1 iyun 2017-ci il tarixə Tərtər rayonunda 8872 hektar yazlıq bitkilər səpilmişdir. Onun 3123 hektarı pambıq, 1541 hektarı şəkər çuğunduru, 1632 hektarı dən üçün günəbaxan, 1065.8 hektarı müxtəlif növ tərəvəz, 498 hektarı kartof, 284 hektarı dən üçün qarğıdalı, 635.4 hektarı çoxillik yem bitkiləri, 34.9 hektarı darı, 11.2 hektarı soya, 9 hektarı lobya, 7 hektarı bostan bitkiləri, 7.7 hektarı noxud, 1 hektarı qarabaşaq, 22 hektarı yem üçün sorqo olmuşdur. 2016-cı ilə nisbətən yazlıq bitkilərin əkini 48,7 faiz, o cümlədən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, dən üçün günəbaxan əkini 77,8 faiz, müxtəlif növ tərəvəz əkini 16,1 faiz, dən üçün qarğıdalı əkini 85,6 faiz, bostan bitkilərinin əkini 40 faiz artmışdır.
Tərtər Rayon Statistika İdarəsi