27Sen
ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ
Azərbaycan Prokurorluğu ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm rola malikdir.
“Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız.
Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”
Heydər Əliyev.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Lakin, bu gün bizə daşıdığımız vəzifənin məsuliyyətini, ağırlığını, xalqımız, dövlətimiz qarşısındakı öhdəliklərimizi bir daha xatırladır. Daha ətraflı »
27Sen
ÖMRÜN GÜNDOĞANINDA QALAN MÜRGÜLÜ XATİRƏLƏR
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Ötən əsrin 90-cı illərinin axırlarından Ahıllar Gününü bütün dünyada qeyd etməyə başlayıblar. Bu günün təsis edilməsinin başlıca məqsədi ahıl və yaşlıların həyatda iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdan ibarətdir
Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar.
Ahıllar günü əsaya söykənə-söykənə gedən, parklarda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən yaşayan, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Ahıllarımızın harada olmasından, yaşamasından asılı olmayaraq bir şirin sözə, mehribanlıqla dolu kiçik bir qayğıya möhtac ürəkləri var.
Belə ahıllarımızdan biri Hüseynov Telman Bəhmən oğludur. Onunla təsadüfən tanış oldum. Şəhid atasıdır. Ürəyini parçalayan oğul dərdi var. Vasifinin itkisi bu ahıl insanı köz kimi yandırıb, sızladır, amma başını uca tutur. Çünki, oğlu Vətən naminə, torpaqlarımızın bütövlüyü uğrunda, Qarabağ savaşında şəhid olub. Daha ətraflı »
27Sen
ÜÇ GÜL QÖNÇƏSİ


İnsan dünyaya gələndə ilk gözünü qamaşdıran işıq olur. Aylar, illər ötdükcə rənglərə, səsə, musiqiyə öyrəşir. İstedad uşaqlıqdan özünü göstərməyə başlayır, sonda isə istedad sahibi tanınmış bir şəxsiyyətə çevrilir. Rəssam, heykəltəraş, musiqiçi, rəqqas və başqa sənətkar…
Haqqında yazacağım balaca fidanlar da bizim istedadlılarımızdır. Ayla Quluzadə və Zeynəb Nəsirli şəhər 3 saylı məktəbin, Rəmziyə Vəlizadə isə 1 saylı tam orta məktəbin şagirdləridir. Onların hər biri həm də Tərtər uşaq gənclər inkişaf mərkəzinin üzvləridir. Ayla bu il 1-ci sinfə gedir, Zeynəb 2-ci sinifdə, Rəmziyə isə 6-cı sinifdə oxuyurlar. Hər üçünün özlərinə məxsus istedadları var. Ayla ilə Zeynəb gözəl şeirlər söyləyib, milli rəqslərimizi ifa edirlər. Rəmziyə isə şahmat oynamağı, şeir söyləməyi sevir və maraqlı əl işləri görür. Onun müxtəlif düymələrdən, düyüdən, mərcidən hazırladığı çanta, gül, buta, üçrəngli bayrağımızın tabloları rayon tədbirlərində sərgilənərək, “Diplom” və “Fəxri Fərman”a layiq görülüb. Bu qızların hər üçü həm oxuduqları məktəblərdə, həm də rayonumuzda keçirilən əlamətdar bayram şənliklərində öz bacarıq və istedadları ilə çıxış edib, sakinlərin alqışları ilə qarşılanıblar. Daha ətraflı »
27Sen

“Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi dəyərimizdir. Çünki Azərbaycan xalqının bütün xüsusiyyətləri burada açıq şəkildə göstərilib: yurd sevgisi, ana məhəbbəti, igidlik, böyüklərə hörmət və s. millətimizə xas olan xüsusiyyətlərdir. Bu dastan gənc nəsli vətənpərvərlik və mərdlik duyğularını gücləndirmək, onları xalqımızın igid oğullarının qəhrəmanlıq yolunu, xeyirxahlığını və adət-ənənələrini daha ətraflı öyrənməyə səsləyir. Dastanda təsvir olunan hadisələr Şərur, Dər-bənd, Gəncə, Bərdə, Göyçə və başqa Azərbaycan torpaqlarında baş verir.
“Dədə Qorqud” qəhrəmanlıq dastanı olduğu üçün ona epos da deyilir. Dədə Qorqud yalnız söz sənətkarı deyil, oğuzların kamil bilicisidir. Dədə Qorqud hörmətinə qopuz müqəddəs sayılır. Savaş vaxtı kiminsə əlində qopuz olsa həmin şəxs bağışlanardı. Zəfər çalınanda Qorqud ata gəlib boy boylayar, soy soylayardı. Yetkinlik yaşına çatan gənclər bir igidlik göstərər və Dədə Qorqud onlara ad verərdi. Bu eposda hikmətli sözlər geniş şəkildə işlənib: Əski pambıq bez olmaz; Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz. Oğuz igidlərinin qəhrəmanlıqları mübaliğəli şəkildə (acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Əmən və s.), bənzətmələr (qadının dodaqları badama, yanaqları almaya bənzədilir) işlənib. Düşmən Oğuz elinə hücum edən zaman igidlər həmrəy şəkildə düşmənə qarşı mübarizə aparırdılar. Oğuz igidləri xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda vuruşublar. Daha ətraflı »
27Sen
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.
Bu il rayon ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər-kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 830 fermerlə 2017 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanılıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 32,8 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın daha yüksək olacağını gözləyirik. 9 ədəd pambıqyığan kombayn, 20 traktor, 44 qoşqu, 3 yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın əvvəlindən tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir”. Daha ətraflı »
27Sen
Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir və bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə bir çox qanunlar, o cümlədən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
İllik sığorta haqqı obyektin qiymətindən asılı olaraq müəyyən olunur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən, onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur: Daha ətraflı »
16Sen
“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
16Sen
16Sen

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Seydimli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev iştirak edirdi.
Nərmin Vəliyeva görülən işlər barədə məlumat verdi.
Kənd sakinləri Tahir Vəliyev, Tamella Məmmədova, Aminə Mayılova, Simuzər Səfərova, Raquf Orucov, Fiqurə Orucova, Etibar Orucov, Samir Əzizov artezian quyusunun bərpası, 2 yeni subartezian quyusunun qazılması, içməli su layihəsinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı »
16Sen

YAP Tərtər Rayon Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, cari ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinə ciddi surətdə hazırlıq işlərinə başlanılmalı, bütün imkanlardan səmərəli şəkildə istifadə edərək seçkilərdə YAP namizədlərinin qələbəsinin təmin edilməsinə qüvvələr səfərbər edilməlidir. Daha ətraflı »
Yeni ismarıclar