Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar
    Xəbərlər 6 KƏNDİ BİRLƏŞDİRƏN YOLA ASFALT SALINIR üçün şərhlər bağlıdır

    Artıq bir neçə gündür ki, 6 kəndi birləşdirən yola asfalt salınır. Bunlar Buruc, Hüləbətli, Xoruzlu, Kəbirli, Bayandur və Qaradağlı kəndləridir. Bu kəndləri birləşdirən asfalt yolun uzunluğu 21,5 kilometr, eni isə 7 metr olacaqdır. Artıq bir aya yaxındır ki, kəndarası yolların asfaltlanması işlərinə başlanılmışdır. Bu işlər ilin birinci yarısında başa çatdırılacaqdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 07Mar
    Sosial YENİ ŞƏHƏRCİYƏ KÖÇ BAŞLANDI üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şıxarxda məcburi köçkünlər üçün inşa olunmuş 1170 ailəlik şəhərciyə köçürülməyə başlandı. Az vaxtda 600-dən çox ailə yeni mənzillərdə yerləşdirilib.
    Bunlar əsasən Tərtərin Hüsənli, Azadqaraqoyunlu, İsmayılbəyli kəndlərində və şəhərdə uşaq bağçalarında, klub və kitabxanalarda məskunlaşan məcburi köçkün ailələridir.
    Ağdam rayonundan məcburi köçkün düşmüş Məhyəddin Quliyev və oğlu Vüsal yeni qəsəbədə mənzil aldıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər. Vüsal dedi ki, 1992-ci ildən indiyədək ailəmizin və bizim kimi digər ailələrin yaşayış şəraitləri yaxşı deyildi. Burada aldığımız mənzildə hər cür şərait vardır.
    Yaşlı qadın, Ağdam şəhər sakini Aidə Əliyeva da sevincini bizimlə bölüşdü. “Bayrağı uca olsun hökumətimizin” –dedi. “Mənə də 2-ci mərtəbədə 1 otaqlı ev veriblər. Tək qadınam, bəsimdir”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər XOCALI SOYQIRIMINDAN 26 İL KEÇİR üçün şərhlər bağlıdır

    O GECƏ DƏHŞƏT YAŞADI XOCALI

    26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyid-ləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin… Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏSRİN ƏN QANLI FACİƏSİ üçün şərhlər bağlıdır

    Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon 2 saylı məktəb-liseyin VII, V və ibtidai sinif şağirdləri və müəllimlər iştirak edirdilər.
    Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında geniş və ətraflı məruzə ilə çıxış etdi. Göstərdi ki, bu qırğın nəticəsində 613 nəfər Xocalı sakini həlak olmuşdur. Onların 63 nəfəri uşaqlar, 106 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Xocalı mühasirəyə alınanda şəhərin 2500 nəfər əhalisi canlarını qurtarmaq məqsədi ilə Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Ancaq dinc əhalinin bu niyyəti baş tutmadı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏN DƏHŞƏTLİ VƏHŞİLİK üçün şərhlər bağlıdır

    XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidəkompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “XOCALIM-QAN YADDAŞIM” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq təhsil şöbəsi, gənclər və idman idarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalım–qan yaddaşım” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
    Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə uşaq-gənclər şahmat məktəbində keçirilib. Müsabiqədə 44 ümumtəhsil məktəbindən 44 şagird iştirak edib. Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, gənclər və idman idarəsinin rəisi Emin Pənahov, rayon təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuriyev məktəblilərə Xocalı soyqırımı qurbanları haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Tarixə şahid və şəhid Xocalım!” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin nümayəndələri və şəhər 3 saylı məktəbin şagird və müəllimləri iştirak ediblər.
    Əvvəlcə kitab sərgisinə baxış olub. Sonra Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açıb.
    O, bu ağlasığmaz faciəni yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı olan tarixi və qanlı cinayət adlandırıb, ermənilər tərəfindən burada törədilən vəhşilikləri faktlarla diqqətə çatdırıb.
    Mərkəzləşmiş kitabxana sisteminin işçisi Nigar Əlizadə, şəhər 3 saylı məktəbin tarix müəllimi Kifayət Kərimova, tarix-diyarşünaslıq muzeyinin müdir əvəzi Aybəniz Məmmədova faciə haqqında danışıblar. Şagirdlərin ifasında kompozisiya səslənib. Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş videoçarxa baxıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 07Mar
    Digər AZƏRBAYCANIN QƏHRƏMAN OĞLUNU DÜNYA TANIYIR üçün şərhlər bağlıdır

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
    Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər O, XALQIMIZIN FƏXRİDİ üçün şərhlər bağlıdır

    Mübariz, sən Vətənimizin fəxrisən. Sən əsl qəhrəmansan. Azərbaycanın hər bir guşəsində məktəblilər səni anırlar.
    Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sənin qəhrəmanlığından danışırlar.
    Sən bilə-bilə şəhidliyə doğru getdin. Şəhid oldun ki, biz rahat yaşayaq və yaxşı oxuyaq. Biz səni heç zaman unutmayacağıq.

    Günay ƏLİZADƏ,
    şəhər 1 saylı tam orta məktəbin III sinif şağirdi

    Teqlər:

  • 07Mar
    Digər QARADAĞLI FACİƏSİ üçün şərhlər bağlıdır

    1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı.
    Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

    Teqlər: