Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Seydimli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev iştirak edirdi.
Nərmin Vəliyeva görülən işlər barədə məlumat verdi.
Kənd sakinləri Tahir Vəliyev, Tamella Məmmədova, Aminə Mayılova, Simuzər Səfərova, Raquf Orucov, Fiqurə Orucova, Etibar Orucov, Samir Əzizov artezian quyusunun bərpası, 2 yeni subartezian quyusunun qazılması, içməli su layihəsinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən dəstəkdən danışdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi köməklik göstəriləcəyini bildirdi.
Kənd sakinləri əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə və sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
“Yeni Tərtər”