1990-cı illərin əvvəllərində xalqımıza–uşaqdan böyüyədək hamıya zərbə vuruldu. Mənfur ermənilərin təcavüzündən çox az ailə oldu ki, salamat qala bildi. Valideynini, övladını, doğmalarını, yaxınlarını itirənlərin sayı gündən-günə artırdı. İldırım kimi şaqqıldayan güllələrin ağzından ölüm kabusu tökülürdü evlərə, ocaqlara, insanların üstünə. Xəstəxanalar, hospitallar yaralılarla dolu idi. Qismətinə ölümdən keçərək yaralanmaq düşənlər şükür edirdilər ki, yaşamağa ümid var. Çox ata-analar övladlarını müharibədən qorumağa çalışırdılar. Lətif Məmmədovun ailəsi də belə idi. Onlar da dörd bacının yeganə qardaşını– Haqverdini müharibənin odalovundan uzaqlaşdırmaq istəyirdilər. Amma alın yazısı deyilən məhvum var ki, ondan heç cür uzaqda qalmaq olmur.
Haqverdi Məmmədov Buruc kənd tam orta məktəbini müvəffəqiyyətlə biti-rib, 600-dən yuxarı balla Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakultəsinə qəbul olmuşdu. Haqverdinin ali məktəbə qəbul olması hamını sevindirirdi. Özü də sevinirdi. Lakin ürəyində Vətənin dar gündə olmasının dərdini çəkirdi. Hər şeydən öncə Vətənin müdafiəsinə qoşulmasını Daha ətraflı »
-
18MarDigər VƏTƏNƏ QURBAN GEDƏN TƏLƏBƏ üçün şərhlər bağlıdır
-
18MarDigər Mart ayının tarixi günləri üçün şərhlər bağlıdır
QIZIL AYPARA GÜNÜ
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir. Bölmədə 30 nəfər könüllülər var və bu könüllülər bütün tədbirlərdə fəal iştirak edirlər. Daha ətraflı » -
18MarDigər Milli Teatr Günü üçün şərhlər bağlıdır
Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur.
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Daha ətraflı » -
18MarDigər Ümumdünya Mülki Müdafiə Günü üçün şərhlər bağlıdır
Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır.
Əhalinin mühafizəsini, fövqəladə hallardan müha-fizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18-ci illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır. Daha ətraflı » -
18MarƏdəbiyyat BEYNƏLXALQ POEZİYA GÜNÜ üçün şərhlər bağlıdır
YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir. Daha ətraflı » -
18MarDigər BEYNƏLXALQ XOŞBƏXTLİK GÜNÜ üçün şərhlər bağlıdır
“Başqalarına yardım etmək və yaxşı işlər görmək xoşbəxtlik gətirir. Digərlə-rinin xoşbəxtliyinə nail olaraq, biz özümüzünkünü tapırıq” – Platon.Baş Assambleyanın 12 iyul 2012-ci il qətnaməsinə əsasən, 20 mart Beynəlxalq Xoşbəxtlik Günü elan olunub. Təsisçilərin fikrincə, bu bayram xoşbəxtliyin insanlığın əsas məqsədi olduğunu nümayiş etdirməyə yönəlib. Bununla əlaqədar olaraq təsisçilər bütün ölkələri hər bir insanın məişət vəziyyətinin yaxşılaşdırılmasına can atmağa çağırır.
Bu gün mahiyyəti həyatınızın ən xoşbəxt anlarını yada salmaq, müsbət əhvala köklənmək, pis fikirlərdən uzaq olmaq, gülümsəməkdir. Bu gündə öz əzizlərinizi və doğmalarınızı qucaqlayın və deyin, axı, biz məhz onların sayəsində xoşbəxtik. -
18MarDigər Bədən Tərbiyəsi və İdman Günü üçün şərhlər bağlıdır
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Hazırda Azərbaycanda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycandakı möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qranprilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.
-
05MarTərtər RİH-də İCRA BAŞÇISININ HESABATI üçün şərhlər bağlıdır
2019-cu İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNDU
2019-cu ildə Tərtər rayo-nunun sosial-iqtisadi inkişafı uğurla davam edib, geniş tikinti-quruculuq işləri aparılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması is-tiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərib. Bu barədə Tərtər rayonunda 2019-cu ilin ye-kunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şə-hərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2019-cu ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar.
Keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tərtərlilər əvvəlki illərdə olduğu kimi, 2019-cu ili də yüksək göstəricilərlə başa vurublar. Həmin ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Daha ətraflı » -
05MarTərtər RİH-də BORSUNLU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu bildirdi.
Qeyd olundu ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə artdı. Daha ətraflı » -
05MarXəbərlər QADINLAR FACİƏNİ ANDILAR üçün şərhlər bağlıdır
YAP rayon təşkilatı qərargahında Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açdı.O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavastə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetrilmələrindən danışdı, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin laqeydliyi barədə söz açdı. Daha ətraflı »
Yeni ismarıclar