Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də Daha ətraflı »
-
20MayDigər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır
-
20MayDigər BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ üçün şərhlər bağlıdır
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Daha ətraflı »
-
20MayDigər EKOLOGİYA GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Nazirlik–Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. -
20MayƏdəbiyyat BİR ÇAMADAN DOLLAR üçün şərhlər bağlıdır
(Novella)
Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
–Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
–Kimdir? Nədən ötrü?
–Deyir ki, şəxsi sözüm var.
–Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
–Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm. Daha ətraflı » -
20MayƏdəbiyyat POEZİYA ÇƏLƏNGİ üçün şərhlər bağlıdır
HƏLƏ Kİ… ƏZİZİM
Elə hələ deyib, hələ dözürük, Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.
Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.
Nahaqlar önündə neçin kiridim? Qal bu xəcalətdə, ağzı kilidim.
Guya bu dünyada neyləyə bildim?
Deyim ki, təzədən gələsiyəm mən?
Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.
Bekar əl neçin də sözümə baxsın? Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən?
Heç bilməzdim daşım belə ağırdır, Bəxtim belə bicarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağırdı,
Daha yerdə gəzmək olmur, əzizim.
Dayan, durum gedim bazarımgilə, Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.
Kaşki dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə cataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim.
Kimlərə borcum var, dolub siyahı, Vura bilmədiyim hədəf günahı–
Kəsib barmağımı verib silahı,
Bir namərd hakımın köləsiyəm mən.
Musa YAQUB,
Xalq şairi
Dalğalara yalvarmaqdan bezmişəm, Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim
Vahid ƏZİZ,
Xalq şair
-
20MayƏdəbiyyat BU QATARIN DALINCA BAXMA üçün şərhlər bağlıdır
Məni aldı səndən, getdi bu qatar, Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.
Uzaqdan, yaxından keçər bu qatar, Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar
Baxma, bu qatarın dalınca baxma, Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.
Mən getdim, dünya ki qaldı yerində… Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.
Ramiz RÖVŞƏN,
Xalq şair
-
20MayƏdəbiyyat TƏMSİLLƏR üçün şərhlər bağlıdır
Ayı müdirliyi Dələ yanaşıb
müdir ayıdan
bir iş istədi.
–Düzələr–dedi.
Get-get, qəbula
səhər gəl dedi.
Sabahı ondan
Üç leş istədi.
Çaqqalın kirvəsi Ayı gördü çaqqalın
var bir gözəl arvadı.
Yerişi canalandır,
Məlahətlidir səsi.
Ayı yüz dona girib,
Oldu onun kirvəsi
Ayı oğlunun “segisi” Boz ayının oğlu dedi:
Uzun illər görməsəm də,
çox sevirdi atam məni.
İlinəcən gedəcəyəm,
qəbri üstə qara daşdan
qoyduracam hey-kəlini.
Qurbağa peşəsi Qurbağa suda
Düz üzə bilmir.
Amma balığa
üzmək öyrədir.
Qazın arvadı Bir çətin işdən ötrü
müdirin qəbuluna
yüz yol getdi qaz kişi.
Qazın göyçək arvadı
bircə dəfə getməklə
düzəldib həmin işi.
Əhməd SÜLEYMANOV,
Yevlax rayonu Köyük kəndi -
19MayDigər 2020-ci il “Könüllülər İli”dir üçün şərhlər bağlıdır
UĞURLU KARYERA KÖNÜLLÜLÜKDƏN BAŞLAYIR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən könüllülər və eləcə də könüllü təşkilatları qoşulmuşlar.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışlar.
Müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranmışdır.
Bu zərurəti anlayan Tərtər könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına çox böyük həvəs və ürəklə qoşularaq məhəllə və küçələrdə xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin YAP Tərtər rayonu təşkilatı Gənclər Birliyinin könüllüləri tərəfindən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq mütamadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, ümumilikdə 1880 nəfərin evlərinə baş çəkmiş onlara tibbi spirt, tibbi maska, əlcəklər və ərzaq bağlamaları paylamışlar.
Heydər Əliyev fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən “Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzda yaşayan tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında rayon İcra Hakimiyyətinin könüllüləri də fəal iştirak etmişlər.
Qeyd edək ki, bu günə kimi Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə rayon ərazisində ümumilikdə, 3689 nəfərə ərzaq bağlamalarının paylanmasında könüllülər xüsusi fəallıq göstərmişdir.
Rayonumuzda könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
Tunarə MƏMMƏDZADƏ,
YAP Tərtər Rayon Təkilatı Gənclər Birliyinin sədri
-
19MayDigər 2020-ci il “Könüllülər İli”dir üçün şərhlər bağlıdır
Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili “Könüllülər İli” elan etmişdir. Həmin sərəncamda göstərildiyi kimi Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır.Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Ötən il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.
Könüllülük fəaliyyəti sahəsində Azərbaycan Könüllülərinin əlaqələndirmə Mərkəzinin xüsusi yeri vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azarbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini ardıcıl davam etdirir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.
“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.
Könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərin keçirilməsinə köməklik göstərirlər.
AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talasimiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verilmişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qan vermə aksiyasında fəal iştirak etmişlər.
Könüllülüyün həqiqətəndə könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında
pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanılması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.Könüllülük fəaliyyətinə Tərtər rayonunda da mühüm əhəmiyyət verilir və bu iş daim rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətində 15 nəfər Ali təhsilli gənc Könüllülük fəaliyyətinə cəlbolunmuşlar. Bunlardan 5 nəfəri İcra
Hakimiyyətində Dövlət Qulluğuna işlə təmin olunub. Bu gənclərin hamısına Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xüsusi sertifikat verilib. 1nəfər gənc könüllü isə Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Rəhbəri təyin olunub. Həmin mərkəz hal-hazırda rayonun 30 nəfər gənc aktiv könüllüsü ilə öz fəaliyyətini davam etdirir.Bunlarla yanaşı, rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında da gənc könüllülər fəaliyyət göstərirlər. O cümlədən Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Mərkəzi Xəstəxanasında, Gənclər və İdman İdarəsində, YAP Tərtər Rayon Təşkilatında, Regional İnkişaf İctimai Birliyinin yuxarı Qarabağ nümayəndəliyində, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzində könüllülər müxtəlif işlərə cəlb olunmuşlar.
Könüllülər rayonun ictimai-siyasi həyatında, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməklə ümumi işə öz layiqli töhfələrini verirlər.
Günel SARIZADƏ
“Yeni Tərtər” qəzetinin əməkdaşı
-
11MayDigər ZİRVƏ GÖRÜŞÜ ZAMANIN TƏLƏBİ İDİ üçün şərhlər bağlıdır
“COVİD-19” pandemiyasının yayıldığı ilk gündən ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımı digər dünya ölkələrinə də nümunə oldu.
Məlumdur ki, dünyanı bürüyən qorxunc koronavirus pandemiyası Azərbaycanda da müəyyən çətinliklər yaradır. Lakin bilirik ki, dövlətimizin başında müdrik bir insan dayanıb. Onun uzaqgörən siyasəti nəticəsində hər bir çətinlikdən üzüağ çıxan Azərbaycan xalqı bu qorxunc pandemiyadan da cəsarətlə çıxacaqdır. Hər bir Azərbaycan vətəndaşı kimi biz Tərtərlilər də fəxr edirik ki, ölkə başçımız daim Azərbaycan xalqının yanında olub, hər bir vətəndaşının bu gününü və gələcəyini düşünür. Məhz Azərbaycan xalqının xoşbəxtliyi də elə ondadır.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü zamanın tələbi idi.
Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
40-a yaxın ölkənin prezidentlərinin, baş nazirlərinin və xarici işlər nazirlərinin iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə verilən dəstək bir daha təsdiq etdi ki, ölkəmizə və prezidentimizə böyük inam və etimad göstərilir. Qoşulmama hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanın və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və uğurlu siyasətinin nəticəsidir.
Pandemiyanın dünyanı bürüdüyü təhlükəli anda ölkə prezidenti İlham Əliyev sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Möhtərəm Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri hesab olunan Azərbaycan beynəlxalq səviyyədə təqdir olunur. Pandemiya ilə mübarizə çərçivəsində atılan bütün qətiyyətli və humanist addımlar xalqımızı bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır.
Elfuzə VƏLİYEVA
“Yeni Tərtər” qəzetinin müxbiri
Yeni ismarıclar