Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt
    Kənd təsərrüfatı “AĞ QIZIL” XALQIN SƏRVƏTİDİR üçün şərhlər bağlıdır

    223“Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi bunun, həm insanlara, həm də dövlətə böyük xeyri olacaq.”
    Fikrimi cənab Prezidentimiz İlham Əliyevin Sabirabad rayonunda keçirilmiş zona müşavi-rəsindəki nitqində söylədiyi sözlərlə başlamağım təsadüfi deyildir,
    Mən uşaqlığımı kənddə pambıq tarlalarında keçirmişəm. Onun becərilməsinin, yığılmasının, ailələrə gətirdiyi sevincin şahidi olmuşam. Çöllərimizin “ağ qızıl”ının evlərimizə gətirdiyi bin-bərəkətin bəhrəsini görmüşəm.
    Kolxoz quruculuğu dövründə pambıqçılıq briqadiri işləyirdim. 1996-cı ildən torpaqlar paylanandan sonra fermer təsərrüfati ilə məşğul oluram. Hər il 4 hektardan yuxarı pambıq sahəsi əkib becərirəm. Doğrudur, əvvəllər bəzi çətinliklərimiz olurdu. Artıq bir neçə ildir dövlətimiz tərəfindən köməklik göstərildiyindən, bu çətinliklər arxada qalıb. Şəraitimiz üçün əlverişli olan daha məhsuldar toxum sortlarından alıb əkirik. Becərilməsində lazım olan gübrələrdən maksimum dərəcədə istifadə edirik. Yığım zamanı texnikadan lazımınca istifadə etməyə çalışırıq. Hər şeydən əvvəl pambıq əkinindən istifadə etmək kənd əhalisinin yaşam tərzinə öz müsbət nəticəsini göstərir. Ən azı 20-25 ailənin do-lanışığının normal ol-masına kömək edir. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Kənd təsərrüfatı MƏHSULUMUZ BOL, İŞİMİZ ÇOX OLSUN! üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-274Cari pambıq mövsümündə bizim məntəqənin kollektivinin də üzü gülür. Ona görə ki, pambıqçılıq sahəsində uzun illər hökm sürən durğunluq tədricən aradan qaldırılır. Xüsusən Azərbaycan Prezidenti İlham Əlıyevin Sabirabad rayonunda keçirdiyi müşavirədən sonra Tərtər pambıqçılarının da məsuliyyəti birə-beş artıb. Bütün qüvvələr məhsulun tarlalardan vaxtında yığılmasına yönəldilib.
    Əgər ötən mövsümdə təsərrüfatlardan cəmi 358 ton “ağ qızıl” qəbul etmişdiksə , hal-hazırda bu rəqəm fiziki çəkidə 113,26 ton təşkil edir. Maşınla yığıma isə hələ yeni başlanıb. Texnika tam qüvvə ilə işləyəndən sonra gündəlik təhvil verilən məhsulun miqdarı artacaq.
    Rayonumuzda elə təsərrüfatlar var ki, artıq bu ildən pambıq əkini sahələrini genişləndirmişlər. Bunlar Qazyan, Qaynaq,Əskipara, Güləbatlı və Sarov kəndlərinin fermerləridir. Gələn mövsümdə isə pambıqçılıq sahəsinə diqqət daha da artırılacaq. Bu, həm əhalinin gəlirlərinə müsbət təsir göstərəcək, həm də sosial problemlərin həllinə, xüsusən əhalinin işlə təmin olunmasına kömək edəcək.
    Bu mövsümdən başlayaraq bizim məntəqədə də işçilərin sayı artıb. Hər kəs arzulayır ki, məhsulumuz bol, işimiz çox olsun.
    İnsanlar pambıqçılıq sahəsində əvvəlki ənənələrin bərpa edilməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
    Onu da qeyd etmək istəyirəm ki, mövsüm başlamazdan əvvəl məntəqədə bütün hazırlıq işlərini başa çatdırmışdıq. Ona görə də işimizdə heç bir çətinlik yoxdur.

    Fəqani Babışov,
    CTS Agro MMC-nin
    Tərtər Pambıq İstehsalı və Tədarükü
    Məntəqəsinin direktoru

    Teqlər:

  • 07Okt
    Milli-mənəvi dəyərlər İSLAMDA ÖVLAD TƏRBİYƏSİ üçün şərhlər bağlıdır

    12tiMehriban və Bağışlayan Allahın adı ilə!
    Bəşəriyyətə göndərilmiş dinlərin ən sonuncusu olan islam dini demək olar ki, həyatın bütün sahələrinə öz töfhəsini vermişdir. İstər yemək qaydaları olsun, yaxud qohumluq-qonşuluq və ya hər hansı bir ictimai əlaqələr. Bunların içərisində ailəyə aid olan qanunlar daha çox diqqət çəkir. Dinimizdə kişi-qadın, valideyn-övlad, böyük-kiçik münasibətləri ən çox önəm verilən məsələlərdəndir. Müqəddəs Kitabımız Quranda övladlara tövsiyə və göstəriş verilir ki, valideynlərinizə “uf” belə deməyin, onlar üçün Allahdan bağışlanma diləyin və onlar üçün Allaha şükür edin. Bəs övlada qarşı valideynin haqqı nədir? Axı, dinimiz bizə əmr edir ki, bir-birimizin haqqına riayət edək! Sevimli Peyğəmbərimiz (s) buyurur:”Övladın valideyn boynunda (əsasən atanın) haqqı budur ki, ona gözəl ad qoya (ki, adı ona utanc gətirməyə), tərbiyə verə və ona elm öyrədə.”
    Mənbələrdə deyilir ki, tərbiyə vermək işi hələ körpə dünyaya gəlməmiş başlamalıdır. Bu necə ola bilər? Lap əvvəldən ata gələcək övladın mayasını halal ruzi ilə bərqərar etməlidir və sonra ki, artıq körpə anasının “qonağıdır”, ata və ana ədəbdən, etikadan kənar sözlərdən uzaq olmalıdır. Çünki bu günün texnoloji inkişafı Quranın bir sirrini də təsdiqlədi ki, həqiqətən körpə ana bətnində olarkən ilk işləyən orqan onun eşitmə orqanlarıdır.
    İmam Cəfər Sadiq (ə) buyurur: “Qidada insan xasiyyətinə təsir edən çoxlu amillər var”. Yəni, övlada halalından ruzi yedirmək valideynlərin boynunda olan mənəvi bir borcdur, Peyğəmbərimiz (s) yenə buyurur: Uşaq dünyaya gəldikdən sonra ilk günlərdə sağ qulağına azan (minarələrdən ucalan namaz çağrışı), sol qulağına isə iqamə deyin: Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    ŞƏHƏRİMİZDƏ BİR KÜÇƏ VAR…

    sehid1Tərtər şəhərinin yaraşıqlı küçələrindən biri şəhid İlqar Həsənovun adını daşıyır. Qısa, lakin mənalı ömür yaşayan bu qəhrəman rayonumuzun Söylən kəndində çoxuşaqlı ailədə doğulub. Onlar 4 oğlan, 3 qız olublar. Valideynləri ailənin ruzisini böyük zəhmətlə qazanıblar. Hər ikisi kolxozun fermasında işləyiblər. Gözlərini açandan ailədə bu cür dolanışığı görən uşaqlar da böyüdükcə ata-analarına kömək ediblər. Ilqarın anası Bağdagül Həsənova söhbət edir ki, bir dəfə fermanın malheyvanını dağa aparmışdıq. Ilqar da bizimlə getmişdi. 10 yaşı yenicə tamam olmuşdu. Fermanın sənədləşmə işləri ilə bağlı ikimiz də geri dönəsi olduq. Güman edirdik ki, axşam qayıdacağıq. Amma bu, mümkün olmadı. Ilqar fermanın sürüsünü də qorudu, özü də heç bir həyəcan keçirmədi. Ona görə ki, körpəlikdən o yerlərə çox yaxşı bələd idi. Dağlarda hər cığırı tanıyırdı. Canavarları sürüdən necə uzaqlaşdırmağı, özünü necə qorumağı bilirdi.
    Bağdagül ana danışır ki, sonralar müharibə zamanı onun bu təcrübəsi çox köməyə gəlirdi. Ən çətin məqamlarda İlqarı kəşfiyyata göndərirdilər. O, canından artıq sevdiyi o dağların erməni tapdağında qalmasına dözə bilmirdi. Bütün varlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına çalışırdı. Burada ona təkcə həmin yerləri yaxşı tanıması deyil, həm də peşəkar hərbiçi bilikləri kömək edirdi. Çünki qəhrəman döyüşçü milli orduya gəlməzdən əvvəl Sovet Ordusu sıralarında Polşada xidmət etmişdi, özü də təyyarələrin uçuş meydançasında. Doğulduğu kənddən, bir də yayda qalxdığı yaylaqlardan başqa heç yeri görməyən İlqar üçün burada hər şey yeni idi. Buna baxmayaraq, tezliklə uçuş meydançasında məsuliyyəti və bacarığı ilə seçilən ən nümunəvi əsgərlərdən biri oldu və hətta uzaq Polşadan Söylən kəndinə bu barədə razılıq məktubu da göndərildi… Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər 25 YAŞINDA ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    sehid-2“Torpaq uğrunda ölən varsa, Vətəndir”–deyimini tez-tez işlədirik. Bu da əbəs deyil. Vətən, torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olur. Nəsildən nəsilə ötürülür.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də İbrahimov Oktay Qaçay oğludur. Oktay 1967-ci il noyabrın 24-də rayonumuzun Dəmirçilər kəndində anadan olub. 1984-cü ildə Dəmirçilər kənd tam orta məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Gəncədə qaynaqcı peşəsinə yiyələnmişdi. 1993-cü il aprelin 5-də Tərtər Özünümüdafiə Batalyonuna yazılıb. Mayın 3-də Talış kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Bakıdakı hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Avqust ayının 17-də Ağdərə istiqamətindəki 3 №-li sovxoz ətrafındakı döyüşlərdə şəhid olub.
    Qardaşı Behbud deyir ki, ailədə çox uşaq olsaq da, atam Qaçay kişi Oktayı hamımızdan çox istəyirdi. Elə ona görə də düz 16 il atam “Oqtay” deyə-deyə dünyasını də-yişdi. Yəqin ki, bu da bir alın yazsı imiş. 25 yaşında şəhid oldu.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
    Oktayın digər bir qardaşı Maarif İbrahimov da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. İndi İbrahimov Maarif Qaçay oğlu da Qarabağ müharibəsi veteranıdır. Onun döyüşçü yoldaşları Maarif haqqında həmişə xoş sözlər danışırlar. Çünki o da qorxmaz, igid oğlan olub.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Okt
    Digər VALİDEYNƏ HÖRMƏT HAQQINDA üçün şərhlər bağlıdır

    1.Bir kişi Rəsulullahdan soruşdu: “Valideynin övlad üzərində haqqı nədir,” Peyğəmbər (s) buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir.”
    2.Heç bir ata övladına gözəl tərbiyədən qiymətli şey verə bilməz.
    3.Allahın rizası (razılığı) valideynin rizasıyla, Allahın qəzəbi də valideynin qəzəbiylədir.
    4.Ömrünüzün uzanmasını və ruzinin artmasını istəyirsinizsə, ata-ananıza ehtiram edin, qohumlarınıza baş çəkin.
    5.Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar.
    6.Atası öldükdən sonra onu yad etmək istəyən kimsə qoy onun dostları ilə əlaqə saxlasın.
    7.Ataya itaət Allaha itaət, ataya üsyan Allaha qarşı üsyan deməkdir.
    8.Xeyir -bərəkət qocalardadı.
    9. Üç duanın olacağına şübhə yoxdur: məzlumun duası, qocanın duası, ata-ananın övlada etdiyi dua.
    10.Yaxşı övlad öz valideyninə gündə neçə dəfə hörmət və məhəbbətlə baxsa, hər baxışı üçün ona bir həcc savabı olar.

    Teqlər:

  • 07Okt
    Digər SOKRAT üçün şərhlər bağlıdır

    sokratesFilosof Antisfen Sokrata müraciət edərək:
    – Səni nə məcbur etdi ki, Ksantipp kimi deyingən arvadı aldın?- deyə soruşmuşdur.
    – Mən istəyirdim ki, Ksantippin deyinməsinə qulaq asa-asa vərdiş edəm, onunla yola getməyi öyrənəm və beləliklə də, başqaları ilə də yola gedə biləm! – deyə Sokrat cavab vermişdir.
    Məşhur yunan filosofu Sokrat demişdir:
    –Cahil şəxsin səhvini göstərmə, yoxsa səndən elm öyrənib öz səhvini düzəldər, sonra sənə düşmən olar.

    Teqlər: