2018-ci il yanvarın 1-i vəziyyətinə Hacıqərvənd kəndinin əhalisi 2908 nəfər təşkil edir. Burada 700 təsərrüfat, 550 ev var. Müstəqillik illəri hacıqərvəndlilərin də həyatını tamamilə dəyişib. Əvvəlki palçıqlı küçələr, işıqsız evlər, susuz həyətlər yoxdur. Telefonla danışmaq üçün rayon mərkəzinə getmək lazım deyil. Mobil telefonlardan əlavə, kənddə 275 nömrəlik EATS fəaliyyət göstərir. 96 evə internet xətti çəkilib. 2010-cu ildə isə yeni poçt binası istifadəyə verilib.
Kənd icra nümayəndəsinin müavini Vaqif Aslanov deyir:
–Son vaxtlara qədər əhalini narahat edən problemlərdən biri mavi yanacağın olmaması idi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində və rayon rəhbərliyinin yaxından köməkliyi ilə bu məsələ də həllini tapdı. Kəndin yarısında köhnə elektrik xətləri və dirəkləri dəyişdirilib, qalan hissəsinin də dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, əhalini narahat edən hər bir məsələ diqqət mərkəzində saxlanılır və onlar qısa müddətdə həllini tapır.
-
08NoyKənd təsərrüfatı İNFRASTRUKTUR YENİLƏNİB üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı PAMBIQÇILIĞA MARAQ ARTIB üçün şərhlər bağlıdır
Cari təsərrüfat ilində digər sahələrlə yanaşı Hacıqərvənd kəndində pambıq əkini də diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdən fərqli olaraq 25 hektar sahədə bu qiymətli texniki bitki əkilib. 8 hektarda pambıq becərən Kəmaləddin Heydərov deyir:
– Mən ixtisasca mühəndis – mexanikəm. Əvvəlki dövrdə kəndin maşın-traktor parkında işləyirdim, maşınla məhsul yığımını təşkil edirdim. Kolxozumuzun adı həmişə qabaqcıllar sırasında çəkilirdi. Camaat pambıqdan əldə etdiyi qazanc hesabına yaxşı dolanırdı. Tədricən bu sahə gəlir gətirmədiyinə və suvarmada çətinliklər yarandığına görə unuduldu. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sanki bizi keçmiş illərə qaytardı. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı İRİ FERMER TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır
Hacıqərvənddə son illər kiçik fermerlərlə yanaşı, iri fermerlər də fəaliyyət göstərir. Bunlardan biri də Asəf Mehdiyevdir. Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərovdan öyrəndik ki, Asəf öhdəsində olan 120 hektar sahədə əsasən taxıl, günəbaxan əkir. Xurma və ərik bağı da var. Həmçinin qoyunçuluqla məşğuldur.
Biz kənddə olarkən fermerin özü ilə görüşüb söhbət etdik. O dedi:
– Prezident İlham Əliyevin taxılçılıqla məşğul olan fermerlərin qarşısına qoyduğu vəzifələrdən biri bu sahənin məhsuldarlığının artırılmasıdır. Bunun üçün iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji proseslər yayılmalıdır, başqaları tərəfindən də öyrənilməlidir. Ölkə başçısının dediyi kimi, “belə olan halda biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik”. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı KEYFİYYƏTLİ ƏT İSTEHSAL OLUNUR üçün şərhlər bağlıdır
Bu kənddə Mehdi və Səyyad Nəbiyevlərin maldarlıq təsərrüfatında da olduq. Əvvəlcə qeyd edək ki, onların həyətində ilk rastlaşdığımız mənzərə gözəl güllər idi. Bu güllüyü və hər yandakı səliqə-sahmanı görəndə inanmaq olmur ki, ev sahibləri elə burada, həyətdə iri-buynuzlu mal-qaranın kökəldilməsi ilə məşğuldurlar.
Eyni səliqə-sahman təsərrüfat həyətində də vardı. Qışa kifayət qədər ot və yem tədarük olunmuşdu. Onu da qeyd edək ki, ailənin kiçik yemüyüdən sexi var. Həm özləri, həm də kənd sakinləri bu sexdən istifadə edərək, yemləmədə israfçılığın qarşısını alırlar. Mehdi Nəbiyev dedi:
–Hər bir işin çətinliyi var. Maldarlıq da asan peşə deyil. Xüsusən də kökəltmə zamanı ikiqat məsuliyyətli olmalısan. Biz çalışırıq hər bir işi vaxtında görək ki, əlimiz boşda qalmasın. Şükür Allaha, həm özü-müz dolanırıq, həm də əhaliyə keyfiyyətli ət məhsulu satırıq.Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar