28Noy
“CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR”
Qadınlara kişilərlə bərabər hüquqlar verilib
Qədim zamanlardan Azərbaycanda qadına hörmətlə yanaşılıb. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.) deyib: “Cənnət anaların ayaqları altındadır”. Tomris, Sara xatun, Tutibikə kimi qadınlar öz əməlləri ilə tariximizin qızıl səhifələrini yazıblar.
Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən seçkilərdə iştirak etmək hüququnun verilməsi olub.
Hətta 70 il Sovetlər birliyinin tərkibində yaşayanda belə elmin, mədəniyyətin, digər sahələrin nümayəndələri olan Azərbaycan qadınları dərin zəkaları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə təkcə SSRİ məkanında deyil, bütün dünyada şöhrət qazanıblar.
Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahə üzrə Azərbaycan hökuməti, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına,” 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya qoşulmuşdur. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Nisgilli bir payız günüydü… Hava elə yuxalmışdı ki, sanki göylər yağışa-yağmura dönüb, büsbütün yerə töküləcəkdi. Ətrafı duman da bürümüşdü. Elə bil dünyanın yuxalığını, göylərindən axan göz yaşlarını insanlardan gizlətmək istəyirdi ki, onun ağlamağını heç kəs görməsin. Bu göz yaşları ana təbiətin öz şair öğluna görə, bir az da elə təbiətin özünə bənzər təlatümlü bu narahat balası üçün tutduğu yasda göynəyə-göynəyə, sızıldaya-sızıldaya tökdüyü göz yaşlarıydı. Bələnmişdim dünyanın bu ağısına, təpədən-dırnağa dolmuşdum, bir himə bənd idim ki, gözlərimin yaşı yanağımdan sellənsin. Özümü hönkürməkdən zorla saxlayırdım. Kim deyir ki, kişilər ağlamamalıdır? Bu necə insafsız təkiddir?! Bəs onda mənim bugünkü günümdə olan kişilər belə məqamda nə etməlidirlər? İnfarktmı keçirməlidirlər?!
…Ensiz, sürüşkən yollar payızın bu yağmurlu, nisgilli günündə bizi çılpaq dağların qoynunda yerləşən ucqar və qərib bir qəbiristanlığa aparırdı. O yerlərə birinci dəfə idi ki, gedirdim. Qəribə hisslər bürümüşdü məni. Kövrək duyğuların leysanında islanmışdım. Özümdən baş aça bilmirdim. Bizimlə həmdərd və həm-yoldaş olan qələm dostumuz, vəfalı bir insan Mahirə xanım İspiqızının bələdçiliyi ilə Gəncədən üzü Kəpəzə doğru yola başlamışdıq. Mahirə xanımın da təbiəti bu payızın havası kimi çox kövrəkdi və intizarla doluydu. Dindirmək mümkün deyildi, varlığı bir anda göz yaşına çevrilə, yanağı aşağı elə sellənərdi ki, adam özünü itirərdi. Düşünərdi: “İlahi, birdən bu xanım göz yaşına dönüb axar, tükənər!” Daha ətraflı »
Teqlər: Digər
28Noy
QÜRUR HİSSİ KEÇİRİR
Torpaqlarımızın bütövlüyü uğrunda erməni quldurlarına qarşı vuruşub sağlamlığından keçən gənclərimizindən biri də Rafiq Fərhad oğlu Ağayevdir. Rafiq Ağayev 1966-cı ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Tərtər texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. 1984-86-cı illərdə Belorusiyanın Minsk şəhərində serjant rütbəsində xidməti borcunu yerinə yetirib. 1990-cı ildə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunub.
Rafiqin ilk döyüş yolu Tərtərə ən yaxın olan Marquşevan kəndindən başlayıb. Oranın erməni quldurlarından təmizlənməsində digər polis əməkdaşları ilə birlikdə döyüşlərdə yaxından iştirak edib.
O, Marquşevana ikinci həmlə zamanı baş nahiyyəsindən ağır yaralanıb. Bərdə və Bakı şəhərlərində 6 ay müalicə olunduqdan sonra 2-ci qrup əlil kimi xidmətdən azad edilib. Sonra ölkənin müxtəlif şəhərlərində müalicəsini davam etdirib. Qayıdandan sonra fərdi əməklə məşğul olur. Ailəlidir, iki övladı var. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşularkən başından aldığı ciddi yara onu 2-ci qrup əlil etsə də Marquşevanın erməni quldurlarından azad olunması onu daim sevindirir. Sevindirir, çünki vətən torpağının nəinki böyük bir kəndinin, eləcə də bir qarışının belə erməni dığalarından təmizlənməsi böyük şərəfdir. Buna görə də əlil olsa da, qoşulduğu mübarizədən daim qürur hissi keçirir.
Mirzə Nəsir
Teqlər: Digər
28Noy
ASTMA
4 cay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gecəni saxlayırlar və süzürlər.Ondan gündə 3 dəfə 1/2 stəkan icirlər. Bu bitkinin çiçəklərini də istifadə etmək olar: 2 xörək qaşığı çiçəyin üzərinə ev temperaturunda 2 stəkan su tökərək 1 saat saxladıqdan sonra süzürlər. Ondan gundə 3- 5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gundə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Teqlər: Səhiyyə
28Noy
Dəmrovotu otundan 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gundə 2 dəfə səhər və axşam yeməyə İ5-20 dəqiqə qalmış 1/4-1/2 stəkan icmək lazımdır.
Aprel-may aylarında cavan ciyirtkanı ustdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar, 1 litrlik bankaya yığırlar və uzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn covhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə verirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmcinin sakitləşdirici bir dərmandır.
Teqlər: Səhiyyə
28Noy
1 cay qaşığı xırdalanmış marena kökunun uzərinə 1 stəkan soyuq su tökurlər. 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda içirlər.
Teqlər: Səhiyyə
28Noy
10 q zirəni 1 stəkan qaynar suda saxlayırlar. Ondan gündə 1 xörək qaşığı 3-5 dəfə bağırsaq atoniyasında qəbul edirlər. Buna bənzər hallarda 1 q zirə toxumunun tozunu gündə 2-3 dəfə icirlər.
Teqlər: Səhiyyə
28Noy
Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət təsir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur.
Teqlər: Səhiyyə
24Noy
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.
Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq daimi elmi seminarın fəaliyyətini yüksək qiymətləndirib, seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.
Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədri Etibar Nəcəfovun moderatoru olduğu, Akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb: “İclasın gündəliyində Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb”. Daha ətraflı »
Teqlər: Digər
18Noy
BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ QEYD OLUNUB
YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul olunmuş qərarına əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir.
Bu münasibətlə rayonumuzdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar