Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan–“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, Möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
İcra başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində gö-rülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsini, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanı, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə qaldırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldı-ğını diqqətə çatdırdı. Daha ətraflı »
-
09DekXəbərlər QARADAĞLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır
-
09DekXəbərlər SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Ha-kimiyyətinin dəstəyi ilə Tərtər rayo-nunda keçirilən “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminarmüşavirə çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Apa-ratının İctimai-siyasi və humanitar mə-sələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umu-dov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd olunub ki, xeyirxahlıq, mərhə-mət, ədalətli davranış və s. bu kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşün-cəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai mü-nasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təb-liği çox vacibdir.
Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incə-sənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini də-yərlərin təsviri sənətin müxtəlif növlə-rində işlənməsi dəyərlərimizə müxtə-lif baxış bucağından baxmağa, dünya-görüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.
Yekunda iştirakçılarla geniş fikir mü-badiləsi aparılıb və onları maraqlandı-ran suallar cavablandırılıb. -
09DekXəbərlər Britaniyalı qonaqlar Tərtərdə üçün şərhlər bağlıdır
YENİ TƏLİM MƏRKZİ AÇILIB
“British Council” və Britaniyanın Azərbaycandakı səfirliyi bu il ikinci Resurs və Təlim Mərkəzini Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yerləşən Laçın rayonu Çaylı kənd orta məktəbində açıb.
Açılış mərasimində Böyük Brita-niyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov, təhsil işçiləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara məlumat verib ki, iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksindəki mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləriməktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klubicma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır. Daha ətraflı » -
09DekXəbərlər MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə səfər çərçivəsində məcburi köçkünlərlə görüşüb.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olan qonağa rayon haqqında ətraflı məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ermənistan silahlı qüvvələrinin tez-tez atəşkəsi pozmasından bunun nəticəsində Tərtər rayonunun əhalisinə və təsərrüfatlarına ciddi zərər dəyməsindən, beləliklə də insanların normal həyat tərzinin vaxtaşırı pozulmasından ətraflı danışıb.
Səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər üçün yaradılan şərait, təmas xəttində yaşayan sakinlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.
Diplomat sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tər-tər rayonu ərazisində məskunlaşıb. İki il əvvəl istifadəyə verilmiş 1170 ailəlik yaşayış kompleksinə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Kompleksdə zəruri infrastruktur ob-yektləri–məktəb, uşaq bağçası, mu-siqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.
Böyük Britaniyanın səfiri yaşayış kompleksində Əzizovlar ailəsinin mənzilinə baş çəkib.
Ceyms Şarp yaşayış kompleksində tam orta məktəb və körpələrevi uşaq bağçasında yaradılmış şəraitlə də tanış olub. -
09DekSəhiyyə Narkomaniya əsrin bəlasıdır üçün şərhlər bağlıdır
GƏLƏCƏYİMİZİN
XATİRİNƏDoğru deyirlər ki, narkomaniya narkotik tələdir. Bu tələyə düşən oradan çox çətinlik nəticəsində çıxa bilir. Yaxşı olar ki, ondan heç vaxt istifadə etməyəsən. Narkotik maddələr insan düşüncəsinə təsir edən, psixoloji asılılıq yaradan xəstəlik hesab olunur. Nar-komaniya yaddaşı və təfəkkürü pozaraq həyata qarşı la-qeydlik yaradır. Narkomaniya gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Digər vərdişlərdən daha təhlükəli olur. Narkotik satışı ilə məşğul olanlar hər il bir çox insanları bu işə cəlb edir ki, bunların da əksəriyyəti uşaq və gənclərdən ibarət olur. Bu baxımdan valideynlərin övladları ilə arasındakı münasibət narko-tiklərə qarşı mübarizədə böyük rol oynayır.
Narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, mümkündür. Tez bir zamanda ailəsini, dostlarını, sağlamlığını, işini, həyatını itirməmiş bu uçurumdan xilas olmaq gərəkdir.
Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkir. Əvvəl-lərdə bu təhlükə bir neçə ölkə qarşısında dururdusa, artıq narkotizasiyanın acı nəticələ-rini hiss etməyən ölkə tapmaq mümkün deyil. Vaxtı ilə bu problemə diqqət yetirilmə-diyindən artıq yoluxucu xəs-təlik kimi insanlar, xüsusi ilə gənclər arasında yayılmaqda davam edir, hətta yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Hazırda dünyada milyonlarla narkoman var. Onların bir qismi kişilər, bir qismi qadınlar, digər bir qismi də gənclər və uşaqlardır. Daha ətraflı » -
09DekMilli-mənəvi dəyərlər DİN ADAMININ SAF AMALI üçün şərhlər bağlıdır
Öz zəhməti ilə dolanan ailələrdən biri də sürücü Qərib Ədilovun ailəsi idi. Bu ocaqda 7 uşaq böyüyürdü, 4 oğlan, 3 qız. Hər gün səhərsəhər Qərib kişi öz sürücülük peşəsinin dalınca yollanar, həyat yoldaşı Gülarə isə bazara gedərdiki xırda alverlə məşğul olsun. Azyaşlı uşaqlar isə ya məktəbə gedər, ya da analarının tapşırdığı işləri yerinə yetirərdilər. Axşam ata-ana evə dönəndə qazandıqları halal zəhmət haqqı ilə uşaqları sevindirərdilər. Belə sadə ailələr o zamanlar bu qaydada dolanardılar. Tək-tək seçilən imkanlı ailələr varıydı. Beləcə bu 7 uşaq böyüyərək, hərəsi öz yolu-nu seçdi.
Bu gün rayon camaatı arasında xüsusi xətir-hörmətə sahib olan, davranışı ilə fərqlənən, islamçı-lıq mədəniyyəti ilə seçilən din adamı Saleh Ədilov bu ailənin 7 övladından biridir.
Saleh Ədilovun gənclik dövrü Qarabağ müharibəsi illərinə təsadüf edib. Mənfur ermənilərin törətdikləri cinayətlər, ələlxüsus doğma Tərtərimizi mərmi və raketlərlə atəşə tutması hələ də onun yaddaşından silinmir. Daha ətraflı » -
09DekDigər ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ üçün şərhlər bağlıdır
XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu. Bu hadisələrdən ən çox əziyyət çəkənlər indiki Ermənistan Respublikasında və Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan dinc azərbaycanlılar idi. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xaraba-zarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşən bu insanların faciəsinin kökləri tarixin daha dərin qatlarına gedir.
Azərbaycanın qədim yurd yerlərindən, zəngin mədəniyyət məbədlərindən sayılan bu ərazilər zaman-zaman qanlı müharibələr meydanına çevrilsə də, bu torpaqların əsl faciəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində başladı. Daha ətraflı » -
09DekDigər DAHİLƏRİN ERMƏNİLƏR HAQQINDA DEDİKLƏRİ üçün şərhlər bağlıdır
Əmir Teymur (Fateh-hökmdar): “Tarix mənə iki şeyi bağışlamıyacaq: Birincisi erməniləri bir etnos kimi məhv etmək istəyib bunu etmədiyimə görə, ikincisi doğrudur ermənilərin arasında ola bilsin ki, yaxşıları var lakin bütövlükdə erməni xalqı alçaq və rəzil xalqdır.” Aleksandr Sergeyeviç Puşkin (Dahi rus şairi): “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.
Aleksandr Düma (Fransız yazıçısı və səyyah): «Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər».
Qraf De Şole ( Fransız səyyahı): “Ermənilərin yoxsulluq və əzabəziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim”.
Adam Mets (İsveç səyyahı): “Dərisi ağ qulların pisi ermənilərdir. Abırhəyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.
Tatsit: “Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar”.
Musa Xorenatsi: “İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
An.N.Y.Marr: “Erməni xalqı kimi erməni dili də hibrit (calaq) dilidir”.
Jemçuynikov (Yazıçı): “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.
Olqa Smurova (Yazıçı): “Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər”. Daha ətraflı » -
09DekXəbərlər MİLLƏTİMİZİN BAŞINA GƏTİRİLƏNLƏR ÇOX DƏHŞƏTLİDİR! üçün şərhlər bağlıdır
1920-1953-cü İLLƏR ƏRZİNDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTANI İDARƏ EDƏN
DÖVLƏT RƏHBƏRLƏRİAzərbaycan KP MK-nin Milliyyəti İllər
I katibləri1.Qriqoriy Kaminiskiy yəhudi 1920-21
2. Sergey Kirov rus 1921-26
3. Ruhulla Axundov azərbaycanlı 1925-26
4. Levon Mirzoyan erməni 1926-29
5. Nikolay Qiqolo ukraynalı 1929-30
6. Vladimir Polonskiy yəhudi 1930-33
7. Ruben Mkrtçyan erməni 1933-33
8. Mircəfər Bağırov azərbaycanlı 1933-53Ermənistan KP MK-nin Milliyyət
Ikatibləri
1. Gevork Alixanyan erməni 1920-21
2. Sarkis Srapionyan erməni 1921-22
3. Aşot Hovanisyan erməni 1922-27
4. Hayk Osepyan erməni 1927-28
5. Haykaz Kostanyan erməni 1928-30
6. Aqasi Xandjyan erməni 1930-36
7. Amatuni Vartapetyan erməni 1936-37
8. Qriqoriy Arutyunyan erməni 1937-53 -
09DekSəhiyyə SOĞAN SUYU İLƏ ŞƏKƏR XƏSTƏLİYİNDƏN XİLAS OLACAQSINIZ üçün şərhlər bağlıdır
Soğan suyunun faydaları arasında bakteriyalara qarşı bədənin müqavimətini artırması, qan təzyiqini normada saxlaması və bəzi xərçəng növlərinə qarşı qorunma təmin etməsidir.
Diabet: Qida lif baxımından zəngin olan soğan qan şəkəri dalğalanmalarını önləyər və az miqdarda qida lifi istehlakı səbəbiylə yaşanan qəbizliyə yaxşı gəlir. Soğan həm 1-ci tip, həm də 2-ci tip diabet xəstələrində qlükoza səviyyələrinin salınmasına köməkçi bir tərəvəzdir.
Sidikqovucu: Soğan güclü bir sidikqovucudu və qanın təmizlənməsinə köməkçi olar.
Öskürək: Ənənəvi olaraq bron-xit və astma müalicəsində istifadə soğan suyu eyni zamanda quru öskürəyə də yaxşı gəlməkdədir. Daha ətraflı »
Yeni ismarıclar