Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

                                                YURD HƏSRƏTLİ MÜƏLLİM

    1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdərə istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın döyüşçüləri dururdu.
    42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhəri 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. Məcburi köçkün düşən Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Bu işğal nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.

    Ağdamın işğalı ilə əlaqədar qaçqınlıq həyatı yaşayan sakinlərindən biri ilə görüşüb söhbət etdim. Bu Ağdam 107 saylı tam orta məktəbin direktoru Alıyev Vəfadar Seyran oğludur. O, Vətənin müdafiəsində könüllü iştirak edənlərdən biri olubdur. Onun da ürəyində Vətən niskili, el-oba həsrəti var. Ona görə də müdafiənin ilk günlərindən milli ordunun tərkibinə qatıldı. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra doğma kəndlərinin və ətraf kəndlərin müdafiəsinə qoşularaq ordudan ayrılmadı. Mənfur erməninin gündən-günə artan hiyləsi və qəddarlığı hamı kimi gənc Vəfadarı da narahat edirdi. Lakin nə etmək olardı. Düşmənin hərbi gücü silah-sursat baxımından üstün idi. Gündən-günə kəndlər, şəhərlər dağıdılırdı, şəhidlərin sayı artırdı, qaçqınlar və köçkünlər çoxalırdı. İnsanlar müxtəlif yerlərə üz tuturdu.
    Vəfadar müəllimin dediklərindən:
    –Ağdamın ərazisindən çıxmaq fikrimiz yoxuydu, ona görə də ilk olaraq 1992-ci ilin fevralında Su-magüllücə kəndinə üz tutduq. Vəziyyətin ağırlaşması nəticə-sində 1994-cü ilin aprelində ye-nidən qaçqın düşəsi olduq. Sey-sulan kəndinə gəldik. Ağdərə və Ağdamın müəyyən hissəsi işğal olunduqdan sonra Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində məskunlaşdıq. Neçə illərdi el-obadan ayrı yaşayırıq. Sağolsun dövlətimizi və olkə rəhbərimizi. Hər an xalqın yanındadır. İnsan-larımızı çətin vəziyyətdən çıxa-raraq rahatçılığımıza şərait yaradır.
    Tərtər rayonunun Şıxarx qəsəbəsində salınmış şəhərcikdə 3 otaqlı evlə təmin olunmuşuq. Hər cür şəraitimiz var. Amma yurd-yuva həsrətimizə son qoyulma-yıb. Doğmalarımızın qəbirlərinin üstünə ildə bircə dəfə də olsa gedə bilmirik.
    Mən həmişə o yerlərə qayıtmaq istəyirəm, doğma yurdun otu-çiçəyi üçün qəribsəyirəm, havasından udmaq keçir könlümdən. Təəssüf hissi keçirirəm ki öz Vətənimizdə qaçqın-köçkünə çevrilib doğma yerlərə həsrət qalmışıq. Ata-anamız 6 övladını – 4 oğlunu və 2 qızını yağının gülləsindən götürüb qaçırmışdır. İndi bizim hər birimiz ailəliyik. Ata-anamız yurd, torpaq həsrəti ilə dünyalarını dəyişiblər. Bu gün bizim öv-ladlarımız o yerlərin həsrətini çəkirlər. Lakin ümidimiz üzülməyib.
    Vəfadar müəllim bir gün dərd-lərimizə dəva ola biləcək həsrətə son qoyulacağı günün çox uzaqda olmayacağına inanır. Bizimlə söhbətində onu da qeyd etdi ki, doğma Sırxavənd kəndindən çıx-dıqdan sonra həyatında çox dəyişikliklər olub. Ali təhsil alıb, məktəb direktoru təyin edilib, zəhməti “Fəxri Fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılıb, “İlin nüfuzlu adamı” adına layiq görülüb. O bu gün də tez-tez hərbi hissələrin qonağı olur əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasına ç

                                                                                                           Materialları hazırladı
                                                                                                           Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:23

İsmarıclar bağlıdır.