Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    94d6840c882a446ba20fcf2071fdbb3fDSC_0839Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan İngiltərənin “Janes” jurnalının foto muxbiri Georg Maderlə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonağa Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik həyatına ciddi təsir göstərməsindən məlumat verib. Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400-ə yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. Mülki şəxslərdən 3 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib.
    Sonra qonaq Tərtər şəhərində yeni tikilib istifadəyə verilmiş uşaq-gənclər şahmat məktəbinin foyesində “Rəşadətli Azərbaycan Ordusu” adlı fotostendə baxıb, erməni artilleriyasının atəşi nəticəsində dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olub, vətəndaşlarla görüşüb, sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində və Şıxarx qəsəbəsində olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.