08Sen
MƏZARI OLMAYAN ŞƏHİD
Müharibənin insanlara gətirdiyi ən böyük fəlakətlərdən biri də itkin dərdidir. Belə bir faciə ilə üzləşənlər illər uzunu əzizinin ölümünə inana bilmir, hər addımda, hər an onunla görüşəcəklərini düşünürlər. Rayonumuzun Sarov kəndindən olan Şirinovlar ailəsində də 24 ildən çoxdur oğul yolu gözləyirlər.
Məzahir Şirinov 1968-ci ildə Sarov kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdi. Orduda olduğu iki il valideynlərinə 20 il qədər uzun gəlmişdi. Qarşıdakı ayrılıqdan xəbəri olmayan ata-ana oğulun qayıtması münasibətilə qurban kəsib paylamışdılar.
Mingəçevir şəhərində texnikuma daxil olanda, yenə də qurban kəsildi. Qonşular Pakizə anaya gözaydınlığı verib deyirdilər: “Gün o gün olsun, Məzahir məktəbi bitirsin, toyunu eləyəsiniz”.
Bu zaman artıq ailənin kiçik oğlu Habil Qarabağ uğrunda döyüşlərə qatılmışdı. Qardaşlar vaxt tapıb görüşəndə, söhbət yalnız bu mövzu ətrafında gedirdi. Məzahiri nə illər uzunu can atdığı təhsil, nə də ailə həyatı maraqlandırırdı. O, qardaşının, digər döyüşçülərin yanında olub bu amansız müharibədə vətən qarşısındakı borcunu yerinə yetirməyə can atırdı. Daha ətraflı »
Teqlər: Digər
08Sen
AİLƏMİZ YENİ EVƏ KÖÇƏCƏK
Qarabağ müharibəsi əliliyəm. 1994-cü ilin noyabrın 22-də Qarabağ torpağı uğrunda gedən döyüşlərdə yaralanmışam.
Ailəm, üç övladım var. Mənzil şəraitimiz yaxşı deyildi. Hamımız, xüsusən uşaqlar, yeni ev arzusu ilə yaşayırdıq. İndi xəyallarımız həqiqətə çevrilib. Dövlətimiz tərəfindən bizə çox rahat, hər cür şəraiti olan fərdi ev tikilir. Yeni evimiz 2 otaqdan, mətbəxdən və dəhlizdən ibarətdir.
Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Hər gün gedib inşaatçılarla görüşür, evimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik.
Onu da bildirmək istəyirəm ki, cari ildə rayonumuzda 5 şəhid və əlil ailəsi üçün fərdi ev tikilib istifadəyə verilib. Bu yaxınlarda isə bizim ailəmizlə birlikdə daha 5 ailə sevinəcək. Övladlarımız rahat şəraitdə böyüyəcək, dərslərini yaxşı oxuyacaqlar.
Şəhid ailələrinə və əlillərə böyük qayğı göstərən Prezident İlham Əliyevə, dövlətimizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Nağı TEYMUROV,
Kəngərli kəndi
Teqlər: Sosial
08Sen
1964-cü il idi. Həyat yoldaşım Məcid Məmmədov Böyük Vətən müharibəsi əlili, həm də müəllim olduğu üçün ona İstisudakı sanatoriyada dincəlmək üçün putyovka vermişdilər. Biz ailəlikcə getdik və sanatoriyanın yaxınlığında alaçıq qurduq. Qonşuluqdakı alaçıqda İmişli rayonundan olan nənə öz məktəbyaşlı nəvəsi ilə qalırdı. Həmin nəvə ilə mənim böyük oğlum Nizaminin arasında bir-iki yaş fərq vardı.
Buna baxmayaraq, yoldaşlıq edir, günlərini bir yerdə keçirirdilər.
Günlərin birində qonşu alaçıqdan səs gəldiyini eşitdim. Bu, Nizaminin dostu Səyyadin səsi idi. O, kömək istəyirdi.
Kiçikyaşlı qızımı yerə qoyub, qonşulara tərəf qaçdım. Səyyadın nənəsi qızdırmanın içində alışıb yanırdı. Uşaq isə nə edəcəyini bilmir, için-için ağlayırdı.
Öz alaçığımza keçib, soyuqdəymə zamanı istifadə olunan bütün vasitələrdən gətirdim. Yaşlı qadına lazımi yardım göstərdim. Bir azdan onun hərarəti düşdü və özünə gəldi. Bu xəbər arana çatanda, nənənin oğlanları gəlib çıxdılar. Hamı bizə təşəkkür edirdi. Daha ətraflı »
Teqlər: Digər
08Sen
Hər bir yaşayış məntəqəsində insanların həyat tərzinə güclü təsir göstərən amillərdən biri də yol infrastrukturudur. Əgər yollar yaxşıdırsa, gərginlik azalır, insanlar vaxta qənaət edir, mənzil başına rahat çatırlar.
Bu baxımdan 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər–Seydimli–Qaradağlı–Sarov avtomobil yolunun tikintisinə başlananda, bu ərazilərdə yaşayanların hamısı çox sevindi. Artıq tikinti işlərinin böyük bir hissəsi görülüb. Həmin yolun 18-ci kilometrində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün tikintisi başa çatıb.
Yayın isti günlərində hərdən ailəlikcə yola çıxıb, qohum-tanışları yoxlamağa gedəndə, istirahət məkanlarına üz tutanda, bu rahatçılığı bizə yaradan insanlara minnətdar oluruq.
Qeyd etmək istəyirəm ki, rayonumuzun abadlığı yalnız bu yoldan bilinmir. İndi Tərtərin küçələrinə üz tutsan, görülən quruculuq işlərinin şahidi olarsan. Xüsusən yay aylarında kənar ölkələrdə, şəhərlərdə yaşayan tərtərlilər rayonumuza gəldikdə, dəyişiklikləri heyranlıqla müşahidə edirlər. Son illər yüzlərlə rayon sakini qürbətdən vətənə dönərək, burada münasib bir iş qurub, yaşamağa üstünlük verir. Belə də olmalıdır. Ona görə ki, günü-gündən gözəlləşən, dəyişən Tərtərdə həm də sosial məsələlər həllini tapıb. Əhali 24 saat ərzində elektrik enerjisi və mavi yanacaqla təmin olunur.
Surxay HÜSEYNOV,
Bəyimsarov kənd İƏD üzrə icra nümayəndəsi
Teqlər: Digər
08Sen
ZƏHMƏT VƏ QAYĞI İLƏ DOLU GÜNLƏR
Bu dəfə yolumuz Qazyan və Yuxarı Qapanlı kəndlərinədir. Düşmənlə təmas xətti boyunca yerləşən bu kəndlərin əhalisi Dağlıq Qarabağ münaqişəsi başlayandan müharibə şəraitində yaşayır. Amma ilk baxışda bu, hiss olunmur. Hər yerdə olduğu kimi, burada da sakinlər əkib-becərir, öz qayğıları ilə yaşayırlar.
Müsahibimiz Qazyan kənd İƏD üzrə nümayəndə Azər Cabbarovdur. Azər müəllim o insanlardandır ki, onlar haqqında pafos xatirinə yox, sözün həqiqi mənasında deyirlər ki, həyatını doğma kəndinə həsr edib. Müharibənin ağrı – acısını, əzab-əziyyətini həmkəndliləri ilə birgə yaşayıb, xoş günlərində onlarla bir yerdə olub.
İndi kənddə təsərrüfat işlərinin ən qaynar çağı olduğundan, söhbətimizə də elə bu mövzudan başladıq. Öyrəndik ki, ərazidə, yəni Qaynaq və Yuxarı Qapanlı kəndlərində bu il rekord miqdarda – 458 hektar sahədə pambıq əkilib. Ötən il bu rəqəm cəmi 60 hektar təşkil edirdi. Bundan əlavə, 259 hektarda çuğundur, 14 hektarda sorqo əkilib, 200 hektarda isə yoncalıqlar yerləşir. Arpa və buğda biçini də müvəffəqiyyətlə başa çatıb. 79 hektar arpa zəmisinin hər hektarından 29, 56 hektar buğda sahəsinin hər hektarından isə 34,9 sentner məhsul götürülüb. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar