Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictima-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısı-nın alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Haki-miyyətinin başçısının növbəti videokonfransı keçirilib.Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov, Tərtər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz
    Əliyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, mobil qrup-ların, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
    Sonra İcra başcısı koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabi-neti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Prezidentinin Adminis-trasiyasının qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.
    Videokonfransda yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi və digər tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Bildirilib ki, profilaktik tədbirlər davam et-dirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalı, so-sial məsafə gözlənilməli, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.
    Rayon rəhbəri qeyd edib ki, koronovirus pandemiyasına qarşı mübarizədə mobil qruplar fəaliyyətlərini gücləndirməlidirlər. Hazırda hər birində 4 nəfər olmaqla Tərtər şəhəri ərazisində 8, kəndlərdə isə 51 mobil qrup fəaliyyət göstərir. Göstərilib ki, mobil qrupun üzvləri tərəfində rayon ərazi-sində aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq karantin qaydalarının pozulma hallarına rast gəlinir.
    Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov bildirdi ki, koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar bu günədək ümumilikdə 494 protokol yazılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov karantin qaydalarının po-zulmasının qarşısının alınması və dövlət sirrinin qorunması barədə videokonfrans iştirakçılarına öz tövsiyələrini çatdırmış və qaydalara əməl etməyənlər barədə ciddi tədbir görüləcəyini bildirmişdir. Tərtər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edil-məsinin vacibliyini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Dəmirçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev, Şıxarx qəsəbə İƏD üzrə nümayəndə Mübariz Cabbarov koronavirus pandemi-yasına qarşı aparılan maarifləndirmə və dezinfeksiya işlərindən danışmış, hər bir vətəndaşa özünün və əhatəsində olan insanların sağlam qalmaları üçün gigiyenik qaydalara əməl etmələrini tövsiyyə etmişlər.
    Videokonfransda rayon icra hakimiyyətinin başçısı tərəfindən Şıxarx qəsəbə İƏD üzrə nümayəndə Mübariz Cabbarova işində yol verdiyi nöqsanlara görə töhmət elan edilmişdir.

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.