Ötən ay Saatlı rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində ölkə başçısı ətraflı nitq söyləmiş, bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdur. Həmçinin görülmüş işlər ətraflı müzakirə olunmuş və yeni tapşırıqlar verilmişdir.
Bununla bağlı bu günlərdə rayon Gənclər Mərkəzində müşavirə keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, aidiyyəti təşkilatların rəhbərləri, şəhər və kənd bələdiyyə sədrləri, sahibkarlar ağsaqqallar, gənclər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Yığıncağı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Aprel döyüşlərində şəhid olmuş vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon rəhbəri məruzə ilə çıxış etdi. Bildirdi ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin son müşavirədə qeyd etdiyi kimi, pambıqcılığın inkişafı ölkəmizdə prioritet sahə sayılır. Daha ətraflı »
-
12AprTərtər RİH-də PAMBIQÇILIĞIN İNKİŞAFI AKTUAL MƏSƏLƏDİR üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
12AprDigər SƏDAQƏTLƏ YAŞANMIŞ MƏNALI ÖMÜR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə oranı bitirib.
1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Daha ətraflı »Teqlər: Digər
-
12AprDigər RAYONUMUZUN TARİXİNDƏ İZİ QALANLAR üçün şərhlər bağlıdır
İŞIQLI İNSAN
El hörmətini qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.
İnsanların da işıqlısı, nurlusu olur – ay kimi, ulduz kimi… Bir var bu işıq, bu nur insanın üz izindən, mənəvi dünyasından gəlir, bir var ömür dediyimiz göz qırpımı müddətindəki bir yaşantıda qazanılır.
Mən Zülfüqar Abdullayev şəxsiyyəti haqqında düşünəndə həmişə gözlərimin önünə bir işıq, bir nur seli gəlir. Bu adam bütün varlığı ilə, yəni təpədən-dırnağa ziyalı, işıqlı, nurlu adamdır. Onun daxili dünyası, mənəvi aləmi kimi üzündən də, gözlərindən də nur tökülür. Həm də Zülfüqar müəllimin şəxsi həyatından ötən illərdəki əməllərində də ziya seli var. Daha ətraflı »Teqlər: Digər
-
12AprXəbərlər TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir. Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə əsasən məcburi köçkünlər olmaqla 2 minə yaxın işçi çalışır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
12AprXəbərlər ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ FƏRDİ YAŞAYIŞ EVLƏRİ VERİLİB üçün şərhlər bağlıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
12AprXəbərlər AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARINI YAD ETDİLƏR üçün şərhlər bağlıdır
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Əvvəlcə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxılıb. Sonra Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib və soyqırımla bağlı ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, YAP rayon təşkilatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin ikinci sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
12AprDigər APREL HADİSƏLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır
AZƏRBAYCAN ORDUSUNUN ZƏFƏR YÜRÜŞÜ
Ötən ilin aprelində ayın 1-dən 2-nə keçən gecə və bundan sonrakı günlər ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Bunun nəticəsində əsgərlərimizlə yanaşı mülki əhali arasında da ölən və yaralananlar oldu, yaşayış məntəqələrinə ciddi ziyan dəydi.
Təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində əks hücum tədbirləri həyata keçirildi. Nəticədə erməni silahlı birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad edildi. Daha ətraflı »Teqlər: Digər
-
12AprDigər “İGİD ÖLƏR ADI QALAR” üçün şərhlər bağlıdır
Atəşkəsdən bəri heç də dinc dayanmayan erməni silahlı dəstələri, zaman-zaman təxribata əl ataraq cəbhəyanı kənd və qəsəbələrə, dinc sakinlərə tez-tez atəş açır, onları qətlə yetirir, yaralayır və ya əlil edir, evləri iriçaplı silahlarla yararsız hala salırdılar. Hətta bu səpkidə çirkin əməlləri o yerə çatdırdılar ki, uşaq oyuncağının içərisinə partlayıcı qurğu yerləşdirib su vasitəsilə Azərbaycan ərazisinə axıtdılar, bu riyakarlıqdan xəbərsiz olan kiçik yaşlı Tovuz sakini bu oyuncağı tapıb oynayarkən qurğu partladı və qızcığaz faciəli şəkildə həlak oldu.
Həmçinin, 8 Mart Qadınlar bayramı günündə erməni snayperçısi namərdcəsinə atəş açaraq öz həyətlərində azyaşlı Ağdam sakini Farizi şəhid etdi və erməni qəddarlıqlarını bütün dünyaya bir daha sərgiləmiş oldu.
Bütün bu cinayətlərin qarşısında rəşadətli Ordumuz səbr edərək atəşkəsə ciddi riayət edir, “bəlkə ağılları başlarına gələr” – deyə, münaqişəni sülh yolu ilə həll etməyə çalışırdılar. Daha ətraflı »Teqlər: Digər
-
12AprXəbərlər “RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin doqquzuncu sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel savaşında Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı vuruşaraq əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirdi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bu gün möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Ordusunun təkcə regionda deyil, uzun tarixə malik dövlətlərin orduları arasında da qabaqcıl yerlərdən birinə sahib olmasından, ordumuzun hər an düşmən tapdaqları altında olan torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizəyə hazır olmalarından danışdılar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
12AprDigər 2 APREL 1993-cü il KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır
“KAŞ YUXULARIM ÇİN OLA!”
Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan rayonlarından biri də uca dağlar qoynynda qərar tutan Kəlbəcərdir. Son bir neçə ildir ki, aprel ayı başlayanda böyük ürək ağrısı ilə həmin işğal tarixini qeyd edirik.
Yaşı səksəni haqlamış, üz-gözündən nuranilik yağan Xublar nənə və oğlu Əsgər Hüseynovla üz-üzə oturub söhbət edirik. Xublar nənəgilin ailəsi Kəlbəcərin Sarıdaş kəndindəndi.
Sarıdaşın tarixi çox qədimdi, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına qədər piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu… Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar