Yəqin oxucularımızın əksəriyyəti cavab verəcək ki, indi onları cizgi filmləri əvəz edib. Uşaq hələ dil açmamış, başlayır bu filmlərin təsiri altında böyüməyə. Bəzən mentalitetimizə uyğun gəlməyən belə tərbiyə vasitəsi körpələrin çox kövrək psixologiyasına öz dağıdıcı təsirini göstərir.
Sonra başlayırıq təəccüblənməyə: “Axı, bu uşaq niyə belə əsəbidir?” Əlbəttə, dövr, zaman dəyişib və bəzən cizgi filmləri də uşaqlara müsbət vərdişləri aşılayır. Amma bu o zaman olur ki, televiziya qarşısında oturmaq balacalardan ötrü adət halına çevrilməsin.
Bəs nənələr? Onlar unudulubmu? Əlbəttə, yox. Nənələr bütün dövrlərdə olduğu kimi yenə də nəvələrdən ötrü sirli-sehirli dünyadır. Onlar nə qədər qayğılı olsalar da, nəvələrin saysız-hesabsız suallarına cavab verməyə həmişə hazırdılar. Nənələrin nağılları da tükənməyib. Təki onları yada salan, dinləyən və sevən olsun!
Svetlana Bağırova