16May
Yararsız vəziyyətə düşmüş avtomobillər götürülməlidir
Hamıya məlumdur ki, son zamanlar ölkəmizin bütün regionlarında aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində bölgələrimizin siması tamamilə dəyişmişdir. Bu, doğma Tərtərimizdə də belədir. Daha ətraflı »
Teqlər: Digər
16May
(Satirik qələmlə)
Bilirəm, bir çoxlarınız ağız büzəcəksiniz ki, bu əhli-qələm sahibinə bir bax, işi-gücü qurtarıb, indi də zibil qutularından yazır. Ancaq bu, heç də siz fikirləşdiyiniz kimi deyil. Bir çoxlarına lazımsız məsələ kimi görünən məişət tullantılarının vaxtlı-vaxtında yığılıb şəhərdən kənara daşınması vacib bir məsələdir. Bir də ki, məişət tullantılarının ərazidə qoyulan xüsusi zibil qablarına deyil, ətrafına tullanması həmin adamların hansı mədəniyyətə sahib olmasından xəbər verir.
Mən “Bala kirpi”ni də götürüb şəhərimizin küçələrində həmin mənzərələri lentə almağa qərar verdim. Daha ətraflı »
Teqlər: Digər
16May
Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi. Daha ətraflı »
Teqlər: Təhsil
16May

Faşist Almaniyası 1939-cu il avqust ayının 23-də və sentyabrın 28-də bağlanmış müqavilələri pozaraq, 1941-ci il iyunun 22-də 190 diviziya ilə SSRİ-i üzərinə hücum etdi. Böyük Vətən müharibəsi kimi tarixə düşmüş bu müharibə beş il davam etmişdir.
1941-1945-ci illərdə res-publikamızın hünərvər oğul və qızları böyük qəhrəmanlıqlar göstərmişlər. Böyük Vətən müharibəsindəki Qələbənin qazanılmasından söz salanda qəhrəman əsgərlərimizin, arxa cəbhədə çalışan fədakar insanlarımızın zəhmətini qeyd etmək mütləq lazımdır. Daha ətraflı »
Teqlər: Digər
16May
Rayon icra hakimiyyəti Heydər Əliyev Mərkəzində 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə tədbirə dəvət olunmuş müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin büstü önünə gül- çiçək dəstələri qoymuşlar. Sonra kitab sərgisinə baxmış, rayon mədəniyyət evinin bədii qiraət ustalarının ifasında müharibə mövzusunda şeirlər dinləmişlər. Zəminə Kazımovanın söylədiyi “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
16May
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Bakı şəhərindəki Olimpiya Kompleksində idmanın kikboksinq növü üzrə Azərbaycan çempionatı keçirilmişdir. Çempionatda respublika mızın bütün bölgələrindən 470 nəfər idmançı iştirak etmişdir. Daha ətraflı »
Teqlər: İdman
16May
Heydər Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birlikdə kikboksinq idman növü üzrə açıq zona birinciliyi keçirmişdir.
Yarış iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »
Teqlər: İdman
16May
Ulu Öndər Heydər Əiyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Tərtər Rayon Gənclər və İd-man İdarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışdan öncə idmancılar Ümummilli Liderin “Gənclər Mərkəzi”ndəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »
Teqlər: İdman
16May
Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında “Bilik yarışı” keçirilmişdir.
Yarış iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra türk dünyasının dahi siyasətçisinin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Daha ətraflı »
Teqlər: Təhsil
16May
Ulu Öndərə məhəbbət
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin biri də Rafiq Nuriyev adına şəhər 6 saylı tam orta məktəbində keçirilmişdir.
Toplantını giriş sözü ilə məktəbin təşkilati işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva açmışdir.
Məktəbin direktoru Azad Abbasov çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmət lərindən bəhs etmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar