Yaşından asılı olmayaraq hər kəsin əhatəsində məktəbdə, işdə və doğmaların arasında ona daha yaxın sirdaş və dost adamlar olur. Dostları bir-birinə bağlayan ən saf hiss hətta ailə üzvləri ilə paylaşa bilmədiklərini bir-biri ilə bölüşməkdir. Əsl dost bütün məqamlarda dəstəyini bizdən əsirgəməyən adamdır. Atalar məsəlidir: “Qardaşın necə adamdır?”
Cavab verirlər: “Bilmirəm, yoldaş olmamışam”. Bəziləri də deyir ki, dost insanın ailəsidir. Bunu deyənlər yanlış fikirləşirlər. Dostluqda möhkəm olmaq lazımdır ki, bunu qarşı tərəfdən də görə biləsən. İnsani duyğu olan dostluqda vəfa, etibar, hörmət, səmimiyyət və məhəbbət hökm sürməlidir. Yaxşı dost öz yoldaşını da doğru yola dəvət edər, onun mənəviyyatının zənginləşməsi üçün əlindən gələn köməkliyi göstərər. Ağıllı adamlarla dostluq edənlər həyatda müvəffəqiyyətlər qazanırlar. Bu haqda hikmətli atalar sözləri vardır: “Ağıllı düşmən nadan dostdan yaxşıdır”; “Doğru dostluq qərəzsiz olar”; “Yoldaşını nişan ver, özünü tanıt”; “Ağac kökləri ilə insan dostları ilə var olar”; “Dost dosta tən gərək, tən olmasa gen gərək”; “Hər şeyin təzəsi, dostun köhnəsi”; “Dost dosta yaman gündə gərəkdir”; “Dost ziyankar olmaz, ziyankar da dost olmaz” “Dost yolunda boran olar, qar olar” və s. Ən şirin xatirələr dostlarla bağlı olan xatirələrdir. Dost seçəndə həmin insanı yaxşı tanımalıyıq. Dostluqda maddi tərəfdən deyil, gərək mənəvi cəhətdən bərabərlik olsun. Sözsüz ki, bu münasibətdə olan insanların xasiyyətində oxşarlıq vardır. Daha ətraflı »
-
17YanDigər DOSTLUQ SARSILMAZ MÜNASİBƏTDİR üçün şərhlər bağlıdır
-
10YanXəbərlər TƏRTƏRLİLƏR YENİ İLİ QARŞILADILAR üçün şərhlər bağlıdır
Tərtərlilər 2019-cu ili yüksək nəticələrlə yola saldılar. Həmin il respublikamızın hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin, hərbiçilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, 2019-cu ildə qazanılan uğurlardan danışıb.
Bildirib ki, yola saldığımız ildə rayonun makroiq-tisadi göstəriciləri yüksə-lib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Qaçay Mehdiyev, Bəsti Bağırova, Teymur Rəhimov və Vəzir Orucov küçələrində abadlıqquruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, küçələrə asfalt örtüyü salınıb və işıqlandırılma sistemi Daha ətraflı » -
10YanXəbərlər İCRA BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır
Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
Sonra icra başçısı 2019-cu ildə Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
Sonra icra başçısı son beş ildə rayonda tikintiabadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inziba-ti binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etdi.
Sonra Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov ərazidə görülən işlər haqqında məlumat verdi Daha ətraflı » -
10YanXəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇALARINDA YENİ İL ŞƏNLİKLƏRİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının kollektivi Yeni il şənliyinə xüsusi hazırlaşmışdılar. Çünki şənlik keçirildiyi gün onların həm də yeni müasir tipli binaya köçmələrinin bir ili tamam olurdu. Uşaqların, valdeynlərin, kollektivin hər bir üzvünün də çöhrəsindən sevinc tökülürdü. Şəhər 2 saylı, 5 saylı, Seydimli və Kəngərli kənd körpələr evi-uşaq bağçalarında da Yeni il şənliyi yaddaqalan oldu. Balacalar Şaxta babanı, Qar qızı, şən “klon”ları alqışlarla qarşıladılar. Şaxta babaya şeir dedilər, səhnəciklər göstərdilər, rəqslər etdilər.
Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov balacaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, ulu öndər “Uşaqlar bizim gələcəyimizdir”,-deyirdi. Müasir tipli, yeni avadanlıqlarla təchiz olunmuş bağçaların istifadəyə verilməsi gələcəyimizə olan diqqətin, qayğının təzahürüdür. Daha ətraflı » -
10YanXəbərlər HESABAT YIĞINCAĞI üçün şərhlər bağlıdır
“Yeni Tərtər” qəzetinin redaksiyasında 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat məruzəsi ilə çıxış edən qəzetin baş redaktoru Tofiq Yusif göstərdi ki, il ərzində “Yeni Tərtər”in 36 nömrəsi çap olunmuş, dövriyyə planına tam əməl edilmişdir. Qəzetin səhifələrində günün aktual məsələləri ilə bağlı operativ məlumatlara daha geniş yer ayrılmış, rayonun həyatını əks etdirən xəbərlər dərc olunmuşdur. Müxtəlif rubrikalar –“Millimənəvi dəyərlərimizi qoruyaq”, “Erməni vandalizmi”, “Tərtər Qarabağ müharibəsi illərində”, “Qarabağ müharibəsi qaziləri”, “Tərtərin tarixindən”, “Ahıllarımız”, “Ağbirçəklərimiz”, “Şəhidlərimiz”, “Şəhid ailələrinə dövlət qayğısı”, “Respublika mətbuatının səhifələrin-də”, “Kənd təsərrüfatı”, “İmadəddin Nəsimi–650”, “İdmançılarımız”, “Həkim məsləhəti” və s. qəzetimizin səhifələrini oxunaqlı və maraqlı etmişdir.
İl ərzində fotoşəkillərdən əyani vasitə kimi geniş istifadə olunmuşdur.
Qəzetimizin nəşrində ləngimə hadisəsi baş verməmişdir–vaxtında dərc olunmuş və abunəçilərə paylanmışdır. Daha ətraflı » -
10YanTəhsil TƏHSİL UĞURLU GƏLƏCƏYƏ APARAN YOLDUR üçün şərhlər bağlıdır
Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Bu tarix isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək surətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli Lideri-miz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən sonrakı dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başladı. Çünki Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğıların arxasında “Təhsil millətin gələcəyidir” fikri durmuşdur.
Təbii ki, bütün bunları nəzərə alaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması, digər yüksək səviyyəli işlərin icrası və nizamlı şəkildə aparılması möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçi-rilməklə uğurla davam etdirilir. Eyni zamanda unutmaq olmaz ki, yeni məktəblərin tikilməsində, müasir və yeniliklərin yaradılmasında, təhsilimizin belə yüksək səviy-yədə inkişafa qədəm qoymasında, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci – vitse prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Daha ətraflı » -
10YanDigər 2020-ci İL “AĞ SİÇAN İLİ”dir üçün şərhlər bağlıdır
Qoç
2020-ci il Qoç bürcləri üçün möhkəmliyin yoxlanması və sınaq müddəti olacaq. Sıçrayış ili olacağını unutmayın, odur ki, Qoçların hədəflərinə nail olması asan olmayacaq. O, daha yumşaq və çevik olmalı, hədəflərinə qol gücü ilə deyil, diplomatiya ilə nail olmaq məcburiyyətində qalacaq. Sizi dinc dövr gözləmir, amma məqsədlərinizdən imtina etməsəniz və ya səbriniz tükənməsə, bu dövr müsbət notlarla və əlamətdar hadisələrlə başa çatacaq.
Buğa
Ulduzların bütün he-sablamala-rına görə, bu, sizin ilinizdir! Buğa bürcləri öz fayda və mənfəətlərini bilən və onu heç vaxt əldən verməyən məqsədyönlü bir insanlardır. Məhz elə bir dövr gəlir ki, şans əlinizin altında olacaq. Yalnız səy göstərməli və öz həyatınızı kökündən dəyişdirməlisiniz. Venera planeti dəyişikləri sevmir. Ancaq cəsarət və əzmkarlıq nümayiş etdirsəniz, yaxın 20 ildə inkişaf və uğur sizə himayədarlıq edəcək.
Əkizlər
2020-ci il Əkizlər bürcünün nümayəndələri üçün olduqca nikbin il olacağını vəd edir. Sizə yeni tanışlıqlar və cəlbedici təkliflər gətirəcək. Ailə vəziyyətinizin dəyişəcəyi və ya perspektivli bir iş təklifi almaq ehtimalınız var. Hər halda müvəffəqiyyətə vaxtından əvvəl sevinmək üçün hələ tezdir. Müəyyən bir statusa çatmaq üçün qabiliyyətinizin təsdiqlənməsini tələb edən çətin bir dövrdən ke-çəcəksiniz. Müvəffəqiyyətiniz Kainatın hədiyyəsini nə qədər düzgün istifadə edə biləcəyinizdən asılı olacaq. Daha ətraflı » -
10YanDigər 2020-ci İL HƏR BİRİMİZƏ NƏ VƏD EDİR? üçün şərhlər bağlıdır
Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir. Bu keyfiyyətləri Siçan Öküz, Dovşan və Əjdaha ilində anadan olan dostlarına hədiyyə edəcək. Siçan ili onlar üçün xoşbəxtliklərlə yadda qalacaq. Bu dövr Ağ Siçan ilə səmimi münasibətdə olan İt, Donuz və Meymun ilindən olanlar üçün olduqca yaxşı keçəcək. Ancaq At və Xoruz ilindən olanlar ev sahibinin onlar üçün yaratdığı hər cür problemdən ciddi şəkildə qorxmalıdır.
Siçan
Gələn il Siçan ilində dünyaya gələnlərə kifayət qədər mə-suliyyətli olmağı tövsiyə edir. Bu, onların ilidir, odur ki, mümkün dəyişikliklərə, hətta həyatın zərbələrinə də hazır olmaq lazımdır. Bu mərhələnin necə yekunlaşması və uğur Siçan ilində dünyaya gələnlərin dözüm və mətanətindən asılı olacaq. Onların yaşadıqları yeri dəyişəcəkləri göz-lənilir, eyni zamanda yeni işə başlayacaq və bütün iradəni toplamağa məcbur edəcək çağırış alacaqlar. Alternativ olaraq, özlərində dünyagörüşlərini dəyişdirməyə məcbur edəcək yeni istedad kəşf edə bilərlər.
Öküz
Öküz ili üçün qızıl dövr baş-layacaq, yəni bu in-sanların ta-mamilə hər şeyi asanlıqa əldə edəcəyi zaman hesab olunur. Öküz-lərin özləri üçün ortaya qoyduğu hər hansı bir məqsəd gözlənilmədən gerçəkləşməyə başlayacaq və praktik olaraq heç bir səy göstərmədən həyata keçə-cək. Bu Zodiak işarəsinin nümayəndələri riskdən qa-çırlar, amma gələn il sər-güzəştlərə getməli və şübhəli əməkdaşlıqlara razılıq verməlisiniz. Şansınız sa-yəsində, şübhəsiz ki, uğur tərəfinizdə olacaq. Daha ətraflı » -
10YanDigər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır
TƏNHA YAŞAYAN ATA
Qəzetimizdə öz poetik yazıları ilə çıxış edən imzalar sırasında bir ağsaqqal, ömrünün ahıl yaşlarını yaşayan Sabir Paprəvəndli imzası da var. İlk baxışdan övliyaları xatırladan bu insanın dilindən alqış, xoş sözlər axıb süzülür. Görkəmin-də həlimlik, mülayimlik bərqərar olub. Sifətində, sözlərində bu dünyada çox itkilər vermiş bir insanın ağrıacısı duyulur. Bu ahıl insanı yaxından tanımaq üçün onunla görüşüb, söhbət etmək qərarına gəldim. O, özü haqqında çox danışdı, çox dedi… Mən öz taleyindən küsmüş, lakin qədəri ilə razılaşan bir insanı duyğulandır-dığım üçün xeyli peşiman oldum. Özlüyümdə qərara gəl-dim ki, bəzən “qazanın ağzı örtülü qaynaması” daha məqsədə uyğun olur.
Ocaqverdiyev Sabir (Paprəvəndli) Nəsir oğlu 1936-cı ildə Ağdam rayonunun Paprəvənd kəndində doğulub. Elə həmin kənddə böyüyüb, boya-başa çatıb. Anası Nazan Fərəc qızı o zamanlar “Qırmızı Əmək Bayrağı” ordenli, atası isə Bö-yük Vətən Müharibəsi veteranı olub. Ailədə 3 uşaq olublar–2 qardaş, 1 bacı. Həmin kənddə bu ailəni hamı din xadimi Kərbəlayi Teymurun nəticələri kimi tanıyıb. Sabir Ocaqver-diyev də həmyaşıdları kimi hərbi xidmət çəkib, Ukraynanın Taqanrok, Beleserkovski və Moskva ətrafı Radovski şəhərlərində xidməti borcunu yerinə yetirib. O, təhsilini də unutmayıb. Qayıtdıqdan sonra M.F.Axundov adına Bakı Xarici Dillər İnstitutunun rus dili fakültəsini bitirib. Yaşadığı Ağdam rayonunun kəndlərində –Şotlanlı, Nəmirli, Göytəpə, Eyvazlı, Xındırıstan kənd məktəblərində rus dili müəllimi kimi fəaliyyət göstərib. Son illərdə bəzi məktəblərdə rus dilinin tədrisi dayandırıldığından ixtisas dəyişimi edərək Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirib. Daha ətraflı » -
10YanDigər UŞAQ SEVGİSİ ƏN MÜQƏDDƏS SEVGİDİR üçün şərhlər bağlıdır
70-80 il əvvəl ailələrdə çoxuşaqlılıq bir adətə çevrilmişdi. Ən azı hər ailədə 4-5 uşaq tərbiyə olunurdu. Elə evlər va-rıydı ki, 9-10 uşaq, hətta 11-12 uşaq dünyaya gəlirdi və belə analara “Qəhrəman ana” adı verilirdi. Son illərdə isə bu adət dəyişməyə başladı. Əksər ailələrdəki uşaqların sayı 2-3 dəfə azaldı, təsadüfi ailələrdə ən çox 4 uşaq doğuldu.
Bunlara baxmayaraq, dünyaya gələn hər körpə ailələrimizə xoşbəxtlik, sevinc gətirir.
Müsəlman dünyasının Peyğəmbəri Məhəmməd Peyğəm-bər “Uşaq, Cənnət nemətlərindən biridir”, “Uşaq qoxusu, Cənnət qoxularındandır” söy-ləmişdir. Ulularımız isə uşaqsız evi məzarıstana bənzətmişlər. Müasir dövrümüzdə elə ailələr vardır ki, 1 uşaq dünyaya gətirmək üçün illərlə həkim müayinə və müalicələrindən keçməyə məcbur qalırlar. Lakin Allahın xoşbəxtlik bəxş etdiyi ailələrimiz var ki, heç bir müalicəsiz övlad sahibi olurlar.
Təxminən 4 ay əvvəl internet saytlarında, televiziya kanalla-rında şad bir xəbər yayımlandı: cəbhə bölgəsində, düşmənlə 48 km təmas xəttində yerləşən – Tərtər rayonunun Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində üçəmlər doğulub, üçü də oğlandır. Düşündüm ki, bu körpələri ziyarətə gedib, onların valideynləri ilə tanış olum. Bu görüşüm bir qədər uzandı… Daha ətraflı »
Yeni ismarıclar