlara həkk olunurlar, yaşadıqları zamandan sonra da xatırlanırlar. Belə insanlardan birinin sorağı ilə onun yaxınlarının görüşünə yollandım. Bir zamanlar göz həkimi Rübabə adlı qadının səsi-sorağı nəinki rayonumuzda hətta ətraf rayonlara da yayılmış, adı sakinlərin dilindən düşməmişdir. Ağrı-acı içində onun yanına üz tutanların sayı gündən-günə artırdı.
Göz həkimi Rübabə Vəiyeva kimiydi? Bu barədə onun ata evində yaşayan bacısının gəlini Rəmziyyə və nəvəsi Elşadla söhbət et-dik. Mən həmin günədək Rəmziyyə xanımı Rübabə həkimin gəlini kimi tanımışdım. Rəmziyyə xanım düşdüyü ocağın böyükləri haqqında fəxrlə danışdı və dedi ki, mən qürur duyuram belə insanların gəlini olmuşam, bu ailə əsl ziyalı ailəsi idi. Daha ətraflı »
-
20İylTəhsil MÜƏLLİM ZƏHMƏTİNİN BƏHRƏSİ üçün şərhlər bağlıdır
Dünyanı bürümüş karo-navirus pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra çətinliklərin yaranmasına öz təsirini göstərir. Lakin onlayn dərslərin keçirilməsi bu çətinliklərin qarşısını qismən aldı, təhsilin davam etdirilməsinə kömək oldu. Bunun nəticəsini keçirilən olimpiadalarda, respublika fənn yarışmalarında görmək olur.
Mamırlı kənd tam orta məktəbinin şagirdi Murad Qarayevin Respublika fənn olimpiadasında qazandığı uğur təkcə həmin məktəbin uğuru deyildir. Əlbətdə, burada həm də müəllim–şagird birgə zəhmətinin nəticəsi vardır. Fənn müəllimi Səbuhi Kərimovun altıncı sinifdən şagirdinə coğrafiya fənnini sevdirməsi pedaqoji təcrübənin
yerində olmasından xəbər verir. Məhz bunun nəticəsi məktəbin, ailənin, bütünlükdə bir təhsil ocağının və sonda rayonun müvəffəqiyyətinə səbəb olur.
Qazanılmış “Diplom” və bürünc medal münasibə-tilə Səbuhi Kərimovu və onun şagirdi Murad Qarayevi təbrik edib, hər birinə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Ülviyyə Akif qızı -
20İylKənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır
PAMBIQ
Kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilən pambıqçılığın inkişafı gündən-günə həm ölkəyə layiqli gəlir gətirir, həm də bu sahədə çalışanların maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Buna görə də son illər unudulan bu sahənin inkişafına diqqət artırılaraq pambıqçılığın əvvəlki şöhrətinin yenidən özünə qaytarılması məqsədi ilə müəyyən işlər aparılır.
Tərtər pambıqçıları da bu sahədə öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu il pambıq-çılarımız 2981 hektarda səpin aparmışlar. Tarlalarda normal bitiş alınıb. Hazırda pambıq sahələrində becərmə işləri mütəşəkkilliklə davam etdirilir, vegetasiya suvarılması aparılır, ziyanverici və həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayonumuzun “ağ qızıl” sahələrində çalışan zəhmət adamları bol və keyfiyyətli məhsul götürmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Yüksək və keyfiyyətli məhsul götürmək pambıqçılarımızın ümdə vəzifəsidir. -
20İylKənd Təsərufatı üçün şərhlər bağlıdır
TAXIL
Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə taxılçılarımız ildən-ilə əkin sahələrini artıraraq bol məhsul əldə olunmasına çalışırlar. Bu il taxılçılarımız bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoydular. Torpağı sevən və ona ürəkdən bağlanan insanlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaqla güzaranlarını daha da yaxşılaşdıra bilərlər. Odur ki, bu il fermerlərimiz 10599 hektarda taxıl əkmişlər.
Artıq zəmilərdə biçin başa çatıb. Sahələrdən 42056,1 ton məhsul götürülmüşdür. Bunun 6056,9 hektarı buğda əkini, 4542,9 hektarı isə arpa əkini sahələri olub. Götürülən məhsulun isə 25620 tonu buğda, 16436,1 tonu arpadır. Hər hektardan məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,2 sentner, ümumi məhsuldarlıq isə 39,7 sentner olmuşdur.
Yeni ismarıclar