1970-ci il dekabr ayının 21-də Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb və 1988-ci ildə Gəncə Baza Texnikumuna daxil olub. 1990-cı ildə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ilin əvvəllərində hərbi xidmətini yarımçıq qoyaraq doğma kəndlərinə qayıdıb. Həmin ilin sonunda könüllü olaraq “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olub. Xidmət etdiyi batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 20də Ağdərə yaxınlığında gedən döyüşdə həlak olub.
Tərtər rayon Hacıqərvənd kənd qəbristanlığında dəfn olunub.
-
30MarDigər Muradov Əvəz Haqverdi oğlu üçün şərhlər bağlıdır
-
30MarƏdəbiyyat TOFİQ YUSİF–70 üçün şərhlər bağlıdır
Tofiq Yusif(Hüseynov Tofiq Yusif oğlu) 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. İki ali təhsil alıb.15 ildir ki, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.“Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub. “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. 8 kitabın müəllifidir.
Daha ətraflı » -
30MarƏdəbiyyat ÖMÜR PAYIZININ OĞLAN ÇAĞINDA… üçün şərhlər bağlıdır
Azərbaycanımızda ziyasından faydanlanmalı çox ziyalılarımız olub və bu gün də var. Onlar istedadlarını, təfəkkürlərini, qabiliyyətlərini, zəkalarını yalnız öz-lərinə məxsus deyil, xalqın sərvəti bilərək fədakarlıqla ömür həsr eləyən əsil ziyalılardır.
Lakin bölgələrdə yaşayan çox istedadlı ziyalılar var ki, mühitin kölgəsində bir qədər adiləşərək havadarlı, süni ziyaların parıl-tısında sönük görünürlər. Bizlərin də qiymətləndirmədə elədiyimiz xəsislik Günəş ziyasının qarşısını alan buluda bənzəyir. Bu “bəxti gətirməyən” ziyalılardan biri də Tərtər şəhərində yaşayan “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir.
Ömrünün yetmişinci pilləsinə çatan bu insan iki ali təhsil alıb–Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və Marksizm-Leninizm Universitetində oxuyub. 1967-1970-ci illərdə Tərtər rayon yerli radio veriliş-lərinin müxbiri, 1970-ci illərdə orta məktəbdə müəllim, daha sonra hərbi sənayedə müxtəlif vəzifələrdə işləyib. 1990-1997-ci illərdə “Salam” və “Fədai” qəzetlərinin əməkdaşı olub. Partiya Sovet və nəzarət orqanlarında, daha sonra Tərtər Bələdiyyəsində çalışıb. Daha ətraflı » -
30MarƏdəbiyyat ÖMRÜMÜN PAYIZI üçün şərhlər bağlıdır
Ömrün payızında qarşıma çıxdın, Daha çiçəyim yox, daha gülüm yox.
Sönmüş gözlərimə heyrətlə baxdın–
Daha alovum yox, daha külüm yox.
Qurumuş dəryada mən–sınmış qayıq,
Sən gülə, mən çürük kötüyə tayıq.
Ürəyin Füzuli eşqinə layiq,
Mənim o sevgiyə layiq könlüm yox.
Sənə məhəbbətdir, mənə qəmdir yaz,
Sənə layla, mənə dərd–ələmdir saz.
Sənə bulaq qıyan mənə şeh qıymaz,
Daha bundan betər qara günüm yox.
Mən–xəzəl, sən isə yamyaşıl yarpaq,
Bu dünya sənə eşq, mənə dağdır, dağ
Qəlbim–susuzluqdan çatlamış torpaq, Daha yağışım yox, daha selim yox.
Dərdimi deməyə deyim qalmayıb,
Səni sevməyə də heyim qalmayıb.
Kəfəndən savayı geyim qalmayıb,
Bundan ağır sitəm, ötə zülüm yox.
Gedir, yaşamağın həvəsi gedir,
Gedir, bir şairin nəfəsi gedir.
Allahın da məndən zəhləsi gedir–
Min cür əzab verir, amma ölüm yox.
Ağrılar yüküyəm mən Tofiq adda,
Halıma göynəyir qohum da, yad da.
Canlı kölgəymişəm mən bu həyatda–
Bir izə dönəsi ayım, ilim yox.
Tofiq YUSİF
-
30MarƏdəbiyyat MƏMMƏD ARAZIN üçün şərhlər bağlıdır
(Tofiq YUSİFƏ)
Nələr gördü, nə düşündü, nə yazdı, Şükür hələ Dədəm Qorqud varıymış.
Anlamayan yəqin ağlı dayazmış,
Söz mülkünün sərvətiymiş, varıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən ilqara, vəfaya bax, a qardaş,
Tənhalıqda uca dağa qar adaş.
Bizdən ötrü o göyərən qara daş
Dar ayaqda arpa cadı, darıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Duman tutub, çətin keçəm bu dağdan,
Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.
Ağıl dözmür, sallanan çox budaqdan,
Gövdə də ki, bir qocalmış qarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən də hərdən, ara dostu, dəy, toxun, Nə bir qəlbi incit, nə də dəy, toxun.
Min-min acdan yox xəbəri day toxun–
Dövlətlinin qulaqları karıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Bu xınaya bənzəməyir o xına,
Müəmmadır, çətin hələ oxuna.
Su tökdülər Yalıncığın oxuna,
Onun da ki, əsli-kökü xarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq, ha dönsə də dünyanın dəfi,
Şair–haqq aşiqi, pozulmaz səfi.
Getdi, qoydu varis Tofiq Yusifi,
Halal olsun, bəxti ona yarıymış!
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq NƏSİROV
-
30MarDigər 31mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır
ERMƏNİ QƏDDARLIĞI
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. 1918-ci il martın 31-də ermənilər tərəfindən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” Daha ətraflı »
-
30MarDigər QARADAĞLI FACİƏSİ üçün şərhlər bağlıdır
1992-ci il fevralın 17-də erməni millətçiləri keçmiş sovet ordusunun 366-cı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xo-cavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törədiblər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı sakini “Xocavənd-Xankəndi” yolunun 6 kilometrliyində vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində gərginlik get-gedə artırdı. Hadisələr böyük fəlakətin yaxınlaşma-sından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn avtomaşın atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda Daha ətraflı »
-
30MarDigər ERMƏNİ VANDALİZMİ üçün şərhlər bağlıdır
-
18MarTərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ üçün şərhlər bağlıdır
Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, iki dəfə artdı.
Sonra rayon rəhbəri, son beş ildə rayonda aparılan tikinti abadlıq işlərindən də danışdı.
Sonra Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov görülən işlər haqqında məlumat verdi.
Kənd ağsaqqalları Şakir və Şükür Əhmədovlar, Məhəmməd Nuriyev çıxış edərək, kəndin fasiləsiz qaz, işıq, su ilə təmin Daha ətraflı » -
18MarXəbərlər İCRA BAŞCISI 87 YAŞLI NUBAR MƏDƏTLİ İLƏ GÖRÜŞDÜ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəl-xalq Qadınlar günü ərəfəsində rayonun Azadqaraqoyunlu kəndində yaşayan 87 yaşlı folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri olmuş, “Aşıq Pəri” məclisinin üzvü kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin evində olub, onu 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib.
Rayon rəhbəri qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır. Daha ətraflı »
Yeni ismarıclar