Tərtərli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifələrdə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətlərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
Bu fikirlər rayonumuzda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Süfrə arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan qa-dınlar, şəhid anaları, ağbirçəklər iştirak edib. Daha ətraflı »
-
14MarTərtər RİH-də BEYNƏLXALQ QADINLAR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
14MarXəbərlər AZƏRBAYCAN JURNALİSTLƏRİNİN VII QURULTAYI üçün şərhlər bağlıdır
Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Qurultayda Mətbuat Şurasına üzv 106 təşkilatdan 241 nümayəndə iştirak edib.
“Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova da nümayəndə kimi qurultayda iştirak edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
14MarXəbərlər HƏRBİ HİSSƏNİN YARADILMASININ 26 İLLİYİ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər ərazisində yerləşən N. saylı hərbi hissəsinin yaranmasının 26-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.
Hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçusu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə naziri Zakir Həsənovun təbrik məktubunu hərbi hissənin şəxsi heyətinə oxuyub. Daha ətraflı »Teqlər: Xəbərlər
-
14MarDigər 98 İLDƏ KEÇİLƏN YOL üçün şərhlər bağlıdır
Bu günlərdə Qızıl Aypara cəmiyyəti yaranmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.
Sonra tədbir Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon bölgəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan bölmənin sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etdi və görülən işlərdən danışdı. Bildirdi ki, hazırda QAC Tərtər bölməsinin 35 nəfər üzvü var. Burada cəmiyyətin hər bir üzvü üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
Yığıncağa Etibar Heydərov yekun vurdu.Teqlər: Digər
-
14MarSəhiyyə BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »Teqlər: Səhiyyə
-
14MarMədəniyyət NOVRUZ GƏLDİ-YAZ GƏLDİ üçün şərhlər bağlıdır
KƏNDDƏ NOVRUZ BAYRAMI Tofiq YUSİF
Axşamın sevinci od tutub yanır—
Bayram tonqalları qanada dönür.
Birinin istəyi oddan tullanır,
Bütün kənd uşağı inada dönür.Nə yaxşı bir ümman el yığnağından
Bu sısqa çeşməmsiz yaşayır hələ!
Qorxmasa o yanda yıxılmağından
Tonqaldan hoppanar qocalar belə.Bu gecə sözlərə sığal çəkilər,
Açılar gənclərin küsü düyünü.
Bir qızı yorubdu «bir az gözlə»lər,
Xınaya bükəcək bayram gününü. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
14MarMilli-mənəvi dəyərlər RUHUMUZU TƏZƏLƏYƏN NOVRUZ üçün şərhlər bağlıdır
Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Bizim digər bayramlarımızdan fərqli olaraq bu bayramı biz ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu, bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək, Novruz təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramıdır.
Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəslə–Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. Isti ölkələrdən ölkəmizə qayıdan quşların nəğməsi ətrafı bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi-bağlarımızı bəzəyir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
14MarMilli-mənəvi dəyərlər NOVRUZ ADƏTLƏRİ üçün şərhlər bağlıdır
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu, yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin sınmış yumurtalarını özünə götürür.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
14MarMilli-mənəvi dəyərlər XALQIMIZA SEVİNC GƏTİRƏN BAYRAM üçün şərhlər bağlıdır
Müasir dünyamızda hamılıqla sevinəcəyimiz, çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz var. Bu tarixi günlərin arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Bu bayram tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilir. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, bu, daha çox milli birlik, tükənməz ümid, sabaha inam bayramıdır. “Novruz” sözünün mənasını yeni gün, yeni il, yeni gül, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağlamlıq eşqi, millətə inamla yaşamaq həvəsi verir. Novruz min illərdir ki, öz xüsusiyyətləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
-
14MarMilli-mənəvi dəyərlər İNANIRIQ Kİ, BU BAHAR FƏRQLİ OLACAQ üçün şərhlər bağlıdır
Ömrümüzün bir qışı da sona çatdı. Yerini yaza verdi, bahar gəldi. Ətirli, füsunkar, nazlı-qəmzəli, nəğməli, cəh-cəhli, hərarətli bir yaz. Qədəmin sayalı olsun, bolluq, bərəkət ilinə çevirəsən ilimizi. Gör necə sevimlisən anan Təbiət üçün. Səni üç qardaşa bir bacı bilib adını Bahar qoyub Təbiət. Bu ad sənə yaraşır, sən də ruhumuzu oxşayırsan. Hər yerdə oyanış başlayır. Dörd çərşənbə sənin nişanələrindir.
“Su çərşənbəsi” sularımızın donun açıb axarlı, edir, “od çərşənbəsi” torpağın hərarətini artıraraq oyanış yaradır, “torpaq çərşənbəsi” insanları əkin-biçinə ruhlandırır, çağırır, “yel çərşənbəsi” otları, ağaçları göyərdir, çiçəklədir, köçüb-gedən quşları geri qaytarır. Bununla da sənin gəlişin el-obamızı sevindirir. Hər gəlişin həsrətlə gözlənildiyindən ən gözəl təamlarımız süfrələrimizə düzülür, sənin şərəfinə. Göyərdilmiş yamyaşıl səmənilər bənövşə, nərgizlə bəzədilərək baharın rəmzinə çevrilir. Dadlı şirniyyatlar–şəkərbura, paxlava, badambura, qoğallar, ətirli plovlar–səbzili, qovurmalı, çolpalı süfrələrimizə yaraşıq verir. Bütün bunları etməklə ilimizin daha bolluqla keçməsini arzulayırıq. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar