Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
İdmançımızın şərəfinə Azərbaycan Respublika-sının Dövlət himni səsləndirilib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çempion Murad Allahverdiyevi təbrik edib, ona yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Murad Allahverdiyev 8 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olub və boks idman növü üzrə idman ustasıdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hərbi xidmət edir.



25 oktyabr-2 noyabr 2022-ci il tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin Tərtər Rayon Təhsil sektoru ilə birgə təşkilatçılığı əsasında “8 noyabr-Zəfər Günü”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında mini futbol idman növü üzrə rayon turniri keçirilmişdir.
Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilib.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətiylə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 18-30 yaşlılardan ibarət Tərtər, Ağdam, Şuşa, Xocalı, Bərdə və Füzuli rayonlarından olan komandaların iştirakı ilə regionlararası mini futbol turnirinə start verilib.


Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
Azərbaycan millisinin üzvləri ilə görüşən dövlət başçısı bildirib ki, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.
Yeni ismarıclar