12Apr
AQRAR YÜKSƏLİŞ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİDİR
Son illər kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən islahatlar bu sahədə çalışan insanların zəhmətinin səmərəliliyinin artırılmasına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə təkan vermişdir. Tərtər rayonunda da aqrar sektorda işlər günü-gündən inkişaf edir. Nəticədə istehsal olunan məhsullar nəinki rayonda, eləcə də paytaxt bazarlarında həvəslə alınır. Hazırda tərtərli sahibkarlar xarici bazarlara məhsul çıxarmaq üçün yeni layihələr hazırlayır, bu məqsədlə əkin sahələrini genişləndirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar rayonumuzda uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
12Apr
İSLAHATLAR ÖZ SƏMƏRƏSİNİ VERİR
Ümumdünya Səhiyyə Təşkilatı-Səhiyyə Təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.
Üzv dövlətlərin sayı 190-dır. Ümumdünya Sağlamlıq Təşkilatının əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
Dərin təfəkkürə malik olan Ümummilli Liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da, Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Daha ətraflı »
Teqlər: Səhiyyə
12Apr
Yəqin oxucularımızın əksəriyyəti cavab verəcək ki, indi onları cizgi filmləri əvəz edib. Uşaq hələ dil açmamış, başlayır bu filmlərin təsiri altında böyüməyə. Bəzən mentalitetimizə uyğun gəlməyən belə tərbiyə vasitəsi körpələrin çox kövrək psixologiyasına öz dağıdıcı təsirini göstərir.
Sonra başlayırıq təəccüblənməyə: “Axı, bu uşaq niyə belə əsəbidir?” Əlbəttə, dövr, zaman dəyişib və bəzən cizgi filmləri də uşaqlara müsbət vərdişləri aşılayır. Amma bu o zaman olur ki, televiziya qarşısında oturmaq balacalardan ötrü adət halına çevrilməsin.
Bəs nənələr? Onlar unudulubmu? Əlbəttə, yox. Nənələr bütün dövrlərdə olduğu kimi yenə də nəvələrdən ötrü sirli-sehirli dünyadır. Onlar nə qədər qayğılı olsalar da, nəvələrin saysız-hesabsız suallarına cavab verməyə həmişə hazırdılar. Nənələrin nağılları da tükənməyib. Təki onları yada salan, dinləyən və sevən olsun!
Svetlana Bağırova
Teqlər: Digər
12Apr
Su həyat mənbəyidir. Kənd təsərrüfatında da, meşə sahələrinin mühafizəsində də su xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə əlaqədar olaraq verdiyi tapşırıqlar biz suvarma sistemləri idarəsinin kollektivinin də məsuliyyət hissini qat-qat artırıb.
Ötən il idarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı su-bartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İncəçayın altında yerləşir.
İl ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən ayrılmış həmin vəsait hesabına 20 ədəd hidropost və beton kanallar təmir edilmişdir.
İlin yay fəslində mənfur qonşularımızın Sərsəng dəryaçasından suyun qabağını qəsdən kəsmələri işimizə mane olsa da, çalışırıq ki, su itkisinə yol verməyək. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
12Apr
“Nənə” sözünü eşidəndə ağlımıza gələn, bütün sevgisi, şirinliyi ilə könlümüzü oxşayan, gözlərimiz önündə canlanan öz nənələrimiz olur: Valideynlərimizin anaları. “Böyük ana” da deyirlər çox vaxt onlara. Nənə ucalığına gedən yol sevgidən, mərhəmətdən keçər. Hər dəfə nənələrin əlləri nəvələrin üzərində gəzdikcə məst olurlar, şirin-şirin yuxulara dalırlar.
“Dövlətdə dəvə, övladda nəvə,” –deyib babalarımız.
Nənə üçün nəvədən əziz, şirin heç nə yoxdur.
Folklorumuzun böyük bir hissəsini nənələrin öz nəvələrinə düzüb qoşduqları laylalar, bayatılar, oxşamalar təşkil edir. Nənələr olan evdə nəvaziş olar.
Bəzən nəvələr nənə-babalarından kənarda yaşasalar da, vaxt tapan kimi yanlarına qaçırlar. “Nənəmgilə gedirik,”–deyirlər. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar