29Fev
DAİM DƏSTƏKLƏYİRİK
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, başda özüm olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir. Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşlara yuxarıdan aşağıya baxması yolverilməz bir haldır.
Prezidentimizin biz sadə əmək adamlarının qayğısına qalmasını ölkədə hamı ürəkdən alqışlayır, onu sevir, daim onunla birgə olmağımızdan qürur duyuruq. Çünki hər bir sahədə çalışan insan, istər əkinçi olsun, istər maldar, istərsə də başqa peşə sahibi, düşünür ki, onun əməyinə qiymət verən, arxasında duran ölkə başçısı var. İndi insanları var qüvvə ilə işləməyə, torpağı sevməyə, ondan bol məhsul götürməyə ruhlandıran da budur.
Mən özüm çoxdan təsərrüfatla məşğul olan adamam. Uzun müddət pambıqçılıq briqadiri işləmişəm. Həmişə də briqa-damızın adı qabaqcıllar sırasında çəkilib. Daha ətraflı »
Teqlər: Kənd Təsərufat, Kənd təsərrüfatı
29Fev
Seydimli kəndinin sakinləri hələ sovet dönəmindən təsərrüfata fərqli münasibətləri ilə seçiliblər. O illərdə ənənəvi pambıqçılıqla yanaşı əhali həm də fərdi qaydada həyətyanı sahələrdə meyvə, tərəvəz, çiyələk becərilməsinə maraq göstərirdi. Bu fərqlilik indi də seydimlilərin həyatında müşahidə olunur.
Hazırda burada bağçılığın inkişafına daha çox diqqət yetirilir. Bu iş elə qurulub ki, yetişdirilən meyvənin bazarı olsun. Ən iri bağ sahibkarları Nəsib Vəliyev (15 hektar), Ələkbər Abdullayev (4,8 hektar ) və Vahid Musayevdir ( 3 hektar).
Onlar yetişdirdikləri xurma, ərik və digər meyvələri əsasən Rusiyaya ixrac edirlər. Seydimli kənd İƏD üzrə icra nü-mayəndəsi Güloğlan Kərimovun dediyinə görə, bu il xurma bağlarında məhsul bol olub və onun satışı yaxşı təşkil edilib. Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı, Kənd təsərrüfatı
29Fev
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin sahibkarlara, fermerlərə, eləcə də ailə fermer təsərrüfatlarının üzvlərinə köməklik göstərməsi bizləri daha yaxşı işləməyə, Prezidentimizin ətrafında sıx birləşməyə şövq edir.
Mən özüm Ağdam köçkünüyəm. Xeyli vaxdır ki, Hüsənli kəndində dövlət torpağını icarəyə götürüb taxıl əkib becərirəm. Otən il 8 hektara taxıl səpmişdik. Becərmə, suvarma işlərini vaxtında aqrotexniki qaydalar əsasında apardığımız üçün hektarın məhsuldarlığı nəzərdə tutulandan çox oldu. Hər hektardan 35 sentner taxıl götürdük. Cari ilin bol məhsulu üçün taxıl sahələrini 2 hektar da artıraraq 10 hektara çatdırmışıq. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
29Fev
Ermənilərlə 48 kilometr təmas xəttində yerləşən rayonumuzun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Qeyd edək ki, rayonumuzun 51 yaşayış məntəqəsi var. Rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsində abunəçilər mavi qaz yanacağından istifadə edirlər. Təkcə 2015-ci ildə rayonumuzun 14 iri yaşayış məntəqəsinə mavi yanacaq verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü kəndlərdə aparılan qazlaşdırma işlərini xüsusi nəzarətdə saxlayır.
Ötən il Mamırlı, Poladlı, Kəngərli, BalaKəngərli, Borsunlu, Təzəkənd, Hacıqərvənd, Cəmilli kəndlərinin sakinləri mavi qaz yanacağından istifadə etməyə başlayıblar. Daha ətraflı »
Teqlər: Kənd Təsərufatı, Kənd təsərrüfatı
29Fev
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə başçısının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyada vurğulanır ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Daha ətraflı »
Teqlər: Digər
24Fev
90 YAŞLI MƏHİ BABA
İlk yaranmışlarımızdan üzü bəri ağsaqqal-ağbirçəklərimizə ehtiyac olur. Onlara daim hörmət və ehtiram edilir. Ocağımızın istisinin daha çox olması onların hesabınadır. Məclisimizin ən mötəbər yeri məhz böyüklərə məxsusdur. Xoş günlərimizin yaraşığı, dərdli anlarımızın ümid, pənah yeridirlər. Sözümüzün kəsəri, yolumuzun işığıdır ağıllı, tədbirli ahıllarımız, müdriklərimiz. Belə ahıllarımızdan biri də rayonumuzun sayılıb-seçilən ağsaqqallarından olan Məhiyyədin Kərimovdur.
O, Tərtərimizin qoynunda böyümüş, onun istisinə-soyuğuna vərdiş etmiş, ayını, ilini öz yurdunda ailəsinə, övladlarına həsr etmişdir. Ailəsinin bütövlüyünü heç nəyə dəyişməmiş, soykökünün müqəddəsliyini qoruyub saxlamışdır. Daha ətraflı »
Teqlər: Digər
24Fev
“ŞEYTAN BARMAĞI”
Super güclər, ələlxüsus ABŞ bu dünyanın başına istədiyi oyunu açır. Şeytanın barmağı kimi hər yerdə, hər işdə ortadan çıxır. Elə buna görə də görün bu dünyamız hazırda nə gündədir?! İqtisadi böhran, müharibələr, qan-qada, qırğın, aclıq, səfalət və bunların nəticəsində yaranmış qaçqın axını, miqrant problemi… Avropa boyda bir qitə bu problemlərin əlində aciz qalıb.
Bir yandan da neftin qiymətinin bir ildə 4 dəfə ucuzlaşması. Bu, iqtisadidən çox siyasi oyundur. Yenə şeytan barmağı.
Bilirsiniz, yeni dünya düzənində, yəni qloballaşan dünyada (buna “Amerkalaşan dünya” da demək olar) milli-mənəvi dəyərlərin müqəddəsliyini qoruyub saxlamaq o qədər də asan məsələ deyil. İllah da bəzi gənclərimizin “korroziyaya” daha tez uğraması mental dəyərlərə ciddi zərbələr vurmaqdadır. Daha ətraflı »
Teqlər: Digər
24Fev
MƏMMƏD ARAZ
DÜNYA DÜZƏLMİR
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
*** Daha ətraflı »
Teqlər: Ədəbiyyat
24Fev
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin idşığına milyonlar şərik,
Dünya sənin , Dünya mənim, Dünya heç kimin…
***
Çövrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən, pıçıldayır yıxılan, duran: Daha ətraflı »
Teqlər: Ədəbiyyat
24Fev
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
***
Azərbaycan – mayəsi nur , qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Fizulinin ürəyinə toxuna bilər.
*** Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar