16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edil-diyi gündür.
Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra–1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.
Ulu Öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılmışdır. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır.
-
08NoyDigər 16 NOYABR YUNESKO-nun TƏSİS EDİLDİYİ GÜNDÜR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
08NoyDigər AZƏRBAYCANIN MİLLİ DİRÇƏLİŞ GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycanın Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olunmuşdur. Bayramın tarixi isə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan meydan hərəkatı ilə bağlıdır. O zaman Bakının əsas meydanı olan Lenin adına, indiki Azadlıq meydanında Ermənistanın torpaq iddialarına, SSRİ hökumətinin bu iddialara dolayı yolla dəstək verməsinə və Azərbaycan rəhbərliyinin bu məsələdə qətiyyətsiz mövqeyinə etiraz əlaməti olaraq başlanan tələbə hərəkatı ümummilli mitinqlərlə nəticələndi. Bu mitinqlərdə milyonlarla insan iştirak edirdi.
Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qo-şunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı tarixdə görünməyən cinayət törədildi. Dinc insanlara ağır texnikadan və odlu silahlardan atəş açıldı. Lakin bütün bunlar xalqımızın müstəqillik, azadlıq əzmini qıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.Teqlər: Digər
-
08NoyDigər UCALARDAN UCA BAYRAĞIM üçün şərhlər bağlıdır
Müstəqil dövlətin rəmzlərindən biri də onun bayrağıdır. Üçrəngli ay-ulduzlu bayrağı.
Bayrağımızın yaşı müstəqil Azərbaycanımızın yaşı ilə ölçülür. İlk dəfə 1918-ci il Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul edilib. Cəmi 18 ay dalğalanıb. 1920-ci ilin 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilhaq edilib. 70 il ərzində tabeliyində olduğumuz bir dövlətin rəmzlərinə hörmət etmək məcburiyyətində qaldıq. 1989-cu ildə isə üçrəngli bayrağımız yüz minlərlə insanların iştirak etdikləri meydan hərəkatında insanların əllərində görünməyə başladı. O zamanlar həmin bayraqları evlərdə analarımız tikib hazırlayırdılar.
Əllərində üçrəngli bayraq, ürəklərində vətən eşqi, vətən məhəbbəti, dillərində azadlıq, istiqlal sözləri olan insanlar yaxşı bilirdilər ki, yenidən dövlətimiz, xalqımız öz müstəqilliyinə qovuşacaq.
1990-cı ilin noyabrında Ümummilli Lider Heydər Əliyevin böyük fədakarlığı sayəsində üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-dən etibarən müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi dalğalanmağa başlayıb.
Hələ zamanında Əlibəy Hüseynzadə bayrağın 3 rəngini 3 ideyanın vəhdəti kimi xarakterizə edirdi: türkçü-lük, müasirlik, islamçılıq. Daha ətraflı »Teqlər: Digər
-
08NoyXəbərlər MƏDƏNİYYƏT İŞÇİLƏRİ REDAKSİYAMIZIN QONAĞI OLDULAR üçün şərhlər bağlıdır
Redaksiyamızda şair–publisist Tofiq Yusiflə mədəniyyət işçilərinin rəsmiyyətdən uzaq, səmimi bir görüşü baş tutdu. Tofiq müəllim keçdiyi ömür yolu, yaradıcılığı barədə məlumat verdi. Rayonumuzda yaşayan və yaradıcılıqla məşğul olan çox istedadlı adamların adlarını çəkdi. Onların rayon əhalisinə tanıdılmasının vacibliyini qeyd etdi. Özünün çox duyğulu bir şeirini oxuyub, hamını kövrəltdi.
MKS-in direktoru Ulduzə Qurbanova bildirdi ki, Tofiq müəllimin həm poeziyası, həm də nəsr əsərləri geniş təbliğ olunmalı, gənc nəslə çatdırılmalıdır.
Bu kitablarda güclü vətənpərvərlik hissi, təbiətə vurğunluq və əlbəttə, hər bir şairin yaradıcılığında olduğu kimi, sevgi var ki, bunları da müasir gənclərimizə aşılamaq vacibdir.
Sevda İskəndərova da Tofiq Yusif yaradıcılığı haqqında səmimiyyətlə danışdı. Bildirdi ki, onların ailəsində Tofiq müəllimi həm şair , həm də insan kimi sevir, onun kitablarını oxuyur, yeni publisist yazılarını səbirsizliklə gözləyirlər.
Beləcə bu gözlənilməz görüş hamının yaddaşında kövrək xatirələrlə qaldı.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08NoyXəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR: “MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIQ” üçün şərhlər bağlıdır
Bərabər imkanlar Mərkəzi İctimai Birliyi rayonumuzda “Mədən sənayesində şəffaflıq” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Birliyin nümayəndələri Rafiq Təmrazov və Taleh Əliyev Azərbaycanda neft hasilatının keçmişi və bu günü, həmçinin bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu cür tədbirlərin həyata keçirilməsi nəticəsində hökumətin vətəndaşların adından idarə etdiyi gəlirlər barədə ictimaiyyətə məlumatlar açıqlanır və bununla hesabatlılıq daha da artırılır.
Tədbir açıq diskussiya şəklində keçmiş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08NoySosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNUN ƏSAS SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır
Kənd təsərrüfatı. 2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 43 milyon 252,9 min manat təşkil etmişdir ki, onun 16 milyon 27,5 min manatı heyvandarlıq, 27 milyon 225,4 min manatı bitkiçilik məhsulları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 3,2 faiz artmışdır.
Sənaye. 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye sahəsinin təsərrüfat subyektləri tərə-findən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq 3 milyon 511,6 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 8,4 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 25 faizi sənaye mallarının (əmtəələrin), 75 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
08NoyKənd təsərrüfatı Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə üçün şərhlər bağlıdır
YÜKSƏK KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI BİTKİLƏR Ə AQROTEXNİKİ VƏ KİMYƏVİ QULLUQDAN KEÇİR
Kənd təsərrüfatı məhsullarının istehsalı insanların ətraf mühitə birbaşa təsiri ilə bağlı olub, təbii mühitin dəyişməsi, ekoloji tarazlığın pozulması ilə müşahidə edilir. Kənd təsərrüfatı istehsalı ilə bağlı yaranan ekoloji problemlərin həlli ətraf təbii mühitə təsirlərin minimuma endirilməsini və onun müxtəlif səbəblərdən çirklənməsinin qarşısının alınmasını tələb edir. Bu istehsalın zəruri tərkib hissəsi olan kimyalaşma və xüsusilə bitki mühafizə işləri daha böyük xüsusi çəkiyə malikdir. Kimyəvi mübarizə üsullarından, xüsusən də, mineral kübrələrdən istifadə etmədən yüksək və sabit kənd təsərrüfatı məhsulları istehsal etmək mümkün deyil. Lakin kənddə yaşayan torpaq və əmlak payı almış əhalinin böyük əksəriyyəti peşə vərdişlərinə malik olmadığından, bitkilərə ziyan vuran zərərverici və xəstəliklərə qarşı mübarizədə istifadə olunan üsulların, vasitələrin və dərman maddələrinin tətbiqində çətinlik çəkirlər. Kimyəvi mənşəyi, təsir mexanizmi və s. məlum olmayan belə preparatların tətbiqi müəyyən ekoloji problemlər yaradır, ətraf mühitin çirklənməsinə səbəb olur.
Ümumiyyətlə, hər hansı bir kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilərin vaxtında aşkar olunması onun mübarizə üsulunu asanlaşdırır. Cari ildə siçanabənzər gəmiricilərin sirayətlənmə faizi həddən artıq yüksək olmuşdur və nəticədə bunlar kütləvi surətdə artmışdır. Siçanabənzər gəmiricilərlə mübarizənin ən optimal vaxtları payız və qış aylarıdır. Bu mübarizə kütləvi hal almalıdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı Aktual sahə:pambıqçılıq üçün şərhlər bağlıdır
YIĞIM SÜRƏTLƏNİR
Əski Sovetlər dönəmində kəndimizin adı pambıqçılıq sahəsində həmişə qabaqcıllar sırasında çəkilərdi. Sonralar təsərrüfatın bir sıra sahələri kimi pambıqçılığa da maraq azaldı. Daha doğrusu, bu sahə tamamilə unuduldu.
Ancaq son iki ildir ki, pambıqçılığa münasibət dəyişib. Elə bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əlıyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda respublika müşavirəsi keçirildi. Ölkə Prezidentinin pambıqçılığın inkişafına xüsusi önəm verməsi bu sahədə çalışan insanların işə olan həvəsini birə on qat artırdı.
Bizim kəndin fermer və ailə -fermer təsərrüfatlarının üzvləri ötən il 30, bu il isə 65 hektar sahədə pambıq becəriblər. Fermerlərdən Asif İbrahimov və Azad Məhərrəmov hər biri ayrı-ayrılıqda 3 hektar, Süleyman Qasımov 3,5 hektar sahədə “ağ qızıl” becəriblər. Tarlalarda becərmə, suvarma işləri normal keçirildiyindən sahələrdə bol məhsul əmələ gəlib. Artıq bir neçə gündür ki, sahələrdə pambıq yığımı sürətlənir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı TƏSƏRRUFATIN GƏLİRLİ SAHƏSİ:TİNGÇİLİK üçün şərhlər bağlıdır
Yaşadığımız Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üç kəndi–Ələsgərli, Bayandur və Yenikənd kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 3 min nəfərə yaxın əhali var. Bundan başqa, ərazidə 250 nəfər də qaçqın və məcburi köçkün məskunlaşıb. Həmin insanlar da yerli camaata qaynayıb-qarışıblar.
Kənd camaatının əsas məşğuliyyəti tingçilik (elə buna görə də rayonumuzda hamı bizim kəndləri, xüsusən də Ələsgərlini yaxşı ting becərən bir kənd kimi tanıyır), calaq-çılıq və heyvandarlıqdır. Burada torpağı sevən, ona ürəkdən bağlanan, ailəsinin dolanışıq xərclərini buradan çıxaran əmək adamları çoxdur. Bu yazımızda onlardan biri– tingçi-calaqçı Əbil Əliyevdən söhbət açacağıq. Əbil ting əkib becərməyi, sonra bunları calayıb təkcə Tərtər camaatına deyil, ölkəmizin digər regionları ilə yanaşı, Rusiya Federasiyasına, İrana, Türkiyəyə çalaq tinglər satmağı atası Məhəmməd kişidən öyrənib. Ona bu işdə ailə üzvləri ilə birlikdə kənddəki calaqçılardan Zakir Quliyev, Mövsüm Məmmədov, Brilyant Əliyeva, Məryəm Hüseynova, Lətifə Zöhrabova kömək edirlər. Hər il onlar 45-50 min ting calayıb satışa çıxarırlar. Həmin calaq sortlar─alma, armud, şaftalı, eləcə də xan çinarı, Eldar şamı, kiparis və müxtəlif gül kolları da satışa çıxarılır.
Əbilin ailə üzvləri ilə yanaşı onunla birlikdə çalışan 20 nəfərdən çox calaqçı həmin sahədən gəlir götürür, ailə-lərinin dolanışıq xərclərini təmin edirlər.
Budur, ilin payız fəsli başlayıb. Bu təsərrüfatda ting satışına hazırlıq görülür.Kamran Əhmədov,
Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəTeqlər: Kənd təsərrüfatı
-
08NoyKənd təsərrüfatı İŞƏ HƏVƏS ARTIB üçün şərhlər bağlıdır
Yaşadığımız Azadqaraqoyunlu kəndində fermer və ailə-fermer təsərrüfatlarının üzvləri son illər müxtəlıf kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə diqqəti xeyli artırmışlar.
Elə mən özüm də əvvəlki illərdən fərqli olaraq bu il 10 hektar sahədə pambıq, 8 hektarda şəkər çuğunduru və 4 hektarda arpa əkmişəm. Kənd təsərrüfatı bitkilərinin becərilməsində öz ailə üzvlərimizlə yanaşı həm öz kəndimizdən, həm də qonşu kənd-lərdən insanlar iştirak edirlər. Bütün mövsüm ərzində bu insanlar tarlalarda bitkilərin becərilməsi ilə məşğul olur və ailə büdcəsini möhkəmləndirirlər.10 hektar pambıq sahələrinin 8 hektarında birinci üz pambıq yığımı başa çatıb.
Qəbul məntəqəsinə birinci üzdən 27,6 ton “ağ qızıl” təhvil vermişik. Özü də pambığı maşınla toplayırıq. Müasir pambıqyığan maşının sürücü-mexaniki Rabil Məmmədov bu işdə bizə yaxından köməklik edir. O çalışır ki, gərgin zəhmət hesabına hasilə gətirdiyimiz məhsul itkisiz toplansın. Arpa sahəsinin hər hektarında 35 sentner məhsul götürdük. 8 hektar şəkər çuğunduru sahəsindən isə İmişlidəki şəkər zavoduna 50 ton keyfiyyətli məhsul təhvil verdik.
İndi pambıq tarlalarında yığım davam edir. Məqsədimiz maşınla yığım başa çatandan sonra sahədə qalan məhsulu son qozasınadək əllə toplayıb itkiyə yol verməməkdir.
Torpaq kəndliyə qaytarılandan sonra onun becərilməsinə həvəs artıb.
Növbəti ildə əkin sahələrini daha da genişləndirəcəyikNatiq Əliyev, Azadqaraqoyunlu kəndində fermer
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar