Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV: “ÖZ KÖKLƏRİNƏ BAĞLI OLAN XALQ VƏ DÖVLƏT HƏMİŞƏ DÜZGÜN SİYASƏT APARACAQ” üçün şərhlər bağlıdır

    14807809115236329608_1000x669Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsini daim əziz tutur. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi barədə imzalanmış sərəncam da bu böyük ehtiramın ifadəsidir.
    Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Daxili və xarici müdaxilələr nəticəsində Şərqdə ilk demokratik respublika süqut etdi. Lakin bu az müddətdə çox iş görüldü. 70 il Sovet İttifaqının tərkibində yaşadığımıza görə biz öz tariximizi lazımınca öyrənə bilmədik. Bu gün Xalq Cümhuriyyətini quran fədailərin həyat yolu öyrənilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.
    Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra qısa bir dövrdə böyük inkişaf yolu keçib. Bu gün də həmin inkişaf davam edir. İqtisadi, sosial sahədə, bütün sahələrdə ölkəmiz böyük uğurlara imza atıb. Çünki xalqımız müstəqillik şəraitində yaşayır. Bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş xarici və daxili siyasət dayanır. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər SƏRSƏNG SU ANBARININ VƏZİYYƏTİNİN AVROPA PARLAMENTİNDƏ MÜZAKİRƏ EDİLMƏSİ TƏRTƏRLİLƏRİN ÜRƏYİNCƏDİR üçün şərhlər bağlıdır

    568C22E6-7013-4A26-94A1-1AAFA84DE698_cx17_cy22_cw74_w1023_r1_sTərtər cəbhə bölgəsidir. Düşmənlə 48 km məsafədə təmas xətti var. Burada insanlar hər an düşmən təxribatına məruz qalmaq təhlükəsi ilə yaşayırlar. Belə şəraitdə təsərrüfat işlərilə məşğul olur, bir an da olsun belə öz doğma ocaqlarından ayrılmırlar. Bu il təbiətin şıltaqlığına baxmayaraq, insanların üzü gülür. Çünki həm bağ-bağçalarda, həm də taxıl zəmilərində, çuğundur, pambıq, günəbaxan plantasiyalarında məhsul boldur, ürəkaçandır. Amma insanların bu sevincinə narahatçılıq hissləri də qarışıb. Yay aylarında ermənilər Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsdikləri üçün, su qıtlığı yaranır. Düzdür, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında cəbhəyanı bölgə olan Tərtərdə su qıtlığının aradan qaldırılması məqsədilə əlavə tədbirlər görülüb, alternativ su mənbələri yaradılıb. Təkcə son üç ildə Tərtərdə 61 ədəd yeni subartezian quyusu qazılıb. Ümumilikdə isə rayon subartezian quyuları istismarı idarəsinin balansında 489 ədəd subartezian quyusu var.
    Bütün bunlara baxmayaraq, isti yay günlərində Tərtər çayının suyu Sərsəng Su Anbarından ermənilər tərəfindən kəsildiyinə görə əkinlərin suvarmaya olan ehtiyacının ödənilməsində çətinliklər yaranır. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Digər QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN QAYĞILARI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Изображение 035Tərtər özü döyüşən şəhər olsa da, qoynunda minlərlə qaçqın və məcburi köçkün soydaşımıza yer verib. Rayon statistika idarəsinin 1 yanvar 2016-cı il tarixə olan məlumatına görə, Ermənistanın respublikamıza təcavüzü nəticəsində Tərtərdə 2635 nəfər qaçqın və 14342 nəfər məcburi köçkün məskunlaşıb.
    Azərbaycanın sürətli inkişafı bu təbəqədən olan insanların həyatında da özünü göstərir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkənin Birinci vitse-prezidenti Mehri-ban xanım Əliyevanın da diqqət mərkəzindədir. Bunu Birinci vitse-prezident kimi onun ilk müşavirəni məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etməsi də aydın şəkildə nümayiş etdirir. Məhz Mehriban xanımın verdiyi tapşırıqlar əsasında hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə başlanılıb. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Kənd təsərrüfatı TƏRTƏR RAYONUNDA 8872 HEKTARDA YAZLIQ BİTKİLƏR ƏKİLİB üçün şərhlər bağlıdır

    1 iyun 2017-ci il tarixə Tərtər rayonunda 8872 hektar yazlıq bitkilər səpilmişdir. Onun 3123 hektarı pambıq, 1541 hektarı şəkər çuğunduru, 1632 hektarı dən üçün günəbaxan, 1065.8 hektarı müxtəlif növ tərəvəz, 498 hektarı kartof, 284 hektarı dən üçün qarğıdalı, 635.4 hektarı çoxillik yem bitkiləri, 34.9 hektarı darı, 11.2 hektarı soya, 9 hektarı lobya, 7 hektarı bostan bitkiləri, 7.7 hektarı noxud, 1 hektarı qarabaşaq, 22 hektarı yem üçün sorqo olmuşdur. 2016-cı ilə nisbətən yazlıq bitkilərin əkini 48,7 faiz, o cümlədən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, dən üçün günəbaxan əkini 77,8 faiz, müxtəlif növ tərəvəz əkini 16,1 faiz, dən üçün qarğıdalı əkini 85,6 faiz, bostan bitkilərinin əkini 40 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 09İyn
    Xəbərlər ATƏT-in NÜMAYƏNDƏLƏRİ ERMƏNİSTANIN TƏXRİBATLARI BARƏDƏ ƏTRAFLI MƏLUMATLANDIRILIBLAR üçün şərhlər bağlıdır

    DSC_0570DSC_0645Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilməsi ilə əlaqədar rayona gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster ilə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan vurması, dinc sakinlər arasında xəsarət alma və hətta ölüm hallarına səbəb olması barədə ətraflı məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər İNGİLTƏRƏNİN “JANES” JURNALININ FOTO MÜXBİRİ TƏRTƏR RAYONUNDA OLUB üçün şərhlər bağlıdır

    94d6840c882a446ba20fcf2071fdbb3fDSC_0839Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan İngiltərənin “Janes” jurnalının foto muxbiri Georg Maderlə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonağa Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik həyatına ciddi təsir göstərməsindən məlumat verib. Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Tərtər RİH-də RAYON RƏHBƏRİNİN SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır

    782f9f2e9a801e0784af495412de2ac3Изображение 040Qarağacı Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar
    görüş-qəbulu təmas xəttində yerləşən Qarağacı kəndində keçirilib.
    Tədbirdə əvvəlcə Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev, Sabir Qədirov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirib, pay torpaqlarının və örüş sahələrinin məcburi köçkünlər tərəfindən zəbt olunması, əkin sahələrinin suvarılması üçün yeni subartezan quyularının qazılması, Qarağacı kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyac olması ilə bağlı müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    c08f321055e4bfeb38ce874783d67703Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təçkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq 28 May Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanun-çuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tari-xi müddətdən sonra bərpasından danışıb. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər POLİS İŞÇİLƏRİ MƏKTƏBLƏRDƏ üçün şərhlər bağlıdır

    Изображение 056Изображение 058Polis əməkdaşlarının narkomaniya, erkən nikahlar və dini radikalizmlə bağlı budəfəki görüşü Qazyan kənd tam orta məktəbində keçirildi. Tədbirə Hüsənli kənd tam orta, Qazyan və Qaynaq kənd ümumi orta məktəblərinin şagird və müəllim kollektivləri dəvət olunmuşdurlar.
    Görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov açdı və tədbirin mahiyyəti barədə məlumat verdi. Sonra Tərtər Rayon Polis Şöbəsi rəisinin müavini Əfqan Qurbanov mövzu ilə bağlı ətraflı məruzə etdi. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Təhsil MƏHƏMMƏD FÜZULİ GECƏSİ üçün şərhlər bağlıdır

    20170516_114456Bu günlərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində VI-A sinfinin müəllimi Vəsilə Müseyibovanın rəhbərliyi ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.
    Tədbir Şövkət Ələkbərovanın ifasında Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəlinə yazılmış “Füzuli kantatası” ilə başladı. Şagirdlərdən M.Hüseynzadə, M.Şirinzadə, M.Əliyev, F.Babazadə və U.Məmmədova Məhəmməd Füzulinin qəzəllərini söylədilər.
    Əməkdar müəllim Fazilə Kərimova öz çıxışında belə ədəbi gecələrin gənc nəslin tərbiyəsində müstəsna rolunu qeyd etdi.

    Ziyafət Rüstəmova ,
    məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

    Teqlər: